Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Təhsil müəssisələri bu resurslardan istifadə edərək tədris prosesinin keyfiyyətini artıra bilər

Təhsil müəssisələri bu resurslardan istifadə edərək tədris prosesinin keyfiyyətini artıra bilər

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin sərəncamına əsasən, Azərbaycanda elmi institutlar birləşdirilir.

İnstitutların birləşdirilməsi elmimizdə inkişafa səbəb ola biləcəkmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti, filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli bildirdi ki, Prezident İlham Əliyevin sərəncamı ilə ölkədə elmi institutların birləşdirilməsi istiqamətində aparılan islahatlar Azərbaycan elminin və təhsil sisteminin inkişafı baxımından strateji əhəmiyyət daşıyır:

"Bu qərar yalnız elmi-tədqiqat mühitini yenidən təşkil etməklə kifayətlənmir, eyni zamanda təhsil sahəsində də bir sıra müsbət təsirlərə səbəb ola bilər. Elmi institutların birləşdirilməsi bir sıra istiqamətlərdə təhsilin səmərəliliyini artırmağa xidmət edə bilər.
Elmi müəssisələrin birləşdirilməsi maddi-texniki baza və insan resurslarının daha səmərəli istifadə olunmasına şərait yarada bilər. Bu, təkrarlanan strukturların aradan qaldırılması və maliyyə vəsaitlərinin məqsədyönlü bölgüsü baxımından əhəmiyyətlidir. Təhsil müəssisələri bu resurslardan istifadə edərək tədris prosesinin keyfiyyətini artıra bilər. Bundan başqa, elmi institutların ali təhsil müəssisələri ilə inteqrasiyası tələbələrin birbaşa elmi-tədqiqat mühitinə daxil olmalarına imkan yaradır. Bu da öz növbəsində, gənc kadrların elmi düşüncə tərzinin formalaşmasına, tədqiqat bacarıqlarının inkişafına və elmi yanaşmalarla təhsilin daha da zənginləşməsinə səbəb olur".

Dosentin sözlərinə görə, fərqli elmi sahələrini birləşdirən institutlar daha geniş və çoxşaxəli tədqiqat layihələrinin həyata keçirilməsinə imkan yarada bilir.

"Bu, xüsusilə texnologiya, sosial elmlər və humanitar sahələrdə innovativ biliklərin yaranmasına səbəb olur ki, bu da tədrisin məzmununa və fənlərarası əlaqəyə birbaşa təsir göstərir. Genişlənmiş elmi mühitdə gənc alimlər və tələbələr üçün yeni tədqiqat imkanları yarana bilər ki, bu da elmi potensialın inkişafına, yeni nəslin elmə və təhsilə daha çox maraq göstərməsinə təkan verir. Beləliklə də, ölkədə elmi biliklərin davamlılığını və keyfiyyətli təhsil mühitinin formalaşmasını təmin edə bilər.

Bundan başqa, birləşdirilmiş və strukturlaşdırılmış elmi-tədqiqat institutlarının beynəlxalq səviyyədə daha cəlbedici tərəfdaşlara çevrilməsi mümkündür. Həm elmi əməkdaşlıq, həm də təhsil mübadilələri üçün yeni imkanlar yaranmasına və Azərbaycanın elm və təhsil sisteminin qlobal səviyyədə daha sürətlə tanınmasına səbəb ola bilər.

Ümumiyyətlə, elmi institutların birləşdirilməsi təhsil sisteminin modernləşdirilməsinə, elmi biliklərin mübadiləsinə və gənc nəslin innovativ düşüncə ilə yetişməsinə xidmət edir. Bu islahatlar gələcəkdə Azərbaycanda elmin və təhsilin daha da inteqrasiya olunmuş və rəqabətədavamlı bir sistem halına gəlməsinə zəmin yarada bilər", - deyə V.Ağabəyli vurğuladı.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 Aprel 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see204

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see159

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see147

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri