Icma.az
close
up
RU
İlham Əliyev: liderin tarixi siyasi missiyası

İlham Əliyev: liderin tarixi siyasi missiyası

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

I MƏQALƏ

Siyasi missiya

Fəlsəfi və politoloji ədəbiyyatda “missiya” termininə tez-tez rast gəlmək olur. Bu sözün semantik anlamı, ümumiyyətlə, hansı vəzifəni yerinə yetirməyi, strateji məqsədi, fəaliyyətin ümumi mənalandırılması ilə bağlıdır. Fərqli təriflər bəzi məqamlarda ona dini məzmun da verirlər. Tarixdən bu nümunələr az deyildir. Məsələn, “pravoslav missiyası”nın nəzəri təhlil nümunələri mövcuddur. Misal üçün Rusiyada tədqiqatçılardan biri (din adamıdır) yazır ki, XIV-XIX əsrlərdə pravoslav missiyası Rusiyanın ərazisini dəfələrlə genişləndirməyi motivə etmiş və hətta bu prosesdə hərəkətverici, istiqamətləndirici rol oynamışdır. Bu anlamda “missiya” elə bir faktordur ki, hətta dövlətin ərazisi, mədəniyyəti, siyasəti və ideologiyasının konseptual fonu ola bilər.

Bundan başqa, tarixdən xristianların missionerliyi və onun bir hərəkat kimi nəticələri hər kəsə məlumdur. Səlib yürüşlərini unutmadıq. Bu proses tarixin siyasi səhnəsindən çıxmamışdır və açıq və ya gizli müxtəlif formalarda təzahür etməkdədir.

Tədqiqatçılar “siyasi missiya”, “təşkilatın missiyası” kimi anlayışlardan geniş istifadə edirlər. Məsələn, Oksford lüğətində təşkilatın missiyası “strateji məqsəd və vəzifələr vasitəsilə izah edilir.

Siyasi liderlərin missiyası haqqında liderologiyada kifayət qədər yazılmışdır. Ancaq onlar universal kriteriyalardan deyil, konkret yanaşmalardan və praktiki nəticələrdən çıxış edirlər. Azərbaycanda milli və ümummilli liderliyin missiyası məsələsi akademik İsa Həbibbəylinin tədqiqatlarında ən dolğun şəkildə yer almışdır. AMEA hətta liderin missiyası və miqyasının nəzəri tədqiqi ilə bağlı sanballı monoqrafiya da hazırlamışdır.

Bizim “liderin tarixi missiyası” ifadəsində nələri nəzərdə tutduğumuzu adekvat təqdim etmək üçün yuxarıdakı çox qısa təsvir də daxil olmaqla mühüm hesab etdiyimiz bir sıra məqamlara baxaq. Bunun üçün siyasi liderlik kontekstində missiyanın müəyyən edilməsində hansı ortaq kriteriyalardan (meyarlar, parametrlər, faktorlar) istifadə edildiyi məsələsi üzərində dayanaq.

Böhran dönəminin əsl liderləri

Yazıçı Devid Foster Uolles “əsl liderlər”də üç keyifyyəti önə çəkirdi.

Birincisi, onlar bizim öz tənbəlliyimizin, eqoizmimizin, zəifliyimizin və qorxularımızın öhdəsindən gəlməyə yardım edirlər.

İkincisi, onlar bizi daha çox nailiyyət qazanmağa və can-başla çalışmağa motivə edirlər.

Üçüncüsü, bizim lidersiz müstəqil fəaliyyət göstərməyimizi stimullaşdırırlar (öz şəxsi nümunələri ilə).

Böyük Atatürk Çanaqqala savaşı zamanı “mən sizə şəhid olmağı əmr edirəm”, deyə türk əsgərinə müraciət etmişdi! Atatürkün döyüşlərin qızğın vaxtında hərb meydanına gedişi və məğrur duruşu bir nümunədir.

Franklin Delano Ruzveltin 1933-cü il Böyük depressiya zamanı dediyi bir cümlə ibrətamizdir. Amerikanın dövlət başçısı cəmiyyətə üz tutaraq demişdi: “Biz yalnız təlaşa düşməyimizdən qorxmalıyıq”! Sonra, fikirlərinə davam edərək bəyan etmişdir ki, “əgər biz problemin üzərinə cəsarət və zəka ilə getsək, onu aşa biləcəyik... biz sürətlə və sürətlə hərəkət etməliyik!”

İkinci Dünya müharibəsi zamanı faşitlərin sürətlə ərazilər işğal etdikləri mərhələdə Uinston Çörçill xalqa müraciətində vurğulamışdı: “Bizim tərəddüd etməyə və səhvə yol verməyə haqqımız yoxdur; biz heç bir halda ruhdan düşməməli və bədbinliyə qapanmamalıyıq. Biz qanlı döyüşlərdən və ya sonsuz sayıqlıq və dözümlülük sınaqlarından qorxmayacağıq”. Davam edərək cəmiyyətə səslənmişdir: “Bizim üçün zəruri olanı verin və biz başladığımız işi mütləq sona çatdıracağıq”.

Bunlar əsl liderlərin kəskinləşmiş böhranda davranış nümunələridir! Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycanın ən böhranlı və mürəkkəb dönəmlərində atdıqları addımları, səslənişlərini də alın açıqlığı ilə xatırlaya bilərik! Heydər Əliyevin sui-qəsdlərin olduğu zamanda Bakıya cəsarətli qayıdışı, ən kəskin və ağır zamanlarda diplomatik məharətləri ilə vəziyyətdən qalib çıxması, dönmədən xarici siyasətdə müstəqil addımlar atması ayrıca bir əfsanədir! Ümummilli lider XX əsrdə başqa heç bir liderin edə bilmədiyi səviyyədə Azərbaycanı “küldən inkişaf edən” müstəqil dövlətə çevirdi! Bu cür liderliyin ikinci bir nümunəsi hələ də yoxdur. Azərbaycan Prezidenti İlham Əliyevin liderliyindən ayrıca bəhs edəcəyik.

Vurğulanan nümunələrdən bir ümumi nəticə çıxara bilərik: liderin missiyası başlıca olaraq böhranlı mərhələlərdə real sınaqdan keçir və onun timsalında politoloji obrazlaşır.

Dövrün tarixi missiyası və siyasi lider

Bu, elmi olaraq, mürəkkəb bir bağlantıdır. Çünki dünya miqyasında bəşəriyyətin tarixi missiyası ilə konkret dövlətin başçısının siyasi missiyası arasında gerçək əlaqələri aydınlaşdırmaq asan deyildir. Lakin liderlik mövzusu üçün bu, zəruri bir dərketmə aktıdır. Bir neçə nümunəyə baxaq!

1917-ci ildə N.A.Berdyayev yazırdı ki, “...tarixi missiyanın dəyişməsi saatı yaxınlaşmışdır”.

Henri Kissincer XX yüzili bütöv proses kimi götürərək altı liderin dünya strategiyasını müəyyənləşdirməsindən və hər birinin öz dövlətləri üçün fərqli nümunələr yaratmasından bəhs etmişdir. Məsələn, Almaniyada K.Adenauerin strategiyası, ABŞ prezidenti R.Niksonun və ya Fransanın başçısı Ş. de Qollun strategiyasından fərqlənmişdir. M.Tetçerin qarşısına qoyduğu əsas məqsəd də onların hamısından fərqlənmişdir. Sinqapurun o dönəmdə başçısı olmuş Li Kuan Yu isə tamamilə fərqli strategiya hazırlamışdır.

Bu nümunələr müasir liderlikdə iki mühüm faktor arasında daxili bağlantını aydınlaşdırmaq zərurətini ortaya qoyur.

Birincisi, dövrün tarixi missiyası.

İkincisi, həmin missiya ilə konkret dövlətin başçısının ölkəsi üçün ən optimal ola biləcək tarixi missiyanı müəyyən etmək.

Aydındır ki, hər hansı dövrün tarixi missiyası bütün dövlətlər üçün eyni məzmundadır. Məsələn, II Dünya müharibəsindən sonra bəşəriyyət üçün yeni beynəlxalq hüquqi normalar müəyyən etməklə dövlətlərarası münasibətlərdə müharibənin olması ehtimalını sıfıra endirmək dövrün tarixi missiyası idi. Ancaq ABŞ, Fransa, Böyük Britaniya, Sinqapur və başqa dövlətlər fərqli məzmunda öz ölkələri üçün tarixi missiya müəyyən etməklə reaksiya verdilər. Və təcrübə göstərdi ki, onların hər biri uğurlu seçim etmişdir.

Buradan ikinci ümumi nəticə çıxara bilərik: dünya üçün tarixi olan missiya ilə konkret dövlət üçün tarixi missiya arasında uyğunluğu yalnız lider yarada bilər. Bu vəzifənin öhdəsindən gəlməyin özü liderin tarixi missiyasıdır! Məsələn, K.Adenauer dövrün tarixi missiyasının Almaniyaya mümkün təsrini dəqiq müəyyən edərək almanların alışmadığı “barış strategiyası”nı hazırladı, Ş. de Qoll isə Fransaya “iradə strategiyası”nı uyğun gördü, Marqaret Tetçer “inandırma strategiyası”na, Li Kuan Yu isə “üstünlük strategiyası”na önəm verdilər.

Belə görünür ki, vahid bəşəri tarixi strategiya çərçivəsində ölkənin vəziyyətindən asılı olaraq tamamilə fərqli tarixi missiya seçimi uğurlu ola bilər. Buradan siyasi liderin tarixi missiyası kontekstində çox vacib olan başqa bir ümumi nəticə hasil etmək mümkündür. Yəni: “liderin tarixi missiyası birbaşa onun siyasətçi və şəxsiyyət kimi kreativlik (yaradıcılıq) potensialından asılıdır”.

Vurğulanan ümumi politoloji qeydlərdən Azərbaycanda liderliyin tarixi missiyasının bir sıra məqamlarına nəzəri keçid etmək olar.

Heydər Əliyevin tarixi missiyası

Heydər Əliyevin ümummilli liderliyini tarixi missiya kontekstində adekvat dərk etmək üçün elmi yanaşma olmalıdır. Çünki “elm Zamanənin inkişaf etmiş fikridir” (A.İ.Hertsen). Ona görə də Zamanənin tarixi missiyasını həmin dövrün inkişaf etmiş fikri və ya təfəkkürü vasitəsilə doğru anlamaq mümkündür.

Bundan başqa, Heydər Əliyevin lider kimi tarixi missiyası olduqca mürəkkəb və ziddiyyətli dönəmdə uğurlu lider obrazının yaradılması ilə sıx bağlıdır. Onu da nəzərə almalıyıq ki, əsrlərlə müəyyən dairələr Azərbaycana, onun xalqına və liderlərinə şər-böhtan atmışlar. Bizim haqqımızda düzgün olmayan təsəvvürlər formalaşdırmışlar. Bunun fonunda Azərbaycan liderlərinin gerçək elmi obrazını yaratmaq, o cümlədən, onların tarixi missiyalarını obyektiv qiymətləndirmək asan məsələ deyildir. Onu da deyək ki, Azərbaycana, onun xalqına və liderinə qarayaxmalar indi də davam edir və təəssüf ki, bu iyrənc prosesdə bəzi yerli siyasi və media dairələri də iştirak edirlər.

Heydər Əliyevin lider kimi tarixi missiyası iki aspektdə aktual olaraq qalır.

Birincisi, Heydər Əliyev uzun sürən şər-böhtan kampaniyasını məharətli liderliyi ilə dağıtdı. Azərbaycanı xaosdan qurtararaq dinamik inkişaf edən dövlətlər sırasına çıxarmaqla buna nail oldu. Başlanğıcda dünyanın məlum siyasi-ideoloji kəsimləri Azərbaycan liderini ciddiyə almadılar. Lakin tezliklə aydın oldu ki, Lider kimi Heydər Əliyev onların hər birindən dəfələrlə məharətli və uzaqgörəndir! Bununla da Heydər Əliyevin siyasi lider kimi tarixi missiyasında əsas cəhətlərdən biri bütövlükdə Azərbaycan liderlik ənənəsinin dünya miqyasında layiqli yerə haqq etdiyini sübut etməklə bağlıdır.

Ulu öndər fəaliyyəti, əldə etdiyi real nəticələrlə dünyaya sübut etdi ki, Azərbaycan liderləri əsrlərlə dünyaya sırınan şər-böhtan fikirlərdə deyil, real dünyada əldə olunan nəticələrə görə fərqlənirlər. Yeri gəlmişkən, bu çox mühüm məqamı Prezident İlham Əliyev böyük kreativliklə zənginləşdirdi ki, indi dünya miqyasında İlham Əliyev liderliyi fenomenindən hər kəs danışır. Bu o deməkdir ki, biz İlham Əliyevin lider kimi tarixi missiyasına Ümummilli Lider Heydər Əliyevin tarixi missiyasının siyasi varislik üzrə inkişafı kontekstində baxmalıyıq.

İkincisi, realpolitikada Heydər Əliyevin lider kimi tarixi missiyası Cənubi Qafqazda analoqu olmayan müstəqil güclü dövlət qurmaqla sıx bağlıdır. Ulu öndər bu istiqamətdə həm konseptual aspektdə mükəmməl quruculuq kursu hazırlamış, həm də onun eksklüziv reallaşmasına nail olmuşdur.

Buradan Heydər Əliyev–İlham Əliyev dövlət quruculuğu xətti üçün böyük əhəmiyyəti olan yeni bir siyasi qənaət əldə etmək mümkündür. Heydər Əliyev müasir mərhələdə Azərbaycanda liderliyin tarixi missiyasını varislik kontekstində eksklüziv reallaşdırmaq ənənəsinin əsasını yaratmışdır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan üçün bir liderin tarixi missiyası ilə sonrakı liderin tarixi missiyası arasında ziddiyyət olmamalıdır.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Noyabr 2025 00:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see248

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see245

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see201

Yüksək Liqa: UNEC Murov AZ Terminal la münasibətlərə aydınlıq gətirəcək

25 Noyabr 2025 09:57see169

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see168

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see160

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see141

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see139

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see136

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see134

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see130

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see129

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see129

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see127

ABŞ Maduronu terrorçu elan etdi

25 Noyabr 2025 03:32see125

Orban: “Aİ Ukrayna müharibəsinin davamını istəyir, amma Kiyevə verəcək pulu yoxdur”

25 Noyabr 2025 02:52see124

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see122

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see119

Axios: Tramp məsləhətçilərinə Maduro ilə şəxsən danışmaq istədiyini deyi

25 Noyabr 2025 04:00see118

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri