Qurban Qurbanov növbəti matçda iki futbolçunun xidmətindən məhrumdur, Medina isə...
Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
Misli Premyer Liqasının 13-cü turunda "Karvan-Yevlax"ı qəbul edəcək "Qarabağ"ın oyuna neçə itki ilə çıxacağı bəllidir.
Klubdan Fanat.Az-a verilən məlumata görə, bu gün istirahət edəcək Ağdam təmsilçisi sabahdan məşqlərini bərpa edəcək.
Braziliyalı yarımmüdafiəçi Kadi ilə qapıçı Şahruddin Məhəmmədəliyevin zədə səbəbindən Yevlax təmsilçisi ilə oyunda iştirak etməyəcəkləri dəqiqdir. UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunun oyununda - "Napoli" ilə səfər matçının 60-cı dəqiqəsində xəsarət aldığı üçün əvəzlənən müdafiəçi Kevin Medinanın durumu qənaətbəxşdir. Müayinə zamanı ciddi problemi olmadığı müəyyənləşən 32 yaşlı kolumbiyalı sabahdan kollektiv məşqlərə qatılacaq.
Qeyd edək ki, "Qarabağ" - "Karvan-Yevlax" oyunu noyabrın 29-da baş tutacaq. "Azərsun Arena"da keçiriləcək görüşün start fiti 17:00-da səsləndiriləcək.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 27 Noyabr 2025 00:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















