Tehran: Bu, 5 ölkədən təzminat tələb edirik SİYAHI
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ və İsrailin İrana qarşı apardığı müharibədə iştirak edən ölkələrədn təzminat tələb edir.
Ölkə.az xəbər verir ki, belə bir bəyanatla İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani çıxış edib.
İran dövlət televiziyasının verdiyi xəbərə görə, İrəvani bununla bağlı BMT Baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasının rotasiyalı sədrliyinə məktub ünvanlayıb.
Məktubda qeyd olunub ki, İran Silahlı Qüvvələrinin yuxarıda adı çəkilən ölkələrin ərazilərinin ABŞ-İsrail hücumları üçün istifadəsinə dair monitorinq və qiymətləndirmə hesabatlarına əsaslanan dəlillər əvvəllər BMT TŞ-yə təqdim edilib.
Məktubda ABŞ və İsrailin İrana qarşı apardığı müharibədə iştirak etdiyinə görə Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və İordaniyadan təzminat tələb edir.
Bu beş ölkənin beynəlxalq öhdəliklərini pozduğunu iddia edən məktubda, İrana dəyən bütün maddi və mənəvi zərərləri kompensasiya etməli olduqları vurğulanır.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 14 Aprel 2026 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















