Icma.az
close
up
RU
Təhsil mühitində aqressiya artıb: Cinayət məktəbə gedir !

Təhsil mühitində aqressiya artıb: Cinayət məktəbə gedir !

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağstafa rayonunda məktəblərdən birində bıçaqlanma hadisəsi olub.

Report xəbər verir ki, şagirdlərdin biri tənəffüs vaxtı mübahisə zəminində məktəb yoldaşına bıçaqla xəsarət yetirib.

Qazax-Tovuz Regional Təhsil İdarəsi faktı təsdiqləyib:

“Ağstafa rayonunda 8-ci sinif şagirdinin 9-cu sinif şagirdinə xəsarət yetirməsi barədə məlumat yayılıb. Məsələ ilə bağlı bildiririk ki, 09 aprel tarixində tənəffüsü zamanı Ağstafa şəhəri Əmirxan Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 8-ci sinif şagirdi onunla eyni məktəbdə oxuyan 9-cu sinif şagirdinə xəsarət yetirib.

Xəsarət almış şagirdə müvafiq tibbi yardım göstərilib. Hadisə ilə bağlı araşdırma aparılıb, hüquq-mühafizə orqanlarına məlumat verilib. Təhsil müəssisəsinin əməkdaşları tərəfindən məktəbliyə baş çəkilib, valideyn və şagirdlə söhbət aparılıb. Xəsarət almış şagirdin sağlamlığı və psixoloji durumu idarə tərəfindən izlənilir.

Qeyd edirik ki, məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülür".


Təhsil eksperti Kamran Əsədov “Sherg.az"a bildirib ki, Ağstafada baş verən və məktəbli şagirdlər arasında fiziki zorakılıqla nəticələnən bu hadisə, təəssüf ki, son dövrlərdə Azərbaycanda təhsil mühitində artmaqda olan aqressiya və nəzarətsizlik problemlərinin daha bir bariz nümunəsidir: 


“8-ci sinif şagirdinin 9-cu sinif şagirdini bıçaqlaması təkcə fərdi davranış problemi deyil, bu, təhsil sistemində, ailədə və cəmiyyətdə baş verən daha geniş sosial-mənəvi və psixoloji problemlərin təzahürüdür. Məktəblərdə nəzarət sisteminin zəifliyi, ilk növbədə, insan resurslarının çatışmazlığı və struktur boşluqları ilə bağlıdır. İndiki halda, bir çox məktəbdə fiziki təhlükəsizlik tədbirləri – məsələn, giriş-çıxışa nəzarət, şagirdlərin üzərində kənar əşyaların olub-olmamasının yoxlanması – ya ümumiyyətlə yoxdur, ya da formal şəkildə aparılır. Qanunvericiliyə əsasən, “Ümumi təhsil haqqında” Qanunun 16.4-cü bəndinə görə məktəblərdə sağlam və təhlükəsiz təhsil mühiti təmin olunmalıdır. Lakin bu, praktiki olaraq icra olunmur. Məktəblərdə nə mühafizə sistemləri, nə də məktəb daxili intizam mexanizmləri effektivdir. Bu isə şagirdlər arasında zorakılıq hallarının daha tez-tez və sərt şəkildə baş verməsinə zəmin yaradır. Uşaqların aqressiyası isə təkcə məktəbdə deyil, ailədə və cəmiyyətdə yaranan gərginliklərin, sevgisizliyin və ya diqqətsizliyin nəticəsidir. Azərbaycanda son illər ailədaxili zorakılıq, sosial-iqtisadi çətinliklər və psixoloji travmalar daha da artıb. Bu mühitdə böyüyən uşaq məktəbə içindəki yığılıb qalmış emosional boşalmaları ilə gəlir. Məktəb isə bu emosional yükləri boşaltmağa imkan verən nə psixoloji, nə də sosial dəstək mühiti yarada bilir. Beləliklə, aqressiya, rəqabət və bəzən də instinktiv özünüqoruma impulsu zorakılıq forması alır”.


Ekspertin sözlərinə görə  məktəb psixoloqları isə, təəssüf ki, bu cür halların qarşısını almaqda real təsir gücünə malik deyil:

“Əvvəla, bir çox məktəbdə psixoloq ştatı ya yoxdur, ya da olanlar formal şəkildə fəaliyyət göstərir. Təhsil Nazirliyinin son illərdəki hesabatlarına əsasən, ölkə üzrə məktəb psixoloqlarının sayı ümumi məktəb sayına və şagird yükünə uyğun gəlmir. Tək bir psixoloqun 600-800 şagirdlə məşğul olması praktik olaraq mümkün deyil. Əlavə olaraq, psixoloqların səlahiyyətləri çox məhduddur, onlar nə valideynlərlə, nə müəllimlərlə effektiv əməkdaşlıq sisteminə malikdirlər. Üstəlik, psixoloji işə dair metodik dəstək, təlimlər, superviziya və qiymətləndirmə mexanizmləri demək olar ki, yoxdur. Məktəb psixoloqları çox vaxt sadəcə sənədləşmə işi ilə məşğul olur və real psixoloji müdaxilə imkanlarından məhrum qalırlar. Bu səbəbdən də riskli şagirdlərin vaxtında müəyyən edilməsi, onlarla sistemli psixoloji işin aparılması, sinif mühitindəki gərginliyin idarə olunması mümkün olmur. Hazırkı hadisə göstərir ki, məktəblərdə yalnız dərs verməklə kifayətlənmək olmaz. Təhsil sistemi təkcə akademik bacarıqlar yox, həm də sosial-emosional inkişafı təmin etməlidir. Bu isə məktəbdə psixoloq fəaliyyətinin gücləndirilməsi, pedaqoji kollektivin psixoloji bilik və bacarıqlarla silahlandırılması və məktəb-ailə-cəmiyyət münasibətlərinin yenidən qurulmasını tələb edir. Əgər bu məsələlərə ciddi yanaşılmasa, gələcəkdə daha təhlükəli və dərin sosial problemlərlə üzləşəcəyik. Məktəblər təhlükəsiz və psixoloji baxımdan sağlam məkana çevrilməsə, tədris prosesi də heç vaxt effektiv ola bilməz”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:237
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Aprel 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see421

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see332

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see244

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see237

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see228

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see219

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see217

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see216

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see212

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see194

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see193

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see187

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see184

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see182

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see180

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri