Icma.az
close
up
RU
Təhsil sistemində ədalət prinsipi prosesin şəffaf əsaslarla aparılması ilə ölçülür Sona Əliyeva

Təhsil sistemində ədalət prinsipi prosesin şəffaf əsaslarla aparılması ilə ölçülür Sona Əliyeva

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

II və III ixtisas qrupları üzrə keçirilən ikinci qəbul imtahanı abituriyentlərin rəyinə görə ilk imtahana nisbətən daha sadə olub.

Bu hal belə bir sualı gündəmə gətirir ki, görəsən, Dövlət İmtahan Mərkəzi (DİM) bu addımı plan yerlərinin tam dolması üçün atıb?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin keçmiş üzvü, təhsil eksperti Sona Əliyeva bildirdi ki, bu məsələ ilə bağlı ilk ağıla gələn məntiqi izah odur ki, ikinci imtahanın daha sadə tərtib olunması, çox güman ki, plan yerlərinin dolmasına xidmət edir:

"Birinci mərhələdə kifayət qədər yüksək nəticə göstərənlərin sayı bəzi ixtisaslar üzrə tələbatı qarşılamamışdı. Belə olan halda ikinci şans imtahanının nisbətən asan keçirilməsi, daha çox abituriyentin ballarını yüksəldərək həmin yerlərə müraciət etməsinə şərait yaradır.

Eyni zamanda, bu yanaşma bir tərəfdən müsbət görünsə də, digər tərəfdən suallar doğurur. Əgər iki fərqli tarixdə keçirilən imtahanlar eyni status daşıyırsa, onların çətinlik səviyyəsi də oxşar olmalıdır. Bir abituriyent çətin suallarla üzləşərək 400 bal toplayırsa, digər bir şəxs daha sadə imtahanla eyni balı alırsa, bu rəqabət mühitində nə dərəcədə ədalətlidir?

Bütün hallarda, bu imtahanın abituriyentlər üçün ikinci bir şans kimi dəyərləndirilməsi başadüşüləndir".

Onun fikrincə, imtahanların ədalətliliyi və bərabər şərtlərdə keçirilməsi məsələsi istənilən halda ön planda qalmalıdır.

"Əgər məqsəd plan yerlərini doldurmaqdırsa, bu yanaşma açıq şəkildə izah olunmalı və ictimaiyyət bu qərarın arxasında duran səbəbləri şəffaf şəkildə anlamalıdır.

Əks halda, qəbul imtahanı nəticələrinin müqayisə olunması çətinləşir və bu da sistemə olan inamı sarsıda bilər. Təhsil sistemində ədalət prinsipi yalnız nəticələrlə deyil, prosesin şəffaf və bərabər əsaslarla aparılması ilə ölçülür",- deyə Sona Əliyeva qeyd etdi.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 İyul 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri