Icma.az
close
up
RU
Tehranın Zəngəzur oyunu : Səfir kimin “ağzı” ilə danışır?

Tehranın Zəngəzur oyunu : Səfir kimin “ağzı” ilə danışır?

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

İranın İrəvandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani Azərbaycan və Ermənistan arasında nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasına qarşı növbəti təxribatçı bəyanatla çıxış edib. 

Mayın 22-də Zəngəzura səfər edən diplomat deyib: 

“Əlbəttə, biz sülhü dəstəkləyirik. Biz Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını da dəstəkləmişik və dəstəyimizi davam etdirəcəyik. Biz hesab edirik ki, sülh sazişinin imzalanması həm iki ölkənin, həm də bütün regionun maraqlarına uyğundur. Biz bu müqavilənin imzalanması prosesinə töhfə verməyə hazırıq. 

Bildiyiniz kimi, biz əvvəllər Ermənistanın Baş nazirinin “Sülh kəsişməsi” adlı təşəbbüsünü alqışlamışıq. Bu, bölgəni blokdan çıxarmaq üçün bir səbəb ola bilər. Bu, regionun çiçəklənməsinə töhfə verəcək. Çünki iqtisadiyyatın əsasını nəqliyyat təşkil edir və bu, regionda nəqliyyatın inkişafına töhfə verə bilər. 

Bilirsiniz ki, biz blokun açılmasının əleyhinə deyilik. Bizim mövqeyimiz sizə məlumdur, lakin istənilən blokun açılması Ermənistanın suverenliyi altında həyata keçirilməlidir. Hesab edirəm ki, bu təşəbbüs həm də regionda malların daşınmasını asanlaşdıracaq. Hər kəs sülh sazişinin imzalanmasınıalqışlamalıdır”,-deyə səfir bildirib. 

Mehdi Sübhanininaçıqlamasına diqqət yetirdikdə, onun Azərbaycanın öz ərazilərini işğaldan azad etdikdən sonra Ermənistanla kommunikasiyaların blokdan açılması məsələsinə işarə etdiyini görmək olar. Azərbaycana qarşı ermənipərəst münasibəti  ilə tanınan diplomat bu dəfə də İran rejiminin ənənəvi mövqeyini təkrarlayıb. Söhbət ilk növbədə, Zəngəzur dəhlizinin açılmasından gedir. 

Görünür, Azərbaycanın son vaxtlar Çinlə yaxınlaşması, rəsmi Pekinin “Orta dəhliz”ə marağının artması fonunda Ermənistan ərazisindən nəqliyyat-tranzit əlaqələrinin açılmasına artan ümidlər Tehranda narahatlıqla qarşılanıb. Ona görə də səfir kommunikasiyaların blokdan açılması ilə bağlı avantürist yanaşma nümayiş etdirərək, Zəngəzur dəhlizinin Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə zidd olduğu barədə rəy yaratmağa çalışır. 

Ona görə də M.Sübhani Zəngəzurdan dəhlizin deyil, Ermənistanın nəzarəti altında olan yolun açılmasının vacibliyinə eyham vurmaqla,  2020-ci il 10 noyabr Bəyanatının icrasına qarşı çıxır. Son zamanlar İran-Azərbaycan münasibətlərinin normallaşması kontekstində rəsmi Tehranın Zəngəzur dəhlizi məsələsi ilə bağlı siyasətində dəyişikliyin olub-olmadığına dair suallar səslənməyə başlayıb. Lakin Mehdi Sübhaninin açıqlaması göstərir ki, hökumətdə təmsil olunan islahatçı qanaddan fərqli olaraq, Zəngəzur dəhlizinin açılmasına rejimin mühafizəkar dairələrinin yanaşması dəyişməyib.
İran rejiminin bu  təxribatçı addımı yalnız Azərbaycanın deyil, Rusiyanın da bölgədəki maraqlarına ziddir. Çünki Tehran rəsmisi belə bir açıqlama verməklə Rusiyanın Zəngəzur dəhlizininin təhlükəsizliyini təmin etməsinə qarşı çıxan Nikol Paşinyan hökumətinə dəstək verir. 

Ermənistan rəhbərliyinin kommunikasiyaların dəhliz məntiqi əsasında açılmamasına dair təklifi isə İranı qane edir. Mayın 21-də İrəvanda səfərdə olan İranın müdafiə naziri Əziz Nəsirzadə İran-Ermənistan sərhədini “iki ölkə arasında tarixi əlaqələrin mənbəyi” adlandırıb. 

O, Tehranın bu sərhədə heç bir müdaxiləyə icazə verməyəcəyini bəyan edib. Bununla da müdafiə naziri “İran-Ermənistan” sərhədi deyərkən əslində, Zəngəzur dəhlizinə işarə edərək, Tehranın bunun açılmasına qarşı olduğunu xatırladıb. Mehdi Sübhaninin qeyd edilən açıqlaması məhz Əziz Nəsirzadənin fikrinin davamı hesab oluna bilər. 

Müşfiq Abdulla
"Cebheinfo.az" 

Açar sözlər: Tehran Zəngəzur səfir

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 May 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri