Icma.az
close
up
RU
“Təhsil” işbazları gəncləri necə tora salır?..

“Təhsil” işbazları gəncləri necə tora salır?..

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Bu gün ölkəmizdə "xaricdə imtahansız təhsil" adı ilə işbazlar əməllicə bazar qurublar. Bu "təhsil" işbazları son bir ayda məşhur simaları da alət edərək burdakı imtahanlardan kəsilən abuturiyentləri öz torlarına salır, onları aşağı səviyyəli xarici universitetlərə, xüsusilə Türkiyənin reytinqsiz təhsil müəssisələrinə sürüməklə əslində bütöv bir xalqın gələcəyini məhv edirlər. Çünki Azərbaycan dövlətinin diplomlarını tanımadığı, tədris proqramını qəbul etmədiyi əksər xarici universitetlər bu işbazlar sayəsində bizim gəncləri aldadıb illərlə pullarını alır, sonda da dövlətin yaxına buraxmadığı qanunsuz diplomlarla “mükafatlandırıb” geriyə qaytarırılar.
Bəs nədən gənclərimiz ölkəmizdəki ali təhsil ocaqlarına qəbul olmaqda çətinlik çəkirlər? İbtidai sinif şagirdlərini az qala akademik səviyyədə tədris ağırlığı ilə yükləyəndə, qəbul imtahanlarına tədris proqramından kənar suallar salınanda nəticə bu cür də olmalıdır. İş o yerə çatıb ki, gənclər məktəblərdəki tədris proqramını əla oxumaq əvəzinə, qəbul imtahanlarında yaxşı nəticə göstərmək üçün repititor yanına yollanırlar. Niyə? – çünki artıq neçə illərin təcrübəsindən də məlumdur ki, qəbul imtahanındakı sualların əksəriyyəti məktəblərdə şagirdlərə tədris olunan məktəb proqramından deyil, tam kənar mövzulardan salınır. Sanki bilə-bilə imtahan sualları çətinləşdirilir ki, gənclərin ölkədə təhsil alması əlçatmaz olsun. Guya imtahan prosesini bu cür çətinləşdirməklə təhsilin səviyyəsinimi yüksəltmək olur?. Bəs hörmətli təhsil başbilənlərinə məlum deyilmi ki, qəbul imtahanlarında repititor hesabına yüksək bal toplayan gənclər ali məktəb tədrisində heç nə ilə fərqlənə bilmirlər? Çünki repititor hazırlığı ilə dövlətin tədris proqramı arasında böyük uyğunsuzluq var. Bu, acı və olduqca aktual faktdır. Məktəbli ali məktəbə dövlətin tədris proqramı əsasında hazırlaşa bilmirsə və yüksək bal toplamırsa, bunun tam əksinə olaraq repitetor xidməti sayəsində yüksək bal qazanırsa, demək təhsil idarəetməsi və tədris proqramında böyük çatlar var.

Gələk "xaricdə təhsil" adı ilə işbazlıq edən dələduzlara. İllərdir bu işbazlar iş başındadırlar. Əslində onların bu “bazarına” rəvac verən əsas proses təhsilimizdəki qüsurlar, gəncləri bu işbazların toruna sürükləyən ciddi çatışmamazlıqlardır.Bir çox efirlərin reklam üzünə çevrilən belə “təhsil” işbazları, artıq tanınmış simaları da öz iyrənc qazanc işlərinə cəlb edirlər: “Təsəvvür edin ki, cəmiyyətin üzdə olan insanları da pul müqabilində gəncləri bu cür işbazların toruna səsləyən çağırış reklamlarında yer alırlar. Bu adamlar fərqində deyillər və ya fərqində olub, sadəcə reklam üçün aldıqları karlı pula görə dərk etmək istəmirlər ki, bu işlər təhsilimizi və gələcəyimizi məhvə sürükləyir.
Min dəfə təəsüf edirəm ki, Təhsil Nazirliyi bu prosesə “DUR” demək üçün bircə addım da atmır. Sadəcə valideynlərə xəbərdarlıq etməklə kifayətlənir. Niyə bu cür yalançı, gəncləri toruna salan fırıldaqçı “şirkətlər” barədə tədbir görülmür? Bunları efirlərə buraxıb qanunsuzluğu reklame dən telekanallar niyə məsuliyyət daşımırlar?. Bildiyim təkcə budur ki, başqa sahələr bir yana, təhsil sahəsinin belə işbazlar oylağına çevrilməsi, gədə-güdə səviyyəli adamların “imtahansız təhsil” vədləri böyük bir xalq olaraq hamımızın gələcəyini indidən məhv etmək deməkdir...

Mətləb Salahov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 Oktyabr 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see355

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see229

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see226

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see222

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see220

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see220

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see215

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see210

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see209

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see206

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see193

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see191

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see190

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see190

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see190

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see187

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see183

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see183

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see177

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri