Icma.az
close
up
RU
Təhsildə rəqəmsal transformasiyalar III Milli Təhsil Zirvəsi

Təhsildə rəqəmsal transformasiyalar III Milli Təhsil Zirvəsi

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 13 aprel, AZƏRTAC

Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının və Türkiyə Cümhuriyyəti Özyeğin Universitetinin dəstəyi ilə Bakı Slavyan Universitetində “Təhsildə rəqəmsal transformasiyalar” mövzusunda III Milli Təhsil Zirvəsi keçirilib.

Bu barədə AZƏRTAC-a Təhsil Cəmiyyətindən məlumat verilib.

Tədbiri açan Təhsil Cəmiyyətinin İdarə Heyətinin sədri Murad Ağalarov müasir dövrdə təhsilin rəqəmsallaşdırılmasının əhəmiyyətindən danışıb. Qeyd edib ki, qlobal təcrübənin öyrənilməsi, qabaqcıl universitetlərlə əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi Azərbaycan təhsilinin dünya təhsil məkanına inteqrasiyanı sürətləndirir. Bildirib ki, Özyeğin Universiteti ilə əməkdaşlıq bu baxımdan xüsusi əhəmiyyət daşıyır və qarşılıqlı təcrübə mübadiləsinə geniş imkanlar yaradır.

Murad Ağalarov belə zirvə görüşlərinin təhsil ictimaiyyətinin bir araya gəlməsi, aktual problemlərin müzakirəsi və innovativ həll yollarının müəyyənləşdirilməsi baxımından mühüm platforma olduğunu vurğulayıb.

Zirvədə çıxış edən Milli Məclisin deputatı Ceyhun Məmmədov təhsil sahəsində aparılan islahatların və rəqəmsal transformasiyanın cəmiyyətin inkişafındakı rolu barədə fikirlərini bölüşüb. Bildirib ki, Azərbaycanın təhsil sahəsində əldə etdiyi uğurlar dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsidir. O, çıxışında gənclərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini də xüsusi qeyd edib. Deputat gənclərin süni intellekt, proqramlaşdırma, data analitikası və rəqəmsal alətlərlə işləmək bacarıqlarının inkişaf etdirilməsinin onların gələcək karyera imkanlarını genişləndirdiyini və əmək bazarında rəqabət qabiliyyətini artırdığını söyləyib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı sədrinin müavini Mirzə Cəfərzadə müasir dövrdə təhsil sistemində baş verən yeniliklərin müəllimlərin fəaliyyətinə yeni tələblər irəli sürdüyünü diqqətə çatdırıb. Bildirib ki, rəqəmsal texnologiyaların təhsilə tətbiqi yalnız texniki məsələlərlə məhdudlaşmayıb, eyni zamanda, müəllimlərin bu yeniliklərə uyğun hazırlanması, onların davamlı təlimlərə cəlb olunması və peşəkar bacarıqlarının artırılması ilə müşayiət olunmalıdır.

Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev çıxışında rəqəmsal texnologiyalar və süni intellektin təhsilə inteqrasiyasının gələcək nəsillərin daha çevik, yaradıcı və rəqabətqabiliyyətli formalaşmasına xidmət etdiyini söyləyib, rəqəmsal bacarıqların inkişafının yalnız fərdi uğur üçün deyil, bütövlükdə ölkənin iqtisadi və sosial inkişafı üçün də strateji əhəmiyyət daşıdığı haqqında fikirlərini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Türkiyə Cümhuriyyəti Özyeğin Universitetinin Təlim və tədris ofisi direktoru professor Cengiz Hakan Aydın bildirib ki, qlobal təhsil mühitində rəqəmsal platformalar, hibrid təhsil modelləri və süni intellekt əsaslı alətlər getdikcə daha geniş tətbiq olunur. Bu yanaşmalar tələbələrə daha fərdiləşdirilmiş öyrənmə təcrübəsi təqdim etməklə yanaşı, onların beynəlxalq resurslara çıxışını da asanlaşdırır. Cengiz Hakan Aydın həmçinin beynəlxalq tələbə mübadilə proqramlarının və ikili diplom imkanlarının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

İnnovasia və Rəqəmsal İnkişaf Ağentliyinin İqtisadi təhsil şöbəsinin müdiri Cavid Süleymanlı rəqəmsal iqtisadiyyatın formalaşmasında təhsilin rolundan bəhs edib.

Daha sonra “Code Academy”nin təsisçi direktoru Ülvi Aslanov müasir təhsil yanaşmalarında innovativ modellərin və süni intellektin rolundan danışıb.

Sonda III Milli Təhsil Zirvəsinin iştirakçılarına sertifikatlar təqdim edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Aprel 2026 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see422

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see292

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see268

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see243

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see213

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see209

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see208

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see196

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see190

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see188

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see177

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri