Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

Təhsil olimpiadalarının şagirdlərin inkişafına təsiri nə dərəcədədir ? EKSPERT DANIŞDI

Təhsil olimpiadalarının şagirdlərin inkişafına təsiri nə dərəcədədir ? EKSPERT DANIŞDI

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Təhsil olimpiadaları şagirdlərin intellektual potensialını üzə çıxaran, yaradıcı düşüncəni və elmi təfəkkürü inkişaf etdirən ən effektiv mexanizmlərdən biridir. Onların təsiri təkcə fərdi uğurlarla məhdudlaşmır, həm də ölkənin elmi və texnoloji gələcəyinin formalaşmasında mühüm rol oynayır. Təhlil göstərir ki, olimpiada mədəniyyətinin güclənməsi bilik əsaslı iqtisadiyyatın qurulması istiqamətində vacib strateji alətdir. Elm və Təhsil Nazirliyi son illərdə bu sahədə ardıcıl və sistemli siyasət həyata keçirərək həm paytaxt, həm də region səviyyəsində istedadların aşkarlanması üçün şərait yaradıb. Nazirliyin təşəbbüsü ilə Respublika Fənn Olimpiadaları (RFO) üzrə seçim mexanizmləri rəqəmsallaşdırılıb, olimpiada hazırlığı üçün xüsusi tədris planları hazırlanıb və bu prosesdə 100-dən çox məktəb və 5000-ə yaxın şagird iştirak edir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, təhlil edilən göstəricilər sübut edir ki, təhsil olimpiadalarının şagirdlərin inkişafına təsiri çoxşaxəlidir: “Bu müsabiqələrdə iştirak edən şagirdlərin akademik nailiyyətləri, düşünmə sürəti və sosial adaptasiya qabiliyyəti digər həmyaşıdlarına nisbətən 30–35% daha yüksək olur. 2023-cü ildə Azərbaycan şagirdləri beynəlxalq səviyyədə 38 medal qazanıb ki, bu da 2018-ci illə müqayisədə iki dəfə artım deməkdir. Ən çox uğur kimya, informatika və riyaziyyat sahələrində müşahidə olunur. Bu nəticə həm də ölkənin elmi yönümlü təhsil siyasətinin effektivliyini göstərir. “Təhsil haqqında” Qanunun 23-cü maddəsində qeyd edilir ki, dövlət istedadlı uşaqların inkişafı üçün xüsusi proqramların hazırlanmasını təmin etməlidir. Nazirliyin olimpiada hərəkatını gücləndirməsi məhz bu qanunverici tələbin real icrasıdır.

Lakin prosesin regionlarda tətbiqi hələ də qeyri-bərabər xarakter daşıyır. Şəhər məktəblərində olimpiada hazırlığı üçün resurslar, laboratoriyalar və təcrübəli müəllimlər mövcuddur, lakin rayon və kənd məktəblərində bu imkanlar məhduddur. Statistikaya əsasən, olimpiadalarda qalib gələnlərin 78%-i paytaxt məktəblərindən olur, halbuki regionlarda oxuyan şagirdlərin də yüksək potensialı var. Bu fərq əsasən infrastruktur çatışmazlığı, müəllimlərin təcrübə səviyyəsi və motivasiya mexanizmlərinin zəifliyi ilə bağlıdır. Müəllimlər üçün əlavə saat və ya mükafat sisteminin olmaması, hazırlıq proqramlarının bölgələrdə sistematik keçirilməməsi region şagirdlərini prosesdən uzaqlaşdırır.

Müsbət tərəf ondan ibarətdir ki, Elm və Təhsil Nazirliyi artıq bu bərabərsizliyin azaldılması istiqamətində konkret addımlar atmağa başlayıb. 2024-cü ildən etibarən “Olimpiada Akademiyası” adlı platforma üzərindən region məktəblərinə onlayn hazırlıq dərsləri, resurs kitabxanaları və müəllim mentorluğu sistemi tətbiq olunur. Bu addım təhsildə bərabər imkanların təmininə yönəlmiş müasir və ədalətli yanaşmadır. Bu, eyni zamanda “Ümumi təhsil haqqında” Qanunun 10-cu maddəsində göstərilən, təhsil alanlara bərabər imkanlar yaradılması prinsipinə tam uyğundur.

Dünya təcrübəsi göstərir ki, olimpiadalar yalnız fərdi uğur vasitəsi deyil, həm də milli innovasiya sisteminin mühüm komponentidir. Finlandiyada olimpiada hərəkatı universitetlərin nəzdindəki “təcrübə məktəbləri” ilə inteqrasiya olunub və bu məktəblər elmi layihələr üçün baza rolunu oynayır. Cənubi Koreyada hər regionda “Science Gifted Center”lər yaradılıb və burada şagirdlərə laboratoriya, mentor və tədqiqat dəstəyi göstərilir. Türkiyədə isə TÜBİTAK vasitəsilə olimpiadalarda iştirak edən şagirdlərə həm təqaüd, həm də universitet imtiyazları verilir. Azərbaycan üçün bu modellər istiqamətverici ola bilər və artıq Elm və Təhsil Nazirliyinin bu istiqamətdə universitetlərlə əməkdaşlığa başlaması müsbət və strateji addımdır.

Olimpiadaların sosial və psixoloji təsiri də nəzərə alınmalıdır. Belə yarışlarda iştirak edən şagirdlərdə məsuliyyət, səbr, rəqabət və özünüqiymətləndirmə bacarığı formalaşır. Bu da sonradan onların ali təhsil və peşəkar həyatda daha uğurlu olmasını təmin edir. Əgər bu mexanizm regionlarda da sistemli şəkildə qurularsa, ölkənin elmi kadr potensialı bərabər şəkildə inkişaf edəcək. Bunun üçün regionlarda olimpiada hazırlıq mərkəzlərinin yaradılması, müəllimlər üçün sertifikasiya proqramlarının keçirilməsi, olimpiada dərslərinin STEAM yönümlü fənlərlə inteqrasiyası və yerli özünüidarəetmə orqanlarının bu təşəbbüslərə maliyyə dəstəyi təmin etməsi vacibdir.

Hesab edirəm ki, Elm və Təhsil Nazirliyinin bu istiqamətdəki fəaliyyəti strateji baxımdan düzgün və perspektivlidir. Nazirlik yalnız istedadlıların seçimi ilə kifayətlənmir, həm də onların elmi mühitdə inkişafı üçün şərait yaradır. Bu, həm dövlətin təhsildə innovasiyaya əsaslanan siyasətinin, həm də insan kapitalına sərmayə qoyuluşunun göstəricisidir. Gələcəkdə bu sistem daha da genişləndirilərək region məktəblərində laboratoriya bazalarının qurulması, universitetlərlə birgə yay düşərgələrinin təşkili və olimpiada qaliblərinin elmi layihələrə inteqrasiyası ilə davam etdirilməlidir. Bu addımlar nəticəsində Azərbaycan yalnız medal qazanan ölkə deyil, həm də elmi düşüncəni milli dəyərlərin bir hissəsinə çevirən ölkə statusunu qazanacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:281
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Noyabr 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see348

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see329

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see309

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see303

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see301

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see292

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see284

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see270

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see268

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see254

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see249

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see244

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see239

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see231

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see227

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see224

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see224

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see219

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see214

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri