Icma.az
close
up
RU
Tehran təzyiq altında nüvə proqramı üzrə danışıqları rədd edir

Tehran təzyiq altında nüvə proqramı üzrə danışıqları rədd edir

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şənbə günü gecə saatlarında İran və İsrail arasında yeni raket zərbələri mübadiləsi baş verib.

Bizimyol.info xəbər verir ki, İran bildirib ki, təzyiq altında olduğu müddətdə nüvə proqramı üzrə danışıqlara getməyəcək. İsrail isə hücumlarının İranın nüvə silahı əldə etmə potensialını "azı iki-üç il" geri atdığını bildirib.

Saat 2:30 radələrində İsrail ordusu İrandan raket hücumu barədə xəbərdarlıq edib, Tel-Əviv və digər ərazilərdə hava hücumu siqnalları səslənib. İsrailin hava müdafiə sistemləri bir neçə raketi havada zərərsizləşdirib, ilkin olaraq zərbə nəticəsində itki qeydə alınmayıb.

Eyni vaxtda İsrail ordusu İranda raket anbarlarına və buraxılış infrastrukturuna yeni hücumlar edib. İranın "Fars" xəbər agentliyi məlumat verib ki, İsfahandakı böyük nüvə obyektinə zərbə endirilib, lakin radioaktiv sızma baş verməyib. Qum şəhərində bir binaya endirilən hücum nəticəsində 16 yaşlı bir şəxs ölüb, iki nəfər isə yaralanıb.

Münaqişə ötən cümə İsrailin İrana qarşı genişmiqyaslı hava hücumlarına başlaması ilə alovlanıb. İran cavab olaraq İsrailə raketlər və pilotsuz uçuş aparatları göndərib. İsrail ilk hücumlarında İranın hava müdafiə sistemlərini sıradan çıxarıb, bu da onun İranda sərbəst fəaliyyətinə imkan verib. İranın hücumları isə tədricən azalıb. Son günlərdə İran raketlərindən biri İsrailin cənubunda xəstəxanaya düşüb, təxminən 80 nəfər yaralanıb.

İran mediasına görə, İsrailin hücumları nəticəsində 639 nəfər ölüb, 1,326 nəfər yaralanıb. İranın hücumları isə İsraildə 25 nəfərin ölümünə və yüzlərlə insanın yaralanmasına səbəb olub.

İsrailin Baş Qərargah rəisi general Eyal Zamir xalqa "çətin günlərə" hazır olmağı tövsiyə edib. Xarici işlər naziri Gideon Saar Almaniya mətbuatına bildirib ki, İranın nüvə silahı əldə etmə imkanları "iki-üç il" geri atılıb.

İranın xarici işlər naziri Abbas Əraqçi isə İsrail hücumları dayandırmayınca ABŞ-la danışıqlara başlamayacaqlarını bildirib.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İsrailə hücumları dayandırmaq çağırışı etmək “çətin”dir və ABŞ-ın münaqişəyə qoşulub-qoşulmamasına dair qərarı iki həftə ərzində verəcəyini deyib. O, həmçinin ABŞ-ın yalnız öz kəşfiyyatına əsaslandığını və Avropa vasitəçiliyinin nəticə verəcəyinə inanmadığını bildirib.

Tramp, eyni zamanda, ABŞ-ın milli kəşfiyyat direktoru Tulsi Qabbardın mart ayında "İran nüvə silahı hazırlamır" şəklindəki bəyanatını tənqid edib. Qabbard sonradan bu fikrin "kontekstdən çıxarıldığını" bildirib və əlavə edib ki, əgər İran qərar versə, "nüvə silahını bir neçə həftə və ya ay ərzində hazırlaya bilər".

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 21 İyun 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see504

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see315

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see287

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see276

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see275

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see275

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see272

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see268

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see268

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see246

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see241

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see239

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see237

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see232

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see220

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see216

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see214

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see208

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri