Icma.az
close
up
RU
Tək rəislər yox, sıravi işçilər də 4 aydır maaş almır Gömrük Komitəsində nə baş verir?

Tək rəislər yox, sıravi işçilər də 4 aydır maaş almır Gömrük Komitəsində nə baş verir?

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Dövlət Gömrük Komitəsində nəinki rəis heyətinin, sıravi işçilərin də əməkhaqları verilmir.

Hurriyyet.az xəbər verir ki, bu barədə AFN.az-ın "Dövlət Gömrük Komitəsində rəislərin maaşı 4 aydır ödənmir" sərlövhəli xəbəri ilə tanış olan oxucular məlumat veriblər. Bildirilir ki, DGK-nın idarələrində rəislərlə bərabər, zabit heyəti, sıravi işçilərin əksəriyyəti də 4 aydır əməkhaqqı almır: "Məzuniyyət pulları, əlavələri, maaşları heç biri ödənmir".

Başqa bir oxucunun verdiyi məlumatda isə daha ciddi məqamlar əksini tapıb. Bildirilir ki, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov idarələrin hamısına "tas" qoyub. Bakı Baş Gömrük İdarəsində çalışan oxucumuz deyir ki, adıçəkilən idarə təkcə ötən ilin dekabr ayında 400 milyona yaxın "öhdəlik" yerinə yetirib: "Rəis heyətinə "hava xoşdur", əsas çətinlik sıravi işçilərə yaranıb. Bir qəpik qazanc olmadan işə gedib-gəlmək, dolanmaq, ailə saxlamaq asan məsələ deyil. Elə bu gün-sabah deyə-deyə saxlayırlar, deyirlər ki, hamısı bir yerdə köçürüləcək. Heç olmasa Yeni ildə bayramqabağı bir az pul ödəmədilər ki, ailəmizlə normal bayram qeyd edək".

Qeyd edək ki, DGK-nın sədri general-leytenant Şahin Bağırovun özü ilə bərabər, rəhbərliyi ilə idarə olunan idarələrin də Dövlət Vergi Xidmətinə külli miqdarda vergi borcunun olduğu üzə çıxıb.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, general mayor Ceyhun Məmmədovun 23076.85 manat, Gömrük Komitəsinin Avtomobil Nəqliyyatı İdarəsinin rəisi, polkovnik Eldar Bədəlovun 17395.86 manat, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, general-mayor Anar Cahangirovun 73070.08 manat, Dəniz Nəqliyyatı Və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi Həsən Eyyubovun 28403.35 manat, Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanovun 46380.03 manat vergi borcları yaranıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 24 Yanvar 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see682

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see338

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see329

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see326

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see299

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see289

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see286

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see283

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see260

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see260

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see254

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see250

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see244

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see241

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see223

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see218

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see206

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see200

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri