Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Ekspert: WUF13 təhsil sahəsində yeni əməkdaşlıqlar üçün imkan yaradacaq

Ekspert: WUF13 təhsil sahəsində yeni əməkdaşlıqlar üçün imkan yaradacaq

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 20 may, AZƏRTAC

Artıq ölkəmiz bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib və bu sahədə ciddi təcrübə qazanıb. Beynəlxalq ictimaiyyət tərəfindən nüfuzlu hesab olunan tədbirlərin Azərbaycanda keçirilməsi daim dünya dövlətlərinin diqqət mərkəzində olur. Ötən illərdə Bakıda keçirilən COP29 beynəlxalq tədbiri də Azərbaycanın etibarlı və təhlükəsiz ölkə olduğunu beynəlxalq ictimaiyyətə açıq şəkildə nümayiş etdirdi. Azərbaycanın iqtisadi inkişafı, müstəqil siyasəti və təhlükəsizliyi diqqətdən kənarda qalmadı.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində təhsil eksperti Ramin Nurəliyev deyib. O bildirib ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində də təhsil sahəsində yeni əməkdaşlıqlar üçün imkanlar yaranacaq: “Biz bunun nümunəsini COP29 zamanı gördük. Prezident İlham Əliyevin müxtəlif dövlət başçıları ilə memorandumlar imzalaması, elm və təhsil naziri Emin Əmrullayevin bir sıra ölkələrin nümayəndələri ilə təhsil sahəsində əməkdaşlıq təşəbbüsləri irəli sürməsi və müqavilələrin bağlanması mühüm addımlar idi. Bu təşəbbüslər nəticəsində Hökumətlərarası Təqaüd Proqramlarının (HTP) sayı artdı, xarici tələbələrin Azərbaycanda təhsilinə maraq gücləndi. Hesab edirəm ki, WUF13 çərçivəsində də beynəlxalq əməkdaşlıqlar genişlənəcək, HTP-də iştirak edən ölkələrin sayı artacaq. Forumdan sonra Azərbaycan bir çox tərəfdaş ölkə ilə tələbə mübadiləsi proqramlarını inkişaf etdirəcək. Həm Azərbaycan vətəndaşlarının xaricdə, həm də xarici tələbələrin Azərbaycanda təqaüdlə təhsil imkanları daha da genişlənəcək. Bu tədbir Azərbaycanın təhlükəsiz ölkə imicini daha da gücləndirəcək. Belə beynəlxalq forumlara ev sahibliyi edən ölkələrin təhlükəsizliyi hər zaman diqqət mərkəzində olur. Azərbaycanın dost və tərəfdaş ölkə kimi tanınması isə burada təhsil almaq istəyən xarici tələbələrin sayına müsbət təsir göstərəcək”.

Ekspertin sözlərinə görə, forumda Azərbaycan universitetlərinin iştirakı və tələbələrin aktiv fəaliyyəti də bu əməkdaşlığa əlavə təkan verəcək: “Azərbaycan universitetləri ilə xarici dövlətlərin ali təhsil müəssisələri arasında ikili diplom proqramları üzrə yeni müqavilələr imzalana bilər. “Erasmus” proqramlarının sayı arta, xarici universitetlərin Azərbaycanda filiallarının açılması və birgə ali təhsil layihələrinin həyata keçirilməsi mümkün ola bilər. Təhlükəsiz ölkədə təhsil almaq istəyən xarici tələbələr üçün Azərbaycan universitetləri əlverişli seçimdir. Tədbirdə təmsil olunan dövlət nümayəndələri ölkəmizin iqtisadi gücünü gördükdən sonra əməkdaşlıqda daha maraqlı olacaqlar. Dünya mediasında Azərbaycanla bağlı məlumat və videogörüntülərin yayılması ölkəmiz haqqında müsbət ictimai rəy formalaşdıracaq. Bu da turizm sektoruna da müsbət təsir göstərəcək. Həm tədbir iştirakçılarında, həm də onların təmsil etdikləri ölkələrin vətəndaşlarında Azərbaycana maraq artacaq.

Forumun yüksək səviyyədə təşkili ölkədə nizam-intizamın və sistemli fəaliyyətin göstəricisi olacaq. Bu yanaşma digər sahələrdə olduğu kimi, təhsil sektorunda da diqqəti cəlb edəcək. Nəticə etibarilə müxtəlif istiqamətlərlə yanaşı, təhsil sahəsində də beynəlxalq əməkdaşlıqlar daha da genişlənəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 May 2026 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see334

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see328

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see327

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see325

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see322

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see319

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see308

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see259

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see258

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see243

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see234

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see229

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see213

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see209

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see205

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see203

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see203

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see203

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see202

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri