Icma.az
close
up
RU
“Tehranın İsmalabada ünvanladığı mesajlarda başqa təhdid elementləri də var”

“Tehranın İsmalabada ünvanladığı mesajlarda başqa təhdid elementləri də var”

Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“İranın xarici işlər naziri Abbas Əraqçi və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan husilərlə münaqişəni müzakirə etmək üçün telefon danışığı aparmasını Tehranın Ər-Riyada xəbərdarlığı kimi qiymətləndirmək olar. Əraqçi həmkarına Yəməndə hərbi əməliyyatlara diqqət yetirməyin regiondakı vəziyyəti daha da pisləşdirəcəyi barədə xəbərdarlıq edib.İran Məkkə Sazişinin işə düşməsindən narahatdır. Türkiyə və Pakistanın Səudiyyə Ərəbistanına əməli dəstək verməsi qərarı İrandakı qüvvələrin sərt açıqlamalarına səbəb olub”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

Politoloqun sözlərinə görə, bu haqda ilk açıqlama verən İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi olub:

“O Məkkə Sazişinin iştirakçısı olan ölkələri Tehrana qarşı mümkün addımlardan çəkinməyə çağırıb. Halbuki, Məkkə Sazişinə imza atan dövlətlərin İranla problemləri yoxdur. Buna baxmayaraq, İbrahim Əzizi Məkkə Sazişi barədə “heç bir səhv cavabsız qalmayacaq” ifadəsini işlədib. Əslində İbrahim Əzizi narahatlığı İranla bağlı deyil, iranlı deputat sazişə imza atan dövlətlərin Tehranın dəstək verdiyi Yəmən husilərinə qarşı hücum planlarının həyata keçirməsindən narahatdır.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri Məhəmməd bin Salman, eləcə də Pakistanın Baş naziri Şahbaz Şərifin imzaladıqları Məkkə Sazişi müdafiə xarakterlidir. Sazişə görə, üç dövlətdən hər hansı birinə qarşı həyata keçirilən silahlı hücum bütün tərəflərə qarşı edilmiş hücum kimi qəbul olunacaq. Hazırda Yəmən husiləri Səudiyyə Ərəbistanına hava hücumları təşkil edirlər”. 

O, deyib ki, Məkkə Sazişinə görə, Türkiyə və Pakistan Səudiyyə Ərəbistanını müdafiə etməlidirlər:

“Türkiyə və Pakistan Səudiyyə Ərəbistanını dəstəkləmək üçün tədbirlər görməyə başladıqlarını bildiriblər. Pakistan və Türkiyə hərbi qüvvələrinin Səudiyyə Ərəbistanına hərbi, texniki və kəşfiyyat dəstəyi, o cümlədən krallıq daxilində müdafiə imkanları verməsi gözlənilir. Buna baxmayaraq, Türkiyə və Pakistan rəsmiləri Yəməndə hücum əməliyyatlarında iştirak etməyəcəyini bildiriblər. İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqaei minlərlə Pakistan hərbçisinin Səudiyyə Ərəbistanına yerləşdirilə biləcəyi ilə bağlı xəbərlərlə bağlı suala cavab olaraq bunu deyib: "Biz də bu şayiəni eşitmişik və ümid edirik ki, bu, doğru deyil". O, əlavə edib ki, "Region ölkələri Yəmən məsələsinə hər hansı bir müdaxilənin region üçün arzuolunmaz nəticələrə səbəb ola biləcəyini yaxşı bilirlər" və Məkkə müqaviləsi kimi paktların "müsəlman icmasının maraqlarına və rifahına qarşı" istifadə olunmayacağına ümid etdiyini bildirib. Öz növbəsində İran xarici işlər naziri Abbas Əraqçi birbaşa həmin sazişə istinad etmədən qonşu ölkələri "özünəgüvən" prinsipinə və "səmimi qardaşlıq" əsasında qurulmuş siyasətə riayət etməyə çağırıb. O, həmçinin bildirib ki, belə sazişlər İranı məhdudlaşdırmayacaq”. 

E.Şahinoğlunun sözlərinə görə, İranda Məkkə Sazişi barədə daha sərt ifadələr işlədənlər də az deyil:

“İranlı deputatlardan biri sosial şəbəkədə bunları yazıb: “Səudiyyəlilər bilməlidirlər ki, Türkiyə və Pakistanla kağız üzərində imzalanan saziş onlara təhlükəsizlik gətirməyəcək; necə ki, illərlə amerikalılardan birtərəfli qaydada faydalanmaq da onlara təhlükəsizlik gətirməmişdi. Siyasətinizi düzəldin ki, başqalarından təhlükəsizlik üçün yalvarmaq məcburiyyətində qalmayasınız".İran rəsmiləri və deputatları belə bir fikir də işlədirlər ki, Pakistan Səudiyyə Ərəbistanı ilə birgə husilərə qarşı hərbi əməliyyatlarda iştirak edərsə, Tehran İslamabadın vasitəçiliyindən imtina edəcək. Pakistanın Tehranla Vaşinqton arasındakı vasitəçiliyi nəzərdə tutulur. Tehranın İsmalabada ünvanladığı mesajlarda başqa təhdid elementləri də var. Misal üçün İrandakı mühafizəkarlar qonşu ölkəni xəbərdar ediblər ki, Pakistanın Səudiyyə Ərəbistanı ilə getdikcə daha çox açıq şəkildə yaxınlaşması bu ölkədə məzhəb gərginliyini artıra və İran-Pakistan sərhədinə qeyri-sabitlik gətirə bilər. Göründüyü kimi, Pakistanın Səudiyyə Ərəbistanına hərbi dəstəklə yanaşı İranla normal münasibətləri qoruması çətin olacaq”.

Vasif ƏLİHÜSEYN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://adalet.az
archiveBu xəbər 13 Oktyabr 2026 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see494

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see381

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see331

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see304

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see273

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see270

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see267

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see248

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see221

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri