Icma.az
close
up
RU
Tehran Beyrut xəttində yeni səhifə: İran Livan siyasətində nə geri çəkilə bilir, nə də…

Tehran Beyrut xəttində yeni səhifə: İran Livan siyasətində nə geri çəkilə bilir, nə də…

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

İranın Livana münasibəti uzun illərdir təkcə xarici siyasət məsələsi kimi deyil, ölkənin ideoloji kimliyi, təhlükəsizlik anlayışı və daxili siyasi rəqabəti ilə sıx bağlı bir mövzu kimi formalaşır.

Tehran üçün Livan sadəcə uzaq bir coğrafiya deyil; “müqavimət oxu”nun mərkəzi dayağı və İsrailə qarşı “irəli müdafiə” xəttinin ən ön cəbhəsidir. Bu səbəbdən Livanda baş verən hər dəyişiklik İranda dərhal siyasi reaksiyalar yaradır və ictimai müzakirələrə yeni ton verir.

2025-ci ildə baş verən qısa, lakin kəskin toqquşmalar, ardınca Həsən Nəsrullahın ölümü bu mövzunu yenidən ölkənin ən həssas diskurs sahəsinə çevirdi.

Döyüşlərin ilk günlərində İran daxilində tipik “bayraq ətrafında birləşmə” effekti yarandı. Dövlət mediası Livanı İranın təhlükəsizlik qalxanının ayrılmaz hissəsi kimi təqdim etdi. “Təhdidi uzaqda qarşılayırıq” fikri, “xərci düşmənə yükləyirik” kimi şüarlar geniş şəkildə tirajlandı. Mühafizəkar çevrələr bu dövrü Livan xəttinin zəruriliyinin canlı sübutu kimi təsvir etdilər. Lakin münaqişə səngidikcə emosional dalğanın ardınca daha açıq suallar ortaya çıxdı. Sanksiyaların dərinləşməsi, maliyyə kanallarına təzyiqlərin artması, iqtisadi xərclərin böyüməsi, sığorta və logistika risklərinin çoxalması cəmiyyətdə daha geniş müzakirələrə yol açdı. Artıq Livan məsələsi ideoloji romantizmdən daha çox maliyyə çərçivəsində qiymətləndirilməyə başladı.

İran daxilində Livana münasibət heç vaxt yekcins olmayıb. Mühafizəkar cinah Livanı rejimin təhlükəsizliyinin ön cəbhəsi sayır və geri çəkilməni strateji səhv kimi qiymətləndirir. Onlar üçün Livanın çökməsi İranın çəkindiricilik balansının pozulması deməkdir. Reformist və orta xətt Livana tam dəstəyin bitməsini istəmir, lakin onun görünən hərbi yük kimi daşıdılmasının əleyhinədir. Onlar diplomatiyanın genişləndirilməsini, dialoqun gücləndirilməsini, açıq müdaxilə görüntüsünün azaldılmasını və iqtisadi xərclərin ölçülməsini zəruri hesab edirlər. Texniki-bürokratik çevrələr isə mövzunu daha soyuq başla dəyərləndirir. Onlar üçün əsas məsələ bank əməliyyatlarının təhlükəsizliyi, enerji ixracında risklərin artması, sığorta və daşınma xərclərinin yüksəlməsi, sanksiyaların ikincil təsirləridir. Bu çevrələr açıq iştirakdan çox, görünməz, amma effektiv mexanizmlərə üstünlük verirlər. Müxalif və dünyəvi kəsim isə Livan siyasətini ümumiyyətlə əleyhinə yönəlmiş bir xərc kimi görür. Onlara görə, İranın əsas problemi daxili iqtisadi çətinliklərdir və xarici əməliyyatlara ayrılan resurslar xalqın rifahı hesabına başa gəlir.

Həsən Nəsrullahın ölümü İran üçün həm siyasi, həm simvolik baxımdan böyük sarsıntı oldu. Nəsrullah illərdir Tehran üçün yalnız bir təşkilat lideri deyil, müqavimət ideyasının canlı simvolu idi. Onun ölümü cəmiyyətdə həmrəyliyi gücləndirsə də, eyni zamanda “Hizbullah bundan sonra necə idarə olunacaq” sualını da aktuallaşdırdı. Tehran bu mərhələdə liderlikdən çox təşkilati davamlılığı vurğulamağa çalışdı. Lakin əməliyyat baxımından boşluqlar, qərar dövrlərinin uzanması və siqnalların ardıcıllığında yaranan risklər nəzərdən kənarda qalmadı. Ona görə də İran daxilində həm siyasi, həm hərbi səviyyədə “varislik memarlığı”, “komanda sabitliyi”, “ehtiyat marşrutlar” və “təchizat davamlılığı” kimi anlayışlar daha çox işlədilən terminlərə çevrildi.

Beyrutda “silahların dövlət inhisarında toplanması” ilə bağlı səslənən təşəbbüslər də Tehranda ciddi narahatlıq doğurdu. Mühafizəkarlar bunu Hizbullahın zəiflədilməsi və çəkindiriciliyin sarsıdılması kimi qiymətləndirirlər. Daha ehtiyatlı yanaşan siyasi dairələr isə bildirirlər ki, Tehran bu mərhələdə sərt bəyanatlardan çox diplomatik sakitliyi qorumağa üstünlük verməlidir. Çünki kəskin reaksiyalar Livanda siyasi gərginliyi artırır, Hizbullahın manevr sahəsini daraldır və İranın “daxili işlərə qarışdığı” iddialarını gücləndirir. Bu isə həm diplomatik, həm də iqtisadi yük kimi geri qayıdır.

Cəmiyyət səviyyəsində isə Livanla bağlı mövzu bir dalğa kimi hərəkət edir: münaqişə günlərində həmrəylik artır, lakin qısa müddət sonra iqtisadi narahatlıqlar yenidən üstün mövqeyə keçir. Xalq arasında ən çox səslənən sual budur: “Bütün bunların qarşılığında İran nə əldə edir və bu xəttin ağır yükünü kim daşıyır?”

Sosial şəbəkələrdə bu mövzuda yaranan informasiya kirliliyi, diaspora mərkəzlərinin təsiri, emosional narrativlərlə real iqtisadi göstəricilər arasındakı uçurum da ictimai qavrayışı daha da mürəkkəbləşdirir.

Bu reallıqlar fonunda aydın görünür ki, İran Livan siyasətində nə tam geri çəkilə, nə də əvvəlki kimi sərt xəttlə irəliləyə bilir. Mövcud vəziyyət Tehranı iki yolu birləşdirməyə məcbur edir: sərt mesajlar, amma yumşaq təmaslar; ideoloji mövqe, amma iqtisadi rasionalizm; yüksək emosional yük deyil, hesablanmış addımlar. İranın Livanla bağlı yeni dövrü məhz bu balansdan asılı olacaq. Bu balans isə həm daxili siyasətin dinamikası, həm regional proseslərin dəyişkənliyi, həm də Livanın öz daxilindəki siyasi mübarizə ilə müəyyənləşəcək.

Ruslan Zəngəzur

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 Noyabr 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri