Tehran Hörmüz boğazından keçidə görə ödəniş almaq niyyətində deyil
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İran Hörmüz boğazından keçidə görə deyil, göstərdiyi xidmətlərə görə ödəniş almağı planlaşdırır.
Milli.Az xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Kazem Qaribabadi bildirib.
Onun sözlərinə görə, İran Hörmüz boğazından keçən gəmilərdən tranzit haqqı və ya rüsum almağı hədəfləmir. Məqsəd İran və Oman tərəfindən bu ərazidə göstərilən xidmətlərə görə ödəniş əldə etməkdir. Bu xidmətlərə naviqasiya təminatı, axtarış-xilasetmə əməliyyatları, təhlükəsizlik və gəmiçilik təhlükəsizliyi xidmətləri, həmçinin ətraf mühitə dəyən ziyanın aradan qaldırılması kimi ekoloji xidmətlər daxildir.
Kazem Qaribabadi qeyd edib ki, belə tədbirlər beynəlxalq dəniz hüququna zidd deyil. O vurğulayıb ki, 1982-ci il tarixli BMT-nin Dəniz Hüququ Konvensiyasında sahilyanı dövlətlərin müəyyən xidmətlərə görə ödəniş alması nəzərdə tutulur.
İran və ABŞ arasında yekun saziş layihəsinə gəlincə, Qaribabadi bildirib ki, sənəd üzərində iş davam edir və prosesin nə vaxt başa çatacağı hələ məlum deyil. Onun sözlərinə görə, saziş yalnız İran nəticədən tam razı qaldıqdan sonra yekun hesab edilə bilər. O əlavə edib ki, mətn ölkənin maraqlarına uyğun şəkildə tamamlanmalıdır.
Nazir müavini həmçinin bildirib ki, İran ABŞ ilə saziş imzalandıqdan dərhal sonra xaricdə dondurulmuş aktivlərinin ən azı yarısının blokdan çıxarılmasında israrlıdır.
Ayxan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 04 İyun 2026 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















