“Tehran ABŞ ilə danışıqların yenidən başlaması barədə qərar qəbul etməyib“ Abbas Əraqçı
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
"Rəsmi Tehran ABŞ ilə danışıqların yenidən başlaması ilə bağlı hələ ki qərara gəlməyib".
Moderator.az xəbər verir ki, bu barədə ISNA agentliyi İranın xarici işlər naziri Abbas Əraqçının açıqlamasına istinadən məlumat yayıb.
Xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, Pakistan və Qətərin təmasların saxlanılması istiqamətindəki vasitəçilik təşəbbüslərinə baxmayaraq, danışıqların yenidən başladılması üçün hər hansı bir addım atılmayıb.
Əvvəlki kommunikasiya yollarının təsirini itirdiyini bildirən Əraqçı əlavə edib ki, hazırda İran tərəfi gələcəkdə daimi olaraq istifadə edilə biləcək alternativlər üzərində işləyir. Bununla belə, diplomat yeni əlaqə kanalının hansı formada fəaliyyət göstərəcəyinə aydınlıq gətirməyib.
O həmçinin xatırladıb ki, İslamabad memorandumunun müddəalarına əsasən, tərəflər hərbi fəaliyyətlərin dayandırılmasına dair öhdəliklər qəbul etmişdilər. Lakin, Amerika Birləşmiş Ştatları həmin razılaşmanın tələblərini pozub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 15 Avqust 2026 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















