Təhsildə sistemli korrupsiya artıq yoxdur
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Təhsil sistemində rüşvət və korrupsiyanı böyük mənada həll etmişik.
Modern.az xəbər verir ki, bunu IX ADA Beynəlxalq Təhsil Konfransında elm və Təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, müasir texnologiyaların və elektron sistemlərin tətbiqi sayəsində əvvəllər problem yaradan bir çox sahələrdə korrupsiya halları tamamilə aradan qaldırılıb:
"Uşaqların məktəbə qəbulu və yerdəyişməsində, ali təhsil müəssisələrinə qəbul prosesində, eləcə də Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarında və bu kimi digər irimiqyaslı proseslərdə böyük mənada rüşvət və korrupsiya məsələsini həll etmişik. Hazırda təhsil sistemində hər hansı bir sistemli korrupsiya mövcud deyil".
Emin Əmrullayev vurğulayıb ki, qəbul və idarəetmə proseslərinin mərkəzləşdirilmiş və elektron qaydada aparılması insan amilini minimuma endirib ki, bu da bütün namizədlər və şagirdlər üçün bərabər, ədalətli mühitin formalaşmasını təmin edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 30 İyun 2026 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















