Icma.az
close
up
RU
Təhsil məsələsini baş örtüyü səviyyəsinə endirmək...

Təhsil məsələsini baş örtüyü səviyyəsinə endirmək...

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda məktəbli formasının tətbiqini qətiyyətlə dəstəkləyirəm. Bu məsələdə dövlətin ardıcıl mövqeyinə, məktəbin aydın qaydalarına və cəmiyyətin sağlam dəstəyinə ehtiyac var.

Etirazçıların səsindən çəkinərək qəbul edilmiş qanuni tələblərdən geri çəkilmək qətiyyən düzgün yol deyil.

Məktəbli forması uşaqlar arasında ortaq məktəb mühiti yaradır. Ailələrin maddi imkanlarını geyimlə nümayiş etdirmək yarışını zəiflətməyə xidmət edir. Sinifdə uşağın əynindəki markadan əvvəl biliyi, zəhməti və davranışı görünməlidir. Marqarita pizza

Dünyanın müxtəlif ölkələri məktəbli formasına məhz bu baxımdan yanaşırlar.

Azərbaycan da qaydalarını özünün Konstitusiyası və qanunları əsasında müəyyənləşdirir. Konstitusiyamız dövlət təhsil sisteminin dünyəvi xarakterini təsbit edir. Dövlət ümumi təhsil müəssisələrində geyim tələblərinə riayət olunması, valideynlərin bunu təmin etmək vəzifəsi də qanunvericilikdə göstərilib.

Mənim üçün bu müzakirənin tarixi və mənəvi tərəfi də var. Belə ki, 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti qadınların siyasi bərabərliyini və seçki hüququnu bir çox Avropa ölkəsindən əvvəl tanımışdı. Bu, xalqımızın maarifçilik iradəsinin, qadını ictimai həyatın bərabər iştirakçısı kimi görmək cəsarətinin ifadəsi idi.

Belə bir irsin varisləri olaraq XXI əsrdə qızlarımızın dünyəvi məktəb mühitini qorumaq məsələsində niyə tərəddüd etməliyik? Niyə məktəbin qanuni geyim tələbi dərhal dinə qarşı hücum kimi təqdim edilməlidir? Niyə hər qayda müzakirəsi təzyiq və qarşıdurma vasitəsinə çevrilməlidir?

Dini hisslərə hörmət tələb edənlər məktəbin dünyəvi xarakterinə də hörmət göstərməlidirlər. Öz mövqeyinə azadlıq istəyən insan ümumi təhsil qaydalarının mövcudluğunu da qəbul etməlidir. Məktəb hamının ortaq məkanıdır; onun qaydaları ayrı-ayrı qrupların tələbi və təzyiqi ilə müəyyənləşdirilə bilməz.

Məktəbli formasına etirazını bildirənlərin uşaqların oxu vərdişi, təhsilin keyfiyyəti, məktəb kitabxanalarının vəziyyəti barədə də eyni fəallıq göstərmələrini istərdim. Təhsil haqqında mübahisəni yalnız qızların baş örtüyü səviyyəsinə endirmək məktəbin əsas missiyasını kölgədə qoyur.

Məni ağrıdan başqa mənzərə də budur: kitabdan uzaqlaşmaq. Nəşriyyat həyatımızda 500 nüsxəlik tirajla kifayətlənən kitablar görürük. İnsanların valideynlərinin illərlə topladığı kitabları zibil qablarına atması ilə qarşılaşırıq. Mənim üçün bu, sadəcə evdə yer boşaltmaq deyil. O kitablarla birlikdə ailənin yaddaşı, əvvəlki nəslin zəhməti və biliyə verdiyi qiymət də atılır.

Kitab rəfinin boşalması yalnız evin mənzərəsini dəyişmir, düşüncəmizin kasadlaşması təhlükəsini də yaradır.

Oxumaq insana müqayisə etmək, sual vermək, arqumentlə şüarı ayırmaq imkanı qazandırır. Oxu mədəniyyəti zəiflədikcə araşdırmadan hökm vermək, hazır cavablara sığınmaq və emosional çağırışların təsirinə düşmək riski artır. Mənim narahatlığım budur.

Baş örtüyü geyinən insanın savadsız olduğunu düşünmürəm. Geyim insanın intellektinin ölçüsü deyil. Ancaq dini geyim məsələsi ətrafında yaranan hay-küyün kitab, elm və təhsil barədə söhbəti üstələməsi cəmiyyət olaraq bizi ciddi düşündürməlidir.

Xaricdən gələn münasibətlərə də mövqeyimiz aydın olmalıdır. Beynəlxalq təcrübəni öyrənmək, hüquqi arqumentləri müzakirə etmək faydalıdır. Lakin Azərbaycanın məktəb qaydalarını təzyiqlə dəyişdirməyə, dini hissləri səfərbər edərək dövlətə iradə qəbul etdirməyə yönələn cəhdləri daxili işlərimizə müdaxilə kimi qiymətləndirirəm. Hər halda, Azərbaycan məktəbinin qaydalarını müəyyənləşdirmək səlahiyyəti xaricdəki dini və siyasi dairələrə verilməyib, verilə də bilməz.

Dövlətin qətiyyəti ədalətli tətbiqlə tamamlanmalıdır. Forma rahat, keyfiyyətli və münasib qiymətə olmalı, ehtiyaclı ailələrə yardım göstərilməlidir. Uşağın ləyaqəti və təhsil hüququ qorunmalıdır. Qanuni tələbi izah etmək və ardıcıl tətbiq etmək məktəbin də, valideynin də məsuliyyətidir.

Sözüm ondadır ki, məktəbli formasını müdafiə edək, məktəbimizin dünyəvi obrazını qoruyaq. Kitabı yenidən ailənin və cəmiyyətin həyatında layiq olduğu yerə qaytaraq. Axı biz 1918-ci ildə gələcəyə cəsarətlə baxan xalqın varisləriyik. O cəsarəti bu gün də göstərməliyik.

Əflatun Amaşov


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 11 Oktyabr 2026 08:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see536

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see255

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see242

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see232

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see228

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see214

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see213

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see204

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see198

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see196

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see189

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see188

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see184

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see182

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see180

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see178

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see176

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see174

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see170

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri