Icma.az
close
up
RU
Tehran üçün geri sayım başladı? Təxliyə çağırışı və zərbə ehtimalı

Tehran üçün geri sayım başladı? Təxliyə çağırışı və zərbə ehtimalı

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Dövlət Departamentinin Amerika vətəndaşlarını İranı dərhal tərk etməyə çağırması sıradan təhlükəsizlik xəbərdarlığı deyil. Bu tip çağırışlar adətən iki əsas mərhələdə edilir, ya hərbi-siyasi eskalasiya riski yüksəldikdə, ya da ölkə daxilində nəzarətdən çıxan proseslər başladıqda.

Xüsusilə çıxış marşrutlarının Türkiyə və Ermənistan üzərindən tövsiyə olunması onu göstərir ki, Vaşinqton hava məkanında və İran daxilində qəfil dəyişikliklər ehtimalını istisna etmir. Bu, region ölkələrinin də dolayısı ilə prosesə cəlb olunduğunu göstərən ciddi siqnaldır.

Mövcud proseslər göstərir ki, ABŞ üçün əsas məsələ təkcə etirazlar deyil. Vaşinqton İran rejiminin daxili legitimliyini zəiflətmək, eyni zamanda onu idarəolunan böhran mərhələsinə salmaq niyyətindədir.

ABŞ-ın mümkün addımları üç əsas istiqamətdə cəmlənir:
Birincisi, hərbi təzyiq vasitəsi kimi Ağ Ev hava zərbələrini və məhdud, simvolik, lakin psixoloji təsirli hücumlarını nəzərdən keçirir. 

İkinci variant isə kiber və informasiya müharibəsidir ki, bu zaman  mülki və hərbi infrastruktura kiberhücumlardır. İnternetin kəsildiyi şəraitdə Starlink terminallarının gündəmə gətirilsin.
Üçüncüsü variant isə iqtisadi və diplomatik  təzyiqlə  İranı boğmaq. Bura yeni sanksiyalar, İranla əməkdaşlıq edən ölkələrə 25% tarif təhdidi və digər variantlar daxildir.
Bu, klassik “tam müharibə” yox, rejimi daxildən sarsıtma strategiyasıdır.

Bütün bunlara baxmayaraq hələ də Ağ Ev adminsitrasiyasında İran məsələsində vahid mövqe yoxdur. Bu isə qərarların gecikməsinə və ziddiyyətli mesajlara səbəb olur. Tramp administrasiyasında  iranla bağlı iki xətt tərəfdarı mövcuddur. Sərt və diplomatic danışıqlarla məsələnin həlli tərəfdarları. Sərt xətt tərəfdarları Trampdan Tehran rejiminə qarşı ən sərt tədbirlərə əl atmasını dəstəkləyir. Sərt xəttin təərfdaralrı hesab edirələr ki, hərbi gücün rejimi geri çəkilməyə məcbur edəcəyinə inanırlar

Ehtiyatlı  və dialoq tərəfdarı olanlar isə İranın vurulmasını vəziyyətdən çıxış yolu hesab etmirlər.  Onlar hesab edirlər ki, İranın vurulması  bütövlükdə Yaxın Şərqdə yeni müharibələrə. böhranlara, enerji bazarlarında şoka, ABŞ-ın regional mövqelərinin zəifləməsinə səbəb olacaq. Bu qanadın əsas simalarından biri vitse-prezident C.D. Vensdir. O, Trampı Tehranla danışıqlara başlamağa təşviq edir.

Ağ Ev rəsmilərinin açıqlamaları göstərir ki, Tramp ikili strategiya yürüdür.  Bir tərəfdən hərbi zərbə ehtimalını gündəmdə saxlamaqla İranı qorxu və qeyri-müəyyənlik vəziyyətində tutur, digər tərəfdən isə Tehranla danışıqlara qapını tam bağlamır. Nüvə proqramı ilə bağlı razılaşma imkanlarını dəyərləndirir.

Trampın “İran liderləri danışıqlar üçün yalvardılar” açıqlaması isə psixoloji üstünlük nümayişidir və diplomatiyada əlini gücləndirməyə hesablanıb.
İranda baş verənlər artıq klassik etiraz dalğası deyil. Proseslər sosial-iqtisadi narazılıq, rejimə qarşı etimadın aşınması, təhlükəsizlik aparatının sərtləşməsi xəttində inkişaf edir.
Rejimin etirazçılara qarşı zorakılıq tətbiq etməsi isə Vaşinqtona beynəlxalq legitim əsas yaradır. Məhz buna görə ABŞ rəsmiləri “etirazçıların öldürülməsi” faktorunu xüsusi qabardır.
Bütün bunlar onu deməyə əsas verir ki, preseslər İran və region üçün riskli mərhələ qədəm qoyub. Proseslər onu göstərir ki, ABŞ hələ qəti hərbi qərar verməyib, amma bütün variantlar masadadır, diplomatiya üçün zaman daralır.

İran böhranı çıxılmaz mərhələyə daxil olur və bu, təkcə İranı deyil, bütün Yaxın Şərqi yeni təlatümlər və qeyri-sabitlik dalğası ilə üz-üzə qoya bilər.
Bu mərhələdə atılacaq istənilən səhv addım regional müharibəni, qlobal enerji böhranını, böyük güclər arasında qarşıdurmanı sürətləndirə bilər.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 Yanvar 2026 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see523

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see495

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see307

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see272

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see267

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see267

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see265

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see260

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see260

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see239

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see237

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see235

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see233

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see228

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see216

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see212

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see204

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri