Tehran təslim olur? Sanksiya və hücumlardan qaçmaq üçün...
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
İran Böyük Britaniya tərəfindən BMT sanksiyalarının yenidən tətbiqinin qarşısını almaq, İsrail və ABŞ-nin yeni hərbi zərbələri riskini azaltmaq üçün uranın zənginləşdirilməsi səviyyəsini 60 %-dən 20 %-ə qədər əhəmiyyətli dərəcədə azaltmağa hazır olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə “The Telegraph” İran rəhbərliyindəki mənbələrə istinadən məlumat yayıb.
Bu səyləri Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi Laricani koordinasiya edir. Onun vəzifəsi İranın mənəvi rəhbərliyini güzəştlərə getməyə və nüvə proqramı ətrafında beynəlxalq gərginliyi aradan qaldırmağa inandırmaqdır.
Bu arada Qərb kəşfiyyat agentlikləri bildiriblər ki, Tehranın zənginləşməni dərhal bərpa etmək üçün kifayət qədər texniki gücü yoxdur, əgər İran əvvəllər gizlədilmiş ehtiyatları açıqlamasa, bu, potensial güzəştlərin realizmini və şəffaflığını şübhə altına alır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 24 Avqust 2025 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















