Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Təhsilsiz bərpa mümkün deyil

Təhsilsiz bərpa mümkün deyil

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Əgər insan qayıdırsa, uşağı üçün məktəb, gənci üçün peşə məktəbi, müəllimi üçün iş yeri olmalıdır

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması


İnkişaf etmiş ölkələrdə peşə təhsilinə xüsusi önəm verilir. Peşə təhsili daha qısa zamanda əmək bazarına daxil olmağa imkan yaradır. Azərbaycanda da gələcəkdə peşə təhsilinin daha sürətlə inkişafı proqnozlaşdırılır və gözləniləndir. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da peşə təhsilinin daha da inkişaf etdirilməsi, onun əhatə dairəsinin genişləndirilməsi, peşə təhsili alan tələbələrin sayının 50 faiz artırılması nəzərdə tutulub.

Peşə təhsilinin inkişafı işğaldan azad olunan ərazilər üçün də prioritet istiqamətlərdən biridir. Regionda onun sosial-iqtisadi imkanlarına uyğun peşə təhsili şəbəkəsinin qurulması da nəzərdə tutulur.  

Artıq Şuşa peşə təhsili müəssisəsinin yenidən qurulmasına, Füzulidə yeni müəssisənin tikintisinə, Ağdam, Zəngilan, Qubadlıda layihələndirmə işlərinə başlanıb. Regionda intensiv qısamüddətli peşə təhsili layihələri də tətbiq edilir.

Yeri gəlmişkən, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025-2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil almaqda olan şəxslərin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Təhsil haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

"Peşə təhsili haqqında" qanuna da uyğunlaşdırma xarakterli dəyişiklik edilib.

Bu Qanun 2025-ci il sentyabrın 15-dən qüvvəyə minir.

Sözügedən Tədbirlər Planına əsasən həmin ərazilərdə məskunlaşan əhaliyə münasibətdə peşə hazırlığının və tədrisinin təşkili ilə bağlı 2024-2026-cı illər ərzində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Təqdim olunan qanun layihəsi də işğaldan azad edilmiş ərazilərdə əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsi və zəruri kadr potensialının formalaşdırılması sahəsində həyata keçiriləcək tədbirlərdən biri kimi həmin ərazilərin iqtisadi potensialı və əmək bazarının tələbləri nəzərə alınaraq peşə təhsilinin stimullaşdırılması məqsədilə hazırlanıb. Belə ki, qüvvədə olan qanunvericiliyə əsasən işğaldan azad edilən ərazilərdə məskunlaşması nəzərdə tutulan əhaliyə münasibətdə peşə təhsili üzrə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsinə dair hər hansı normativ tənzimləmə mövcud deyil. Layihənin qəbulu nəticəsində işğaldan azad edilmiş ərazilərində məskunlaşmış Azərbaycan Respublikası vətəndaşlarının təhsil haqlarının dövlət büdcəsi hesabına maliyyələşdirilməsini təmin edən hüquqi mexanizm formalaşdırılmış olacaq.

Mütəxəssislər də hesab edir ki, Qarabağda peşə təhsilinə böyük ehtiyac var. Peşə təhsilinin inkişafı nəticəsində müxtəlif peşələrə yiyələnmiş gənclərimizin sayı artacaq və onların hər biri müxtəlif sahələrdə çalışaraq doğma torpaqlarda məskunlaşmanı daha da sürətləndirəcəklər.


Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədovun “Şərq”ə açıqlamasına görə, bu dəyişiklik həm hüquqi baxımdan mühüm yenilik, həm də sosial baxımdan ədalətli və strateji addımdır. Eyni zamanda təhsil və inkişaf baxımından çoxşaxəli önəm daşıyır: 

“Əvvəla, bu dəyişiklik Konstitusiyanın 42-ci maddəsində təsbit olunan təhsil hüququnun təminatıdır. Dövlətin vətəndaş qarşısında öhdəliyi – keyfiyyətli və əlçatan təhsil imkanlarını genişləndirməkdir. İşğaldan azad edilmiş ərazilər hələ də infrastruktur baxımından tam bərpa olunmayıb. Təhsil müəssisələrində oxuyan gənclərin təhsil haqqının dövlət büdcəsindən ödənilməsi həmin bölgədə təhsilə marağı artırmaqla yanaşı, sürətli məskunlaşma prosesini də stimullaşdıracaq.

Bu təşəbbüs eyni zamanda peşə təhsilinə verilən strateji önəmin göstəricisidir. Azərbaycan artıq bir neçə ildir ki, ali təhsillə yanaşı, peşə təhsilini də inkişaf etdirməyi prioritet sayır. Bu dəyişiklik isə həmin siyasətin konkret mexanizmlə dəstəkləndiyini göstərir. Hədəf təkcə gəncləri ucuz və praktiki təhsilə yönəltmək deyil, eyni zamanda regionda iqtisadi canlanmanı təmin etmək üçün yerli ixtisaslı kadrlara ehtiyac yaradan peşə profilləri üzrə kadr hazırlığıdır”.

K.Əsədovun sözlərinə görə, bu qərar sosial bərabərliyin təminatı və ədalətli imkanların yaradılması baxımından əhəmiyyətlidir: “İşğaldan azad olunmuş bölgələrə köçən ailələrin əksəriyyəti təməl yaşayış ehtiyaclarını yeni təmin etməyə başlayıb. Bu səbəbdən təhsil haqqının dövlət tərəfindən ödənilməsi ailələrin maddi yükünü azaldacaq və gənclərin təhsildən yayınmasının qarşısını alacaq. Onu da deyim ki, bu təşəbbüs təkcə maliyyə yükünü azaltmaq yox, həm də orada təhsilin təşkili və davamlılığını təmin etmək üçün motivasiya mexanizmidir. Tələbə artdıqca, müəllim tələbatı artacaq, bu da təhsil işçilərinin bölgəyə cəlbini zəruri edəcək. Beləliklə, peşə məktəbi yalnız təhsil obyekti deyil, eyni zamanda sosial və iqtisadi canlanma mərkəzi funksiyasını daşıyacaq”.

Dünya təcrübəsində də oxşar yanaşmaların mövcud olduğunu xatırladan ekspert deyib ki, Polşa, Rumıniya və Baltikyanı ölkələrdə regional bərpa və inkişaf siyasətləri çərçivəsində dövlət müəyyən ərazilərdə təhsil haqqını üzərinə götürür: “Almaniyada isə bəzi sənaye bölgələrində ixtisaslı kadr hazırlığı üçün dövlət həm təhsil haqqını, həm də təqaüdləri təmin edir. Bu model Azərbaycanda tətbiq olunacaq sistemin uğurlu ola biləcəyini göstərir. Sonda isə qeyd edim ki, bu qərar, sadəcə, təhsil haqlarının ödənilməsi deyil, böyük bir qayıdış konsepsiyasının tərkib hissəsidir. Təhsilsiz bərpa mümkün deyil. Əgər insan qayıdırsa, uşağı üçün məktəb, gənci üçün peşə məktəbi, müəllimi üçün iş yeri olmalıdır. Bu dəyişiklik həmin məqsədə xidmət edir və işğaldan azad olunmuş torpaqlarda təsirli və dayanıqlı insan məskəninin formalaşması üçün strateji addımdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Aprel 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see627

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see299

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see289

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see277

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see271

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see250

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see249

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see243

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see238

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see230

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see227

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see214

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see203

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see202

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see202

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see201

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see194

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see187

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see187

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri