Icma.az
close
up
RU
Torpaqdan göyərən halallıq

Torpaqdan göyərən halallıq

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Taxılçılığın, pambıqçılığın və heyvandarlığın inkişafı ilə seçilən Sabirabad rayonunda zəhmət adamları torpağın nəfəsini duymaqla özlərinə gün-güzəran qurur, aqrar sahənin inkişafına töhfələr verirlər. Onlardan biri də İbrahim Paşaliyevdir.

Bu il Sabirabadda biçilmiş 10 min 877 hektar buğda sahəsindən 51 min 307,6 ton, 9 min 385 arpa əkini sahəsindən isə 36 min 984,9 ton məhsul götürülüb. Ümumilikdə hər hektardan orta hesabla 46,4 sentner məhsul əldə edilib. Bu, orta respublika göstəricisindən xeyli çoxdur. Cari ilin əvvəlinə rayonda iribuynuzlu heyvanların sayı 122 min 364 baş, xırdabuynuzlu heyvanlar isə 123 min 577 baş təşkil edirdisə, 10 ay ərzində heyvanların ətlik üçün mütəmadi kəsilməyinə baxmayaraq, indi həmin rəqəmlər müvafiq olaraq 121 min 878 və 129 min 985 baş olub.

Kənd təsərrüfatında qazanılan təcrübə barədə danışan Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Heydər Yaqubov bildirdi ki, dövlətin hərtərəfli dəstəyi və qayğısı nəticəsində fermerlərin gərgin əməyi öz bəhrəsini verir. Qazanılan uğurlarda ayrı-ayrı fermerlərlə yanaşı, kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunan İbrahim Süleyman oğlu Paşaliyevin da müstəsna rolu olub.

Rayonda qabaqcıl fermer kimi tanınan İbrahim kişi ilə iş başında görüşdük. Çay süfrəsi arxasında söhbətə torpağa bağlılığın vacibliyindən başladı:

– Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində torpaq kəndlilərə paylanıldığı vaxtdan tərəddüd etmədən şəxsi təsərrüfatımı inkişaf etdirməyə başladım. Bəziləri nəyi isə gözlədiyi vaxt mən artıq məhsul toplayır, ruzi qazanırdım. Torpağın nəfəsi məni təsərrüfatı durmadan genişləndirməyə sövq etdi. Atalar əbəs yerə deməyiblər ki, ucalmaq istəsən, torpağa əyil. Bu barədə türk xalq ozanı Aşıq Veysəl də yaxşı deyib:

Qarnın yardım qazmağınan, belinən,
Üzün yırtdım dırnağınan, əlinən.
Yenə məni qarşıladı gülünən,
Mənim sadiq yarım qara torpaqdı.

Tanınmış fermer iş-gücü barədə danışaraq hər gün günəşi sahədə qarşıladığını dedi: “Dövlət siyasətinə uyğun olaraq, əkinçiliklə yanaşı, maldarlıqla da məşğul oluram. Bir fermer kimi zəhmət hesabına ailəmi ürəyim istəyən kimi dolandırır kəndimizin abadlaşdırılması üçün də çalışıram. Uşaqlığım kənddə keçdiyindən babalarımın təcrübəsi üzrə təsərrüfatı inkişaf etdirirəm, pambıqçılıqla məşğulam, taxıl əkirəm, toxumluq buğda yetişdirirəm, mal-qara, toyuq-cücə saxlayıram”.

Məlum oldu ki, fermer 17 hektarda taxıl, 47 hektar sahədə pambıq əkib və aqrotexniki qaydalara düzgün əməl etdiyindən, ötən il olduğu kimi, bu il də bol məhsul götürüb. İndiyə qədər hər hektardan 37 sot pambıq toplayıb və təhvil verdiyi bütün məhsulların pulu ödənilib. Bununla yanaşı, 16 hektar öz sahəsində və 6 hektar şərikli ərazidə yonca əkən fermer bildirdi ki, 12 ildir, eyni maşını icarəyə götürüb işlədir və ildə icarə haqqı olaraq dövlətə 5-6 min manat ödəyir. Yəni həm qazanır, həm də dövlətə xeyir verir.

Rayon icra hakimiyyəti yanında ictimai şuranın üzvü olan İlrahim kişi söhbətimizin sonunda dedi:

– Gənclərimizi düzgün tərbiyə etmək üçün vətənimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasında qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan igidlərimizin və dünyasını dəyişən kənd ağsaqqallarının xatirəsini əbədiləşdirmək üçün kənddə xatirə kompleksi tikmək fikrindəyik. Kəndimizin küçələrinə işıq çəkdirmişik. Kənd ərazisinin abadlığı göz oxşayır. Hava qaralandan səhərə qədər Əhmədabad kəndinin küçələri nura boyanır.

Kənd sakinləri ilə söhbətdən məlum oldu ki, qabaqcıl fermer və həmkarları öz vəsaitləri hesabına küçələrin işıqlandırılması ilə yanaşı, yaşıllıq zolaqlarının salınması üçün də əllərindən gələni edirlər. Əkilən yüzlərlə ağac və gül kolları yerli sakinlərin qulluğu hesabına kəndi gül-çiçəyə, yaşıllağa bürüyüb.

Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Noyabr 2025 00:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see355

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see302

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see292

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see272

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see271

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see260

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see246

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see226

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see224

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see222

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see200

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see198

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see197

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see196

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see195

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see188

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see188

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see176

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see176

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri