Icma.az
close
up
RU
“Təhsil siyasətindəki çatışmazlıqlar imtahan narazılıqlarını artırır”

“Təhsil siyasətindəki çatışmazlıqlar imtahan narazılıqlarını artırır”

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Martın 9-da 11 illik orta təhsil səviyyəsi üçün buraxılış imtahanı keçirilib. İmtahandan sonra bir çox şagird və valideyn narazılıq bildirib.

Onların sözlərinə görə, suallar həddindən artıq çətin olub və bəzi tapşırıqlar məktəbdə keçilən mövzulara uyğun gəlməyib. Bir qrup valideyn isə iddia edir ki, imtahanda yer alan bəzi suallar Türkiyə və Gürcüstanın tədris proqramına uyğun hazırlanıb.

Mövzu ilə bağlı Gununsesi.info -ya danışan dosent İlham Əhmədov bildirib ki, belə narazılıqlar hər il olur:

“Bu il daha çox narazılıq var. Eyni problemlər hər il təkrarlanır, hər dəfə də eyni problemlərdir. Burada əsas məsələ sualların asan ya çətin, proqrama uyğun ya proqramdan kənar olması deyil. Məncə, bu durum, daha ciddidir, bu ölkədə təhsil siyasətinin mükəmməl olmaması ilə əlaqədardır. İmtahan sualları ilə əlaqədar detalları fənn müəllimləri izah edə bilər, amma indi bu prinsipial deyil. ETN və DİM sinxron işləməlidir, vahid təhsil siyasəti olmalıdır. Mən daha çox ETN-i günahkar görürəm. Dərsliklər bərbad, tədris prosesi məktəblərdə pozulub, repetitorluq kütləvilşib v.s. Məktəb öz funksionallığını itirib. Son 1 ildə qeyri peşəkar insanların təhsil sisteminə rəhbərliyi təhsili böhran halına gətirib. Hesab edirəm ki, DİM daha mütəşəkkil və peşəkar kadrlardan ibarətdir”.

İlham Əhmədov qeyd edib ki, təhsildə ciddi islahatlar olmalıdır:

“Təhsildə 1 il islahatın səhv aparılması, təhsili 5 il, ölkəni 10 il geri atır. Bizdə isə təhsil islahatları 20 ildir səhv yoldadır. Ən pisi isə ETN təhsil ictimaiyyətini eşitmək istəmir. Intellektual müzakirədən qaçır. ETN belə səriştəsiz və özündən çox razı fəaliyyəti gənclərimizə, ölkənin gələcəyinə problemlər yaradacaq”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 Mart 2026 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see420

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see374

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see353

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see337

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see302

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see291

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see287

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see279

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see257

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see255

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see249

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see245

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see239

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see238

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see231

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see221

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see214

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri