Icma.az
close
up
RU
Təhqirlə üzləşən şəxslər bu məhkəməyə müraciət edəcək QƏRAR

Təhqirlə üzləşən şəxslər bu məhkəməyə müraciət edəcək QƏRAR

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Ali Məhkəməsi xüsusi ittiham qaydasında şikayətlə bağlı materiala baxılması üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsinə aydınlıq gətirib.

İşin hallarına görə, Xəzər Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə xüsusi ittiham qaydasında şikayətlə bağlı material aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

Xəzər Rayon Məhkəməsi materialı aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərərkən nəzərə alıb ki, şikayətdə “təhqir” və “böhtan” kimi səciyyələndirilən məlumatlar hüquqi ünvanı Azərbaycan Respublikasının ərazisi olmayan internet informasiya ehtiyatında yayılıb və kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Xəzər Rayon Məhkəməsi barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin Abşeron rayonu ərazisində yerləşən qeydiyyatsız yaşadığı mənzilin onun yaşayış yeri sayıldığını nəzərə alaraq materialın baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməli olması qənaətinə gəlib. Lakin Abşeron Rayon Məhkəməsi barəsində şikayət verilmiş şəxsin şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara əsasən onun yaşayış yerinin qeydiyyata alındığı Xəzər rayonunda yerləşən ünvan olmasını nəzərə alıb, materiala Xəzər Rayon Məhkəməsində baxılmalı olması haqqında nəticəyə gəlib.

Məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün material Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib, aidiyyət məsələsi üzrə mübahisə müxtəlif apellyasiya instansiyası məhkəmələrinin yurisdiksiyalarında fəaliyyət göstərən məhkəmələr arasında yarandığından Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə material aidiyyəti üzrə göndərilməsi məsələsinin həll edilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilib.

Bakupost.az -ın məlumatına görə, Ali Məhkəmə bu barədə qərar qəbul edib. Məhkəmənin mövqeyi belə olub ki, qanunvericiliklə şəxsin yaşayış yerinin və yaxud olduğu yerin aydın və birmənalı müəyyən edilməsinə xüsusi əhəmiyyət verilməsi, məhz bu zərurətdən çıxış edərək sözügedən məsələ (Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri məsələsi) üzrə birmənalılığı (hüquqi müəyyənliyi) təmin edən vasitə rolunda müstəsna olaraq şəxsiyyət vəsiqəsində əks olunmuş yaşayış yeri üzrə qeydiyyat barədə məlumatlar hesab olunduğundan (Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri haqqında məlumatın rəsmi mənbəyi olaraq yalnız şəxsiyyət vəsiqəsini göstərir), Ali Məhkəmənin mövqeyinə əsasən, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq, hazırki material üzrə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin yaşayış yeri kimi onun yaşayış yeri üzrə qeydiyyata alındığı Xəzər rayonu ərazisində yerləşən ünvanı qəbul edilməli, Abşeron rayonu ərazisində qeydiyyatsız yaşadığı mənzil isə onun olduğu yer kimi nəzərdən keçirilməlidir.

Odur ki, Ali Məhkəmənin qərarına əsasən, xüsusi ittiham qaydasında şikayət üzrə materialın baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 25 Noyabr 2024 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see248

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see210

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see210

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see184

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see145

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see143

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see140

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see138

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see137

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see130

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see128

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see128

Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı QİYMƏTLƏR

24 Oktyabr 2025 19:31see127

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see126

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see125

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see124

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see121

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see121

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see121

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri