Icma.az
close
up
RU
Təhsilin qara statistikası: Oxuma yazma bilməyənlərin sayı daha çox ola bilər

Təhsilin qara statistikası: Oxuma yazma bilməyənlərin sayı daha çox ola bilər

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Erkən nikah və əmək uşaqların təhsildən kənar qalmasının əsas səbəbi kimi göstərilir


Azərbaycanda 5 nəfər 9-cu sinif şagirdi oxuyub-yazmağı bacarmır. Bu barədə məlumat Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr olunan “Abituriyent 12” jurnalında qeyd olunub. Jurnalda qeyd edilir ki, oxuyub-yazmağı bacarmayan şagirdlər  Bərdə, Ağcabədi, Saatlı, Lənkəran, Şabran rayonlarındadırlar. DİM oxuyub-yazmağı bacarmayan şagirdlərin daha çox olduğunu istisna etmir. Qeyd edək ki, bu məlumat 2024-cü ili əhatə edir. Ötən ilin hesabatına görə, 2023-cü ildəki imtahan nəticələrinə əsasən, 9-cu sinif şagirdləri arasında 5 nəfər, 11-ci sinif şagirdləri arasında isə 2 nəfərin oxuyub yazmaqda çətinlik çəkdiyi məlum olub.


Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi Sherg.az-a açıqlamasında qeyd etdi ki, Dövlət İmtahan Mərkəzi hər il paytaxt və bölgələr üzrə buraxılış imtahanları, blok imtahanları və sairlə bağlı statistik göstəricilər təqdim edir:


- Təəssüfləndirici hal budur ki, müxtəlif bölgələrdə şagirdlərin erkən əmək fəaliyyətinə və ya erkən nikaha cəlb olunması səbəbindən tədris yarımçıq qalır, növbəti pilləyə keçid edilmir, beləliklə, tədrisdən kənarlaşma baş verir. 21-ci əsrdə hər hansı bir şagirdin oxuma-yazma  bilməməsi acınacaqlı vəziyyətdir. Mən burada Elm və Təhsil Nazirliyini, yaxud tabeli qurumları  günahlandırmıram. Burada məsuliyyət birbaşa valideynlərin üzərindədir. Valideyn çalışmalıdır ki, övladının təhsilinə nəzarət etsin. Ölkə Konstitusiyasında hər bir insanın təhsil almaq hüququ təsbit edilib, ölkəmizdə orta təhsil ödənişsizdir, Prezidentin bununla bağlı sərəncamları, göstəriş və tövsiyələri var. Dövlət büdcəsindən təhsil sektoruna hər il vəsait ayrılır, uşaq və gənclərin təhsil almaq hüqüqu tanınır. Dövlət hər bir uşağa, yeniyetmə və gəncə təhsil almaq hüququ və imkanı verdiyi halda, valideynlər övladlarını “kor” edir. Lap tutalım, ailə üzvünün əməyə cəlb olunmasına ehtiyac yaranırsa belə, yenə də valideyn çalışmalıdır ki, uşaq bunu məktəbdən, təhsildən yayınmaq hesabına etməsin.


E.Əfəndi qeyd etdi ki, DİM oxuma-yazma bilməyənlərin sayının daha çox ola biləcəyini istisna etmirsə, bunun səbəbləri var:

- Çünki DİM nəticələri yalnız imtahanlar vasitəsilə müəyyən edə bilir. DİM imtahan təşkil edib nəticələri təqdim edən qurumdur. Orta məktəblərdə IX və XI siniflərdə buraxılış imtahanları olur. İmtahanlardan əvvəl DİM nəticəni görə bilmir. Vəziyyət yalnız buraxılış imtahanında bilinir. Ona görə də DİM oxumağı, yazmağı bilməyən şagirdlərin daha çox ola biləcəyini istisna etmir. Vəziyyət belədir ki, ibtidai sinfə qəbul edilən şagirdlərin sayı ilə IX və ya XI sinfi bitirən şagirdlərin sayında qeyri-mütənasiblik olur. 1-ci sinfə məsələn, 130 min şagird qəbul edilibsə, orta məktəbi bitirənlərin sayı isə 100 mindirsə, deməli, burada  XI illik təhsil pilləsindən sonra təhsili davam etdirməyənlərlə yanaşı, təhsildən daha erkən yayınanlar da var. Bunlar ya erkən nikaha cəlb olunanlardır, ya da erkən yaşda qanunsuz əməyə cəlb olunanlar. Hər hansı şagirdin oxuma-yazma bilməməsinə ancaq bu səbəb ola bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 İyun 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri