Icma.az
close
up
RU
Təhsil sektorunda nə baş verir? So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Təhsil sektorunda nə baş verir? So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Elşad Paşasoy, jurnalist:

- Təhsil sektorunda nə baş verir? Axı, neyləmək istəyirlər? Onsuz da uşaqlar uşaq həyatını yaşamır: bağça yaşında hərfləri öyrənmək tələbi qoyulur, 1-4-cü siniflərdə "akademik" yetişdirilir... 4-cü sinifdə hay-küylə imtahan keçirdilər. İndi də deyirlər liseyə qəbul oluna bilməzsiz. İnsan haqlarına müdaxilə deyilmi? Kimin nə borcuna kim övıadını hansı məktəbdə oxudur?

Uşaqların çanta yükü, proqram yükü, abituriyentlərin akademik sualları... Hətta sabiq təhsil naziri Misir Mərdanov da həyəcan təbili çalırsa, təhsil mütəxəssisləri narahatlıqla DİM-in imtahan suallarının çətinliyindən bəhs edirsə, müəllimlər də vəziyyətdən şikayətlidirsə, demək, ictimai rəyi nəzərə almaq lazımdır. Uşaqlarımızın sağlamlığı birinci hədəf olmalıdır! Dərsliklər qalıb bir kənarda, imtahan kitabçalarının ağırlığı altında qalıb övladlarımız... Onurğa problemindən əziyyət çəkən uşaqların Vətənə sipər olması çətin olacaq! Gələcəyimizə azca sevgi, diqqət... Qəbul prosesini Çin səddinə çevirməyin, gənclərimiz xaricə axışmasın. Gedən gənclər qayıtmaq istəmir. İtirən dövlət olur...

Əkbər Qoşalı, şair:

- Azadə xanım Huseynova İçərişəhər Muzey Mərkəzinə direktor təyin edilib. Qutlu olsun!

Muzey işi üzrə həm nəzəri biliklərə, həm də praktiki təcrübəyə malik, bu sahənin peşəkar uzmanlarından biri kimi tanınan Azadə xanımın yeni görəvində də uğurla çalışacağına inanıram. İnanıram ki, onun başçılığı ilə İçərişəhər Muzey Mərkəzi ölkəmizin mədəni irsinin qorunması və tanıtımı sahəsində daha da önəmli başarılar qazanacaq.

Yeni və məsuliyyətli işində Azadə xanıma möhkəm cansağlığı, yeni-yeni uğurlar diləyirəm!

Elman Cəfərli, jurnalist:

- Mənsum İbrahimov səhnəni gənclərə verdi

Gözəl xəbərdir:

- "Leyli və Məcnun" operasında ildə yalnız bir dəfə, ustad dərsi formatında oynayıram.

- Hazırda teatrımızda təxminən 10 Leyli və Məcnun ifaçısı var.

- Gənc sənətçilər Mirələm Mirələmov və Kamilə Babayeva "Leyli və Məcnun"da oynamağa hazırlaşırlar. Bu tamaşa sentyabr ayında təqdim olunacaq.

Cəmil Hüseynzadə, sosial şəbəkə istifadəçisi:

- "Forbes" jurnalına görə Rusiyada 146 milyarder var. Siyahıda 28.7 milyard dollar sərvət ilə Vahid Ələkbərov birincidir. 2020-ci ildə onun sərvəti 15.2 milyard dollar olub. 5 ildə o, bu rəqəmi 2 dəfə artırmağı bacarıb.

Elçin Alıoğlu, jurnalist:

- Səudiyyə Ərəbistanı 73 ildən sonra alkoqol istifadəsinə qoyulan qadağanı ləğv edir - "The Economic Times".

1952-ci ildən bəri ilk dəfə olaraq ölkədə məhdud şəkildə alkoqolun satışı və qəbuluna rəsmi şəkildə icazə veriləcək. Bu qərar EXPO-2030 və 2034-cü il futbol üzrə dünya çempionatına genişmiqyaslı hazırlıq çərçivəsində qəbul edilib.

Spirtli içkilər ölkə üzrə 600 xüsusi ayrılmış məntəqədə - otellərdə, elit kurortlarda və turizm zonalarında təqdim olunacaq. Pivə, şərab və sidr icazəli olacaq, lakin daha sərt içkilərə qadağa qüvvədə qalacaq.

Leyla Camalzadə, yazıçı:

- 27 may 1992 - Azərbaycan parlamenti "Azərbaycan Respublikasının Dövlət himni haqqında" qanun qəbul edib. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyli və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Dövlət himni kimi təsdiq edilib. Azərbaycanın himninin hazırlanması haqqında qərar hələ 1920-ci ilin yanvarında Xalq Cümhuriyyəti tərəfindən qəbul edilsə də, 1920-ci il 28 aprel işğalı onun icrasına imkan verməmişdi.

1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edildi. Xalq Maarif Nazirliyi dövlət himninin layihəsinin şərtlərini "Azərbaycan" qəzetində dəfələrlə elan edərək bildirmişdi ki, təqdim ediləcək ən yaxşı dövlət himni layihəsinə görə 50 min manat mükafat təyin edilir. Müsabiqə iştirakçıları layihələrini həmin ilin may ayının 1-dək Xalq Maarif Nazirliyinin dəftərxanasına təqdim etməli idilər. Müsabiqənin nəticələri mayın 28-dək Azərbaycan Xalq Cümhuriyyətinin ikinci ildönümünə qədər elan edilməli idi. Lakin 1920-ci il aprelin 28-də Azərbaycanın Sovet Rusiyası qoşunları tərəfindən işğalı və Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himninin qəbul olunmasına imkan vermədi.

1992-ci il mayın 27-də parlament "Azərbaycan Respublikasının Dövlət Himni haqqında" Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq edildi.

Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 2 mart tarixli qərarı ilə Azərbaycan Respublikası Dövlət himni haqqında əsasnamə təsdiq edilmişdir.

Asif Nərimanlı, jurnalist:

- Laçında Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli Zirvə görüşünün nəticələrini bir neçə kontekstdə qiymətləndirək olar:

- Üç ölkə Cənubi Qafqazda, o cümlədən, regionun tranzit olaraq yer aldığı Orta dəhlizdə birlik olduqlarını Şərqi Zəngəzurdan nümayiş etdirdi;

- Eyni birlik mesajı Laçından Cənubi Asiya regionuna da ünvanlanıb: Hindistanın Pakistana hücumuna toxunan Əliyev də, Ərdoğan da atəşkəsin əldə edilməsini, eyni zamanda, münaqişənin (Kəşmir) sülh yolu və BMT-nin qətnamələrinə uyğun həllini dəstəklədi: hər iki lider birbaşa Hindistanı hədəfə almasa da, BMT qətnamələri və həmrəylik mesajı ilə Pakistana dəstəyi bir daha ifadə etdi;

- Hindistanın hücumundan sonra cəbhəsini gücləndirmək məqsədilə regional turneyə çıxan Şərif Yeni Dehliyə İstanbuldan sonra Laçından da "əzələ nümayişi" sərgilədi;

- Laçın Zirvəsi Ankara-Bakı-İslamabad xəttində "Üç Qardaş Alyansı"nın qurulduğunun, siyasi, iqtisadi və digər sferalarda strateji əlaqələrin genişləndirilməsi ilə 44 günlük müharibədən sonra zaman-zaman gündəmə gələn (daha çox qeyri-rəsmi formada) üçtərəfli hərbi ittifaq perspektivlərinin isə artdığı qənaətini möhkəmləndirdi;

Türkiyə-Azərbaycan-Pakistan strateji əlaqələrini formalaşmaqda olan çoxqütblü münasibətlər sistemində tarazlaşdırıcı, həm də həlledici "Orta güc" kimi qiymətləndirmək olar. Laçın Zirvəsində bu gücün perspektivləri bir qədər də gücləndirildi.

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Doktoranturaya sənəd qəbulu hansı formada aparılır? "İpli kağız qovluq" məsələsinə son qoyulubmu?

Cari ayın əvvəlindən ali təhsil müəssisələri və elmi tədqiqat institutları tərəfindən doktoranturaya qəbul başlayıb.

Qəbul üçün də iddiaçılardan xeyli sənədlər tələb olunur.

Doktoranturaya sənəd qəbulu digər təhsil pillələrində olduğu kimi, Elm və Təhsil Nazirliyinin "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" - www.portal.edu.az üzərindən, elektron qaydada həyata keçirilir.

Aparılan monitorinqlər və müşahidələr göstərir ki, universitetlərin demək olar ki, əksəriyyəti öz elanlarında əvvəllər olduğu kimi paralel sənəd qəbulunu qeyd etməyiblər. Yəni qeydiyyatın yalnız rəqəmsal formada, ETN tərəfindən aparılacağını bildiriblər. Universitetlərin müvafiq şöbələri  ETN informasiya sisteminə inteqrasiya olunmaqla özlərinə lazım olan məlumatları rəqəmsal formada elə ETN sistemindən əldə edə bilirlər.

Bu isə o deməkdir ki, universitetlər doktorantura pilləsində də artıq kağız sənədlər toplamağa, yəni  "ipli kağız qovluq" məsələsinə son qoyublar.

Amma bunu AMEA-nın müvafiq elmi müəssisələri haqqında demək olmazdı. Bu təhsil müəssisələrinin bəzilərinin elanlarında hələ də paralel qeydiyyat hallarına rast gəlinir.

Güman ki, bu qurumlar ya ETN və İRİA sistemlərinə inteqrasiya etməyiblər, yaxud da sadəcə köhnə qaydada işləri davam etdirirlər.

Bu isə doğru bir hal deyil.

Ümid edirəm İRİA, AMEA da bunların fərqindədir.

Yeri gəlmişkən, doktorantura pilləsinə qəbul üçün iddiaçılardan xeyli sənədlər tələb olunur:

- elmi müəssisənin rəhbərinin adına ərizə;

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

- iş yerindən xasiyyətnamə;

- çap olunmuş elmi işlərin siyahısı

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti

- şəxsiyyəti təsdiq edən sənədin surəti;

- xarici dil bilikləri üzrə beynəlxalq sertifikatın surəti.

Düşünürəm ki, bu siyahıya əl gəzdirmək olar. Buradakı bəzi sənədləri dövlətə məxsus informasiya sistemlərindən inteqrasiya ilə əldə etmək mümkündür.

Xatırladıram ki, ötən il ETN, İRİA və AzTU qeydiyyatın yalnız portal.edu.az üzərindən elektron formada aparılmasını nəzərə alaraq paralel qeydiyyatdan imtina ilə bağlı təşəbbüslə çıxış etmişdilər.

Ötən il aparılan monitorinqlərdə əksər təhsil müəssisələrinə qəbulun məhz rəqəmsal formada olduğu müşahidə olunmuşdur.

Bir neçə universitetdə kağız formada sənədlərin toplanması halları da olmuş, elm və təhsil naziri Emin Əmrullayev də açıqlamasında bunun doğru olmadığını bildirmişdi.

Ümid edirəm bu il bütün ali təhsil müəssisələrinə sənəd qəbulu  elektron formada aparılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://525.az
archiveBu xəbər 30 May 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp 17 Patriotun Ukraynaya çatdırıldığını açıqladı

14 İyul 2025 22:13see151

Bu gün 40 dərəcə isti olacaq PROQNOZ

14 İyul 2025 07:30see129

Ağstafa: “Suverenlik yolunun başlanğıcı”

14 İyul 2025 18:51see117

Kiyevdə polkovniki güllələyən azərbaycanlılar öldürülüblər FOTO/VİDEO

14 İyul 2025 12:56see117

Çimərlikdə batma təhlükəsi ilə üzləşən uşaq xilas olundu

15 İyul 2025 00:50see116

Dolların bahalaşması manata necə təsir edəcək? AÇIQLAMA

14 İyul 2025 18:51see116

İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldığı gündür

14 İyul 2025 09:45see116

Attestasiyadan keçməyən musiqi müəllimləri üçün xüsusi müsabiqə təşkil ediləcək

14 İyul 2025 14:10see115

Merilinin pasport fotosu bu qiymətə satıldı Fotolar

15 İyul 2025 00:27see113

“Milan” Modriçi açıqladı

14 İyul 2025 23:01see113

Rusiya təbliğatının qəhrəmanı rusların onu döyməsindən şikayətlənib...

14 İyul 2025 21:39see113

Üçqat çempiondan Tur de Frans ın təşkilatçılarına etiraz

15 İyul 2025 00:59see113

Mərkəzi Asiya Avrasiyanın əsas regionuna çevrilir

15 İyul 2025 20:21see112

18 yaşını xüsusi parti ilə qeyd edən Lamin Yamal hakim qarşısına çıxmalı olacaq

14 İyul 2025 08:49see112

Alim Qasımov yenidən rep deməsi ilə gündəmdə Video

15 İyul 2025 10:54see112

Səbail in yerli oyunçulardan ibarət 11 liy i məlumdur ADLAR

15 İyul 2025 17:49see111

Zelenski Kelloqla görüşdü

14 İyul 2025 16:20see110

Hansı atalar qız övladlarına daha çox qayğı göstərir?

15 İyul 2025 20:22see109

Ukraynada polkovniki Azərbaycan vətəndaşları qətlə yetirib?

14 İyul 2025 10:28see109

FİFA PSJ nin baş məşqçisi və futbolçusunu cəzalandıra bilər

15 İyul 2025 07:32see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri