İnterpolun axtardığı Türkiyə vətəndaşı Gürcüstanda saxlanıldı
Icma.az, Moderator.az saytına istinadən bildirir.
Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları ölkəsində bir neçə ağır cinayətə görə İnterpol tərəfindən axtarışda olan Türkiyə vətəndaşını saxlayıblar.
Moderator.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.
"Saxlanılan şəxs ağır kateqoriyalı müxtəlif cinayətlər törətdiyinə görə Türkiyə hüquq-mühafizə orqanlarının sorğusu əsasında İnterpolun Qırmızı Bülleteni ilə axtarışda olub. Ona qarşı Türkiyə Cinayət Məcəlləsinin dörd maddəsi üzrə - cinayətkar təşkilatın yaradılması, rəsmi sənədlərin saxtalaşdırılması, oğurluq və etibardan sui-istifadə maddələri üzrə ittiham irəli sürülüb", - deyə məlumatda qeyd edilib.
Gürcüstan hüquq-mühafizə orqanlarının əməkdaşları Türkiyə vətəndaşını Batumidə saxlayıblar. Onun barəsində artıq ekstradisiyadan əvvəlki prosedurlar başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 09 Noyabr 2026 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















