Icma.az
close
up
RU
Tehrandan İrəvana açıq hədə: Türklərə qarşı yeni həmlə

Tehrandan İrəvana açıq hədə: Türklərə qarşı yeni həmlə

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Son zamanlar İranın hərbi-siyasi dairələrində Ermənistanla bağlı narahatlıqlar artmaqdadır. 

Belə ki, Ermənistan hakimiyyətinin son seçkidən əvvəl ABŞ ilə “Strateji Tərəfdaşlıq” sazişi imzalaması, ABŞ və Ermənistan arasında diplomatik-siyasi və iqtisadi-ticari münasibətlərin dərinləşməsi və ABŞ şirkətlərinin Ermənistanda investisiya layihələrinin həyata keçirilməsi istiqamətində addımların atılması, xüsusilə də Azərbaycanın qərb bölgələrini Naxçıvanla birləşdirən Ermənistandakı yolun ABŞ-nin nəzarətinə verilməsi Tehranı Ermənistanla bağlı siyasətini nəzərdən keçirməyə sövq edir. 

İran hakimiyyəti İrəvanın Qərblə yaxınlaşmasına bir müddət sakit mövqe sərgiləsə də, artıq Moskvadan sonra Tehran da Ermənistana ciddi xəbərdarlıq etməyə başlayıb. 

Belə demək mümkünsə, İranın dövlət və yüksək rütbəli hərbi rəsmiləri bəyanatlarında İrəvana mesaj göndərərək Qərblə münasibətlərdə İranın maraqlarını nəzərə almağa çağırıblar. Eləcə də Qərbin Ermənistanda möhkəmlənməsinə imkan verməyəcəklərini bildiriblər. 

İran Prezidenti Məsud Pezeşkianın Ermənistan Baş naziri Nikol Paşinyana son məktubu bunu deməyə əsas verir. “Yerevan Observer” -nin məlumatına görə, Pezeşkian Paşinyana son təbrik məktubunda Ermənistan rəhbərliyinə xəbərdarlıq edib ki, ABŞ-nin Cənubi Qafqazda dominantlıq qurmaq cəhdləri regiona sülh yox, yeni qarşıdurma gətirəcək. 

İranın dövlət rəhbəri İrəvanın Vaşinqtonla imzaladığı "Strateji Tərəfdaşlıq Xartiyası" və regional logistika layihələrinin İranın şimal hüdudlarını nəzarət altına almaq məqsədi güddüyünü və Qərb blokunun bölgədə möhkəmlənməsinin İrana qarşı gələcək ssenarilərdə Ermənistanı hədəfə çevirə biləcəyini dolayısı ilə diqqətə çatdırıb. 

Pezeşkian qeyd edib ki, o şəxsən Ermənistanın hədəf olunmasını istəmir, amma Ermənistan belə bir siyasətə davam edərsə, o, bu prosesə mane ola bilməz. İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayil Bəqayi də son mətbuat konfransında bildirib ki, Ermənistandakı seçkilərdən sonra yaranan daxili siyasi proseslər İrəvanın geosiyasi istiqamətini dəyişməməlidir: 

“Regiondankənar qüvvələrin Ermənistanın cənub sərhədlərinə gətirilməsi cəhdləri bölgədəki hərbi balansı pozacaq. İranın beynəlxalq nəzarət ssenarilərinə qarşı diplomatik və hərbi etiraz potensialı qüvvədə qalır".

 İran İslam Respublikasının hərbi xadimi, general-mayor və İranın ali rəhbərinin hərbi məsələlər üzrə baş müşaviri Yəyha Rəhim Səfəvinin Ermənistana xəbərdarlığı da xüsusi diqqət çəkir. O qeyd edib ki, İrəvan Amerika hərbçilərini İrana sərhədinə gətirir: 

“Ermənistan burada daha radikal mövqe ortaya qoydu. Birbaşa sərhədlərə ABŞ mühafizə xidməti adı ilə Amerika əsgərini gətirir. Ermənistan hər dəfə bizə "Sizə qarşı heç bir layihədə iştirak etməyəcəyik",- deyə bildirir, amma addımlar bunun əksini göstərir. Xüsusilə dəhliz məntiqi ilə ərazilərin uzaq bir ölkəyə verilməsi yeni təhdid yaradır".

Səfəvi əlavə edib ki, belə bir halda İran başqa yollara baş vurmaqla öz təhlükəsizliyini qorumağa məcbur olacaq: 

“Biz açıq bildirdik ki, gəlin problemlərimizi regional çərçivədə və region dövlətlərinin iştirakı ilə hər birinin maraqlarını nəzərə almaqla həll və müzakirə edək. Əgər bu olmasa, İran məcbur başqa yollarla təhlükəsizliyini qorumalı olacaq". Son bəyanatlardan görünür ki, İranın Ermənistan məsələsində son mövqeyi ciddidir. 

