Icma.az
close
up
RU
Təhsil kreditində böhran siqnalı: “İflasa uğrayıb”

Təhsil kreditində böhran siqnalı: “İflasa uğrayıb”

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

“Təhsil Tələbə Kredit Fondu yaradıldığı gündən bu günə qədər fəaliyyət göstərsə də, təəssüf ki, hələ də işini nə ideal, nə də yaxşı səviyyədə qura bilib. Hazırda bununla bağlı müxtəlif problemlərlə rastlaşırıq. Magistr tələbələrinin mövcud vəziyyətdə nəzərə alınmaması da həmin problemlərin tərkib hissəsidir”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirib. Onun sözlərinə görə, belə qərarlar qəbul edilərkən Təhsil Tələbə Kredit Fondu mütləq Dövlət İmtahan Mərkəzi və Elm və Təhsil Nazirliyi ilə koordinasiyalı işləməlidir:

“Qəbul və ixtisas seçimi mərhələlərinin vaxtı əvvəlcədən qarşılıqlı şəkildə müzakirə edilməli, planlar uyğunlaşdırılmalıdır. Bu, Fondun fəaliyyətinin əsas istiqamətlərindən biri olduğuna görə belə koordinasiya vacibdir. Problemlər yalnız magistratura pilləsi ilə məhdudlaşmır. Bakalavrların da təhsil krediti alması zamanı müəyyən bürokratik maneələr mövcuddur. Nəticədə, həqiqətən bu dəstəyə ehtiyacı olan bütün tələbələr sistemdən yararlana bilmirlər”. Marqarita pizza

Ekspert düşünür ki, Təhsil Tələbə Kredit Fondu, Elm və Təhsil Nazirliyi və aidiyyəti dövlət qurumları bu məsələ ilə bağlı birgə konsepsiya, proqram və ya layihə hazırlamalıdırlar:

“Məqsəd maddi imkanı zəif olan tələbələrin ehtiyaclarını ödəmək və mövcud maneələri aradan qaldırmaq olmalıdır. Əks halda, bu bürokratik əngəllər imkansız ailələrin övladlarının ali təhsildən yararlanmasına mane olacaq. Mövcud qaydalara əsasən, tələbənin təhsil kreditindən istifadə edə bilməsi üçün ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 71 baldan yuxarı olmalıdır. Lakin bu göstəricinin formalaşması üçün tələbə ən azı bir il təhsil almalıdır. Problem də məhz buradan başlayır. Elə ailələr var ki, övladlarının birinci təhsil ilinin ödənişini belə qarşılaya bilmirlər. Buna görə də mövcud mexanizmlər yenidən nəzərdən keçirilməlidir”.

M.Məmmədli onu da vurğulayıb ki, ötən il 13 mindən çox tələbə təhsilini yarımçıq qoyaraq universitetdən ayrılıb:

“Bunun əhəmiyyətli hissəsinin maddi imkansızlıq səbəbindən baş verdiyini düşünmək üçün kifayət qədər əsas var. Bəzi insanlar kreditlərin geri qaytarılması mexanizmi ilə bağlı narahatlıqlarını da dilə gətirirlər. Halbuki bunun üçün dövlət səviyyəsində hazırlanmış mexanizm mövcuddur. Tələbə məzun olduqdan sonra işə düzəldikdə krediti qaytarır. Bildiyim qədərilə, müəyyən hallarda bu öhdəlik valideynlərin iştirakı ilə də yerinə yetirilə bilər. Ona görə də əsas diqqət kreditlərin geri alınmasına deyil, ehtiyacı olan tələbələrin bu dəstəkdən vaxtında və maneəsiz yararlana bilməsinə yönəldilməlidir”.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:501
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 04 Avqust 2026 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri