Hörmüz boğazından keçidə görə heç kim ödəniş tələb etməməlidir
Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Hörmüz boğazından keçən gəmilərdən heç kim ödəniş almamalıdır.
APA xəbər verir ki, bu barədə o, İraqın Baş naziri Əli əz-Zeydi ilə görüşü zamanı jurnalistlərə açıqlamasında deyib.
Tramp ABŞ-ın Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin olunmasına görə ödəniş alınması ideyasından imtina etməsini şərh edərkən bildirib ki, heç kimin bu və ya digər boğazdan keçidə görə ödəniş tələb etmək hüququ olmamalıdır.
“Heç kim Hörmüz boğazından və ya hər hansı digər boğazdan keçidə görə ödəniş tələb edə bilməməlidir. Hesab etmirəm ki, kimsənin belə bir imkanı olmalıdır. Biz bunu yalnız çəkdiyimiz xərclərin kompensasiyası kimi nəzərdə tutmuşduq”, – deyə ABŞ Prezidenti bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 14 İyul 2026 21:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