Tehran Yaxın Şərqdə olduğu kimi, Cənubi Qafqazda da maraqlarını güzəştə getmək niyyətində deyil. Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Cebheinfo.az” – a şərhində qeyd edib ki, İran öz sərhədlərinə yaxın ərazilərdə baş verən istənilən hərbi-siyasi dəyişiklikliyi özünün təhlükəsizlik məsələsi kimi qiymətləndirir: 

“Şübhəsiz ki, Yaxın Şərqdə mövcud qarşıdurmanın yaratdığı yeni geosiyasi reallıqlar Cənubi Qafqazdakı proseslərə də təsirsiz ötüşmür. Yaxın Şərqdə gərginliyin artması İranın regional siyasətində təhlükəsizlik amilini daha da ön plana çıxarıb. 

Tehran öz sərhədlərinə yaxın ərazilərdə baş verən istənilən siyasi və hərbi dəyişikliyi milli təhlükəsizlik məsələsi kimi qiymətləndirir. Bu baxımdan, İranın son dövrlərdə Ermənistanla bağlı verdiyi mesajlar daha çox regional balansın dəyişməsi fonunda öz maraqlarını qorumaq cəhdi kimi dəyərləndirilə bilər”. 

Politoloqun sözlərinə görə, İranın Ermənistanla bağlı narahatlığının əsası heç də siyasi və hərbi dəyişikliklərlə bağlı deyil: 

“Ermənistan ərazisində Qərb blokunun möhkəmlənməsi yeni məsələ deyil. ABŞ-nin dünyada ikinci ən böyük səfirliyi artıq uzun illərdir ki, məhz Ermənistanda fəaliyyət göstərir və personalın böyük əksəriyyətini də xüsusi xidmət orqanlarının əməkdaşlarının təşkil etdiyi də məlum faktdır. 

Amma İran bunu bilə-bilə uzun illər ərzində nəinki susub, hətta Ermənistanın dəstəklənməsi, blokadadan çıxması, silah sursat təminatında da mühüm rol oynayıb. Odur ki, indiki narahatlıq böyük ölçüdə Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xəritəsinin dəyişməsi ilə bağlıdır. Tehran hesab edir ki, regionda yeni logistika xətlərinin formalaşması onun geosiyasi və iqtisadi mövqeyinə təsir göstərəcək. 

Xüsusilə Azərbaycan ilə Naxçıvan arasında nəqliyyat bağlantısının yaradılması məsələsi İranın diqqət mərkəzindədir. İran başa düşür ki, bu nəqliyyat dəhlizi hər şeydən öncə həm də türk dünyasının birləşməsinə yeni imkanlar açacaq. 

Ona görə də Ermənistanla təhdid dilində danışır. Layihə ilə bağlı sənədin ABŞ və Ermənistan arasında artıq imzalanması və yaxın günlərdə ratifikasiya olunacağı da İranı bu şəkildə təhdid dilində danışmağa məcbur edib. Ümumilikdə isə İran üçün əsas məsələ bu layihənin onun regional rolunu zəiflədib-zəiflətməməsi ilə bağlıdır”. 

İranın Ermənistanı cəzalandırmasına gəlincə, R.Bayramov Tehranın belə bir niyyətinin olmadığını qeyd edib: 

“Təhdidlərə baxmayaraq, İranın Ermənistanı açıq şəkildə cəzalandırmaq imkanları məhduddur. Əvvəla ona görə ki, Tehran üçün Ermənistan yalnız qonşu dövlət deyil, həm də Qafqazda müəyyən təsir imkanlarını qoruduğu ölkələrdən biridir. 

Odur ki, İranın məqsədi Ermənistanla münasibətləri tam pozmaq yox, ona öz qırmızı xətlərini xatırlatmaq və müəyyən qərarlarda təsir imkanını saxlamaqdır. Buna görə də sərt bəyanatlar daha çox siyasi təzyiq və xəbərdarlıq xarakteri daşıyır”. 

R.Bayramov qeyd edib ki, İran yalnız Ermənistana diplomatik-siyasi və iqtisadi yolla təzyiq göstərməyə çalışacaq: 

“Əgər İran Ermənistana qarşı təzyiq mexanizmlərindən istifadə etmək istəsə, bunu birbaşa hərbi addımlarla deyil, daha çox diplomatik, iqtisadi və təhlükəsizlik alətləri vasitəsilə həyata keçirməyə çalışacaq. 

Buraya sərhəd ticarəti, enerji əməkdaşlığı, siyasi mesajlar, regional platformalarda mövqe bildirmək və Ermənistan daxilində müəyyən ictimai-siyasi təsir imkanlarından istifadə kimi vasitələr daxil ola bilər. 

İranın hazırkı şəraitdə yeni bir qarşıdurma yaratmaq istəməsi isə real deyil, çünki bu, onun onsuz da mürəkkəb olan regional vəziyyətini daha da çətinləşdirə bilər. 

Düşünürəm ki, Tehran böyük ehtimalla təzyiq və diplomatik manevrlər siyasətini davam etdirəcək. Lakin Cənubi Qafqazdakı yeni reallıqlar İranı da daha çevik və praqmatik siyasət yürütməyə məcbur edir”. 

Yunis Abdullayev 
“Cebheinfo.az”

Açar sözlər: Tehran İrəvan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 İyun 2026 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri