Icma.az
close
up
RU
Təhsil liderləri müasir idarəetmə metodlarını öyrənəcəklər

Təhsil liderləri müasir idarəetmə metodlarını öyrənəcəklər

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 31 mart, AZƏRTAC

Təhsil sahəsində idarəetmə bacarıqlarının inkişafına yönəlmiş “Təhsil liderləri üçün mini MBA” proqramının açılış tədbiri keçirilib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Təhsil Cəmiyyətindən bildirilib. Tədbirdə layihə rəhbəri Murad Ağalarov və mütəxəssis Sənan Mahmudov çıxış edərək proqramın əsas istiqamətləri, tədris modulları və gözlənilən nəticələr barədə məlumat veriblər. Bildirilib ki, proqram çərçivəsində iştirakçılar üçün müasir təhsil idarəçiliyi, liderlik, strateji planlaşdırma və innovativ yanaşmalar üzrə təlimlər təşkil olunacaq.

Qeyd edilib ki, proqramda iştirak üçün ümumilikdə 300-dən çox müraciət daxil olub. Seçim mərhələsi nəticəsində Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində rəhbər vəzifədə çalışan 30 namizəd iştirak hüququ qazanıb.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, proqramla bağlı maraq doğuran məqamlar ətrafında müzakirələr aparılıb.

“Təhsil liderləri üçün mini MBA” proqramının əsas məqsədi təhsil idarəçilərinin peşəkar inkişafını dəstəkləmək, onların strateji düşünmə və qərarvermə bacarıqlarını gücləndirmək, həmçinin təhsil müəssisələrində effektiv idarəetmə modelinin tətbiqinə töhfə verməkdir. Proqram çərçivəsində iştirakçılar həm nəzəri biliklər əldə edəcək, həm də praktik tapşırıqlar və real keys müzakirələri vasitəsilə öz idarəetmə bacarıqlarını inkişaf etdirəcəklər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Mart 2026 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri