Icma.az
close
up
RU
Təhsil yalnız orta məktəbdən ibarət deyil So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Təhsil yalnız orta məktəbdən ibarət deyil So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ülfan İsmayılov, jurnalist:

- Sosial şəbəkədə söyüş söysəniz və ya söyüş ifadə edən hərəkətlər etsəniz, həbs oluna bilərsiniz.

Sözügedən məsələ parlamentin bu gün keçirilən komitə iclasında müzakirə edilir.

Yeni dəyişikliyə əsasən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər də "xırda xuliqanlıq" hesab ediləcək.

Saytlarda da cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsi cəzaya səbəb olacaq.

Dəyişikliyin səbəbi son zamanlarda kütləvi nümayiş etdirilməklə sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışların edilməsidir. Bildirilir ki, bu proses cəmiyyətə təsir edərək milli-mənəvi dəyərlərimizin deqradasiyasını sürətləndirir.

Famil Cəfərli, jurnalist:

- Yaponiyada bir dəmiryol stansiyası üç il boyunca bircə sərnişinə görə işləyib. Hokkaydo adasının Kami-Şirataki vağzalında qatarlar bu illər boyu bir sərnişini gözləyib. Həmin sərnişin hər gün qatarla dərsə gedən bir məktəbli qız olub. Qatar həmin stansiyada gündə iki dəfə dayanırmış - qız məktəbə gedib-gələndə onu mindirib-düşürmək üçün. Yaponiya Dəmir Yolları İdarəsi sərnişin və yükdaşıma həcminin azaldığını əsas götürərək 2013-cü ildə Kami-Şirataki stansiyasını bağlamaq qərarına gəlir. Lakin məktəbli qızın hər gün məktəbə yalnız bu yolla gedib-gəlməsi faktı idarəyə bəlli olandan sonra bu qərar ləğv edilir. Vağzal təmir olunur, qışda isə perron qardan-buzdan təmizlənir. Buradan keçən qatarın hərəkət cədvəli birbaşa məktəbli qızın dərs cədvəlinə uyğunlaşdırılır. Hökumət Kami-Şirataki stansiyasını yalnız 2016-cı ildə bağlayır - qız məktəbi bitirəndən sonra...

P.S. Bunu neçə vaxtdır sazını kökləyib "şagird sayı azdır, ay məktəbləri bağlayaq hey, yarım hey, canım hey..." deyə gözəlləmə oxuyan Elm və Təhsil Nazirliyinin xətrinə, ya da payızda fond, qışda odun, yazda süpürgə pulu yığan məktəblərin olması faktını yada salmaq üçün yazmadım, maraqlı olduğu üçün yazdım.

Anar Tağıyev, jurnalist:

- "Uşaqlığın son gecəsi" filmində itlə gəzən qız İzmira Məmmədovanı mən seçmişdim. 189 saylı məktəbin 8-ci sinfində oxuyurdu. Ailəsi kinoya çəkilməsinə icazə vermirdi. Atası azərbaycanlı, anası yəhudi idi. Tolstoy küçəsində yaşayırdılar. Rejissor Arif müəllimlə evlərinə getdik. Ailəsindən icazə aldıq. Söz verdik ki, qızı məktəbdən çəkilişə, çəkilişdən evə özümüz aparıb-gətirəcəyik. Atasını razı saldıq. Sonralar həmin xanım "Sevil" film operasında da çəkildi. İndi bildiyimə görə, ABŞ-da yaşayır, üç qızı var", - Xalq artistimiz Ənvər Həsənov.

Qulu Məhərrəmli, professor:

- Mən cəmiyyəti, ətrafda baş verənləri, insan münasibətlərini müşahidə etdikcə, sosial şəbəkələrə baxdıqca NİFRƏTin nə qədər artdığını, MƏRHƏMƏT və şəfqətin necə əridiyini görürəm.

Mərhəmət-xeyirxahlıq, rəhmdillik, nəciblikdir, şəfqətli olmaq, pis durumda olana acımaq, imkan daxilində ona yardım etməkdir. Qoy Allah bizi bu hisslərdən məhrum etməsin... AMİN!!!

Qoşqar Məhərrəmov, müəllim:

- Cənab nazirin təklifi ağılabatandır. Mən 40 saatı belə mümkün hesab edirəm. Amma bunu etmək üçün maliyyə ehtiyacı çox yüksəkdir. Nazirin təklifi həm könüllüdür, həm də mümkündür. Niyə?

1. İş saatı 8 saat yox, daha azdır.

2. 20 minə qədər güclü müəllimə bu imkan yaradılacaq.

3. Maaş görünən odur ki, 1500-dən yuxarı olacaq.

Belə olduqda düşünürəm, repetitorluqdan bezən güclü müəllimlər həvəslə bu təklifi qəbul edə bilərlər. Çünki repetitorluq bir baxımdan daha çətindir. Həm də yenə repetitorluğa vaxt qalır. Bizim repetitorluq edən, bununla birgə tam ştat işləyən yüzlərlə direktor və müavinimiz var. Ümid edilir ki, hər məktəbdə dəmirbaş (həmişə orada qalan) 5-10 müəllim olsa, problemləri aradan qaldırmaq, təhsili məktəbə qaytarmaq mümkün olar.

Nazirin etirafları və təsbitləri həmişə mənə maraqlı və unikal gəlib. Yəni deyir ki, əlimizdəki resurslarla bu qədər edə bilmişik, hələ edəcəyimiz şeylər də var. İndi mən düşünürəm ki, ümid edilənlər əldə olunacaqmı? İnanmaq istəyirəm ki, olacaq. Proses çox tədrici gedir. Bizim isə inqilabi, vaxta möhləti olmayan dəyişikliklərə ehtiyacımız var.

Bədirxan Əhmədov, ədəbiyyatşünas alim:

- Elm və təhsil naziri Emin Əmrullayevin çıxışlarını, müsahibələrini neçə vaxtdır izləyirəm. Milli Elmlər Akademiyasındakı çıxışlarına qulaq asmışam, dünənki müsahibəsini də diqqətlə izlədim. Çox yaxşı, vacib məsələlər qaldırır, innovativ fikirlər irəli sürür. Ancaq bu məsələlərin heç biri reallaşmır. Bir də cənab nazir təhsildən danışarkən heç vaxt ali təhsilin problemlərindən söhbət açmır, problemlərini dilə gətirmir. Ali təhsildə o qədər problemlər var ki... Saymaqla qurtaran deyil (maaş, dərsliklər, dərs vəsaitləri, proqramlar və s.). Təhsil yalnız orta məktəbdən ibarət deyil. Artıq neçə ildir, nazirliyin adında "Elm" sözü yer alsa da, bu sahə tamamilə unudulub, heç zaman gündəmə gəlmir. Elm Təhsil Nazirliyinin adında formal xarakter daşıyır. Hətta hərdən mənə elə gəlir ki, elmi institutlar yenidən əvvəlki formata - Elmlər Akademiyasına qayıdacaq...

Emin Əmrullayev, təhsil naziri:

- Bir daha qeyd etmək istəyirəm ki, müzakirə mədəniyyəti hər bir işin təkmilləşməsində mühüm rol oynayır. İstənilən iş müzakirə edilərsə, daha təkmil olar. Çünki atalarımızın dediyi kimi, ağıl ağıldan üstündür. Xüsusilə ictimai maraq və əhəmiyyət kəsb edən məsələlərin ictimai müzakirəsi Elm və Təhsil Nazirliyi olaraq hər zaman dəstəklədiyimiz bir yanaşmadır. Amma təəssüf ki, hələ də bu sahədəki xoş niyyətimiz arzuedilən nəticələr vermir.

Son günlər geniş müzakirələrə səbəb olan təklif edilmiş islahatın əsas mahiyyəti ondan ibarətdir  ki, 2027-ci ildən başlayaraq 2030-cu ilədək mərhələli şəkildə müəllimlərin maaşı saathesabı əsasda hesablanmaqla yanaşı, yüksək nəticə göstərmiş müəllimlərə könüllü əsasda ölkə üzrə orta əməkhaqqından 2 dəfə çox əməkhaqqı təklif edilməklə həftədə 30-36 saatlıq tamştat əsasında da əməkhaqqı hesablansın.     

Müzakirələr zamanı əsas problem kimi 3 məqamı xüsusi vurğulamaq istərdim:

Əvvəla, ən təəccüb doğuran və məntiqsiz görünən məqam odur ki, təklif olunan fikirlər bir kənarda qalır, cəmiyyət isə məsələyə heç bir aidiyyəti olmayan (və ya mövzudan xəbərsiz) şəxslərin uydurduğu və ya təhrif etdiyi fikirləri müzakirə etməyə başlayır. Məsələn, "müəllimlərin əməkhaqqı sistemi saathesabı sistemdən tamştatlı sistemə keçməlidir" fikri "müəllimlər axşam saat 6-ya qədər işdə qalacaqlar" fikri kimi təhrif olunur və bütün müzakirələr bu təhrif edilmiş (və bayağı) fikir əsasında aparılır. Buna görə də xahiş edirik ki, təklif nədirsə, onu müzakirə edək, təhrif edilmiş fikirlər Elm və Təhsil Nazirliyinə aid olmadığı üçün müzakirə etməyək.

İkinci məsələ isə müzakirələr zamanı əsas fikri detallardan ayıra bilməməkdir. Əsas fikir yuxarıda qeyd edilib. Əgər bu yaxşı fikirdirsə və məqbul hesab edilirsə, detalları sonra da müzakirə etmək olar. Məsələn, "bu islahatı etmək üçün infrastruktur yoxdur" və ya "uzaq məsafədən müəllim necə işə gəlib gedəcək" kimi məqamlar əsas fikir yox, detaldır. Əgər əsas fikir bəyənilirsə, bu halda detalları da müzakirə etmək olar. Yox, əgər əsas fikir səhvdirsə, onda detalları müzakirə etmək mənasızdır.  

Digər məqam isə hörmətli media nümayəndələrimizin təqdim edilən məlumatların içərisindən detalları ayırıb neqativ xəbər kimi verməsi həvəsidir. Dünən İctimai Televiziyada bu islahat haqqında ətraflı məlumat verdik. 1 saata yaxın təqdimat yerli media orqanlarının birində "210 manat maaş alan müəllimlərin sayı AÇIQLANDI" başlığı ilə təqdim edildi. Halbuki bu verilişdə həm də 1589 manat alan müəllimlərin sayı açıqlanmışdı və bu say 210 manat maaş alan müəllimlərin sayından ən azı 4 dəfə çoxdur. Hörmətli media mənsublarımız hər hansı səbəbdən bu fərqi ya görmədilər, ya da görsələr də paylaşmaq istəmədilər. Bu, sadəcə bir misaldır, bu cür neqativə köklənmiş davranışın arxasında hansı sosial-psixoloji səbəblərin dayandığını isə yəqin ki, sahə mütəxəssisləri araşdırmalıdırlar.

Bu məqamlara toxunmağı vacib bildim, təbii ki, ictimai müzakirə aparmaq özü bir bacarıq tələb edir. Zamanla inanıram ki, bu istiqamətdə də müsbət irəliləyiş olacaq. Əsas odur ki, nikbin olmaq lazımdır - bu gün təhsil sistemində mənfidən daha çox müsbət proseslər baş verir.

Hər birinizə uğurlar arzulayıram!

Rahil Kərimov, jurnalist:

- Trampın 28 bəndlik sülh planında Ukrayna üçün ağır sayıla biləcək bəndlər var. Amma indiki məqamda Kiyevin öz vəziyyəti də ağırdır.

Rusiyanın döyüş meydanında məğlub edilməsi mümkünsüzdür (ABŞ və ya Avropa müharibəyə qoşulmursa).

Ukraynanın da tam məğlubiyyəti üçün aylar-illər lazımdır. Müharibə dalana dirənib. Ona görə də elə bir plan hazırlanmalıdır ki, hər iki tərəfi qane etsin. Və şübhəsiz ki, hər iki tərəf güzəştə getməlidir.

Ən vacib olan nədir:

Ukrayna suverenliyini qoruyur.

Tərəflər hücum etməmək haqda öhdəlik götürür.

İşğal altındakı torpaqlar de-yure Ukrayna ərazisi kimi qəbul edilir.

Ölkənin iqtisadi inkişafı üçün 100 milyardlarla vəsait ayrılır.

Və ən əsası, Ukraynaya ABŞ-nin rəhbərliyi altında etibarlı təhlükəsizlik zəmanəti verilir. NATO qırıcıları da bu məqsədlə Polşa ərazisində yerləşdirilir.

Başqa sözlə desək, müharibə dondurulur. Bu, faktiki olaraq Rusiyanın öz strateji hədəflərinə çatmaması deməkdir.

Putinə boş ərazi lazım deyildi. O torpaqlardan özündə ucsuz-bucaqsızdır. Rusiyaya Belarusa bənzər Ukrayna lazım idi. Ona da nail ola bilmədi.

Ukraynanın qalan əraziləri Qərbin birbaşa qoruması altına keçir. Bütün əsirlər və mülki girovlar geri qaytarılır. Ruslar Xarkov, Sumı və Dneprpetrovskdan çıxır.

Ukrayna da Donetskin qalan ərazilərindən çıxır. Amma həmin ərazilər bufer zona hesab olunur. Ruslar ora girmir.

Məncə, indiki reallıqları nəzərə alsaq, bir neçə maddəyə düzəlişlər etməklə, bu planı imzalamaq olar.

Yox, əgər Avropanın daha yaxşı planı, daha böyük cəsarəti varsa, Ukraynanın arxasında daha güclü dayana biləcəksə, bu plandan imtina edilsin. Yoxdu axı o cürət, o cəsarət Avropada?!

Ona görə də düşünürəm ki, panikaya düşmədən, soyuqqanlı analizlə Ukrayna hökuməti bu planı qəbul edə bilər.

Onsuz da hər şey post-Putin dövründə dəyişəcək.

Dilqəm Əhməd, jurnalist:

- Bu gün İstanbulun bir başından (Maltepe) o biri başına (Yeniköy) səyahət elədim. Yol iki saat sürdü. Məqsəd irəvanlı bir mühacirin qızı ilə görüşməkdi.

Evdə olan arxivin surətini çıxararkən yorğunluğum bir anda çıxdı. Həm həmin irəvanlının özünə aid materiallar, həm də digərlərinə aid sənədlər və fotoşəkillər o qədər qiymətli idi ki. Hətta irəvanlı mühacirin Əhməd bəy Ağaoğlu ilə də şəkli vardı.

Eləcə də böyük müsafirpərvərlik gördüm. Belə görüşlər araşdırma eşqimi çox yüksəldir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Noyabr 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see303

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see235

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see227

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see147

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see139

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see137

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see131

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see131

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see130

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see129

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see127

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see125

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see124

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see124

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see123

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see122

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see122

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see121

Meyitdən alınan orqan neçə saat yararlıdır?

24 Noyabr 2025 17:10see118

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri