Tək oğlan uşaqlarının əsgərliyə aparılması ilə bağlı MÜHÜM XƏBƏR: “Bu addım atılsa…” KONKRET
Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanda hərbi xidmət zamanı ailədə tək oğul və ya qardaş olan şəxslərə güzəşt tətbiqi məsələsi gündəmə gətirilir.
Mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev KONKRET.az-a açıqlama verib.
Ekspert bildirib ki, ölkədə mövcud demoqrafik vəziyyət və açıqlanan statistika ailələrin əksəriyyətində oğlan uşaqlarının tək olduğunu göstərir:
“Əgər tək övlad və ya tək oğlan uşaqlarına hərbi xidmətdən güzəştlər və imtiyazlar tətbiq edilərsə, bu, bir tərəfdən Silahlı Qüvvələrin komplektləşdirilməsinə mənfi təsir göstərəcək, digər tərəfdən isə cəmiyyətdə demoqrafik problemlərə yol açacaq. Belə addım atılacağı təqdirdə bir çox ailələr yalnız tək oğul və ya tək oğlan uşağı ilə kifayətlənə bilər ki, bu da əhali artımını məhdudlaşdırar”.
Ədalət Verdiyevin sözlərinə görə, bu hal həm milli, həm də dövlət maraqlarına uyğun deyil.
Aynurə İsmayıl
KONKRET.az
Baxış sayı:52
Bu xəbər 29 Avqust 2025 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















