Tehrandan ABŞ a mesaj: Nüvə məhdudiyyətlərinə hazırıq, lakin şərtimiz var
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Tehran sanksiyaların ləğvi müqabilində nüvə proqramı üzrə bəzi məhdudiyyətləri qəbul etməyə hazırdır.
Globalinfo.az-ın məlumatına görə, bu barədə İranın xarici işlər nazirinin müavini Məcid Təxtrəvançi danışıb. Onun sözlərinə görə, ABŞ tərəfindən tətbiq edilən iqtisadi sanksiyalar aradan qaldırılarsa, İran uranın zənginləşdirilməsi imkanları və mövcud məhdudiyyətlərdə müəyyən yumşalmaya gedə bilər.
Təxtrəvançi vurğulayıb ki, bu addım qarşılıqlı etimadın bərpasına və regionda gərginliyin azaldılmasına töhfə verə bilər.
Xatırladaq ki, İranın xarici işlər naziri Abbas Əraqçı bir müddət əvvəl “Financial Times” qəzetinə açıqlamasında uranın zənginləşdirilməsi üzrə beynəlxalq konsorsium yaradılması planından bəhs etmişdi. O zaman nazir qeyd etmişdi ki, bu məsələnin çoxsaylı texniki və hüquqi məqamları mövcuddur, lakin Tehran lazım gələrsə, bütün bu detallar üzrə danışıqlara başlamağa hazırdır.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 11 Avqust 2025 21:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















