Rəsmi Tehran ABŞ ni nüvə sazişi üzrə danışıqları çətinləşdirməkdə ittiham edib
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
ABŞ rəhbərliyinin İranla bağlı ziddiyyətli bəyanatları nüvə sazişi üzrə danışıqlar prosesini çətinləşdirir.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranın yeni nüvə razılaşmasına nail olmaq üçün tez hərəkət etməli olduğunu, bunu etməyəcəyi halda pis bir şey olacağını bildirmişdi.
“ABŞ rəhbərliyinin ziddiyyətli mövqeləri və bəyanatları danışıqlar prosesinin əksər hissəsini çətinləşdirir. Bu, həmçinin ABŞ-nin ciddiliyi və diplomatik prosesin məqsədəuyğunluğuna uyğun hərəkət etməyə hazır olması ilə bağlı şübhələri artırır. İslam Respublikası mediadakı çaxnaşmalara baxmayaraq, beynəlxalq hüquq və razılaşmalar çərçivəsində öz əsas maraqlarını dəstəkləməkdə davam edəcək”, - İran xarici işlər nazirinin adından yayılan bəyanatda deyilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 18 May 2025 01:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















