Icma.az
close
up
RU
Tək valideynlərə böyük dəstək Yeni fond nəyi dəyişəcək?

Tək valideynlərə böyük dəstək Yeni fond nəyi dəyişəcək?

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda Aliment Fondunun yaradılması məsələsi müzakirə edilir. Bu fondun məqsədi aliment ala bilməyən uşaqların hüquqlarını qorumaq və onlara maddi dəstək göstərməkdir. Alimentin ödənilməsində gecikmələr və ya imtinalar olduğu hallarda fond vasitəsilə ödənişlərin təmin edilməsi nəzərdə tutulur. Bu addım aztəminatlı ailələr və tək valideynlər üçün mühüm sosial dəstək mexanizmi ola bilər.

Bəs belə bir fondun yaradılması boşanmaların sayını artıra bilər?

Vəkil Tural Həsənli Metbuat.az-a açıqlamasında bildirib ki, aliment ödəyicisinin ödəmə iqtidarında olmadığı təqdirdə bunun dövlət tərəfindən qarşılanması da bu sahədə olan problemləri tamamilə aradan qaldırmayacaq. Çünki kifayət qədər hallar var ki, aliment ödəyicisinin gəlirlərini müəyyən etmək çətinliklər yaradır və ya aliment ödəyicisi müxtəlif üsullarla bu öhdəliyindən yayınır:

“Aliment fondunun yaradılması eyni zamanda ailə qurmaq məqsədi olmadan formal nikaha daxil olmalara, eləcə də, bundan müəyyən şəxslərin sui-istifadə etmələrinə şərait yarada bilər. Azərbaycanda boşanmaların sayının artmasının səbəbi bir çox hallarda aliment almaq hüququ olan şəxslərin belə bir imkanlarının və gözləntilərinin olmasıdır. Bəzən nikah münasibətlərinə xitam vermək istəyən tərəf yetkinlik yaşına çatmayan uşağın saxlanması, tərbiyəsi və təhsili üçün qanunla öhdəlik kimi müəyyən olunan alimenti alacağına “güvənərək” nikah münasibətlərində dözümsüzlük göstərirlər. Buna görə də ailə münasibətlərinə qəti olaraq xitam vermək qənaətinə gəlirlər. Bəzən qadınlar ailəni qoruyub saxlamaq imkanı olsa da, qəti şəkildə boşanma barədə israr edirlər”.

T.Həsənlinin sözlərinə görə, bəzi hallar aliment fondunun yaradılmasına bəraət qazandırır. Lakin belə bir fond yaradılarsa, bu, elə həyata keçirilməlidir ki, boşanmaların sayının artmasına və bundan sui-istifadəyə zəmin yaratmasın. Bir çox xarici dövlətlərdə belə bir fond yaradılıb.

Vəkil alimentin ödənilməsi ilə bağlı problemlərin hazırda aktual mövzu olaraq qalmaqda davam etdiyini də qeyd edib:

“Nikah münasibətlərinə xitam verildikdən sonra növbəti aktual problem alimentin ödənilməməsi ilə bağlı olur. Alimentin borclu tərəfindən vaxtında ödənilməməsi və ya ödənişdən boyun qaçırılması, yaxud da borclunun icra qurumlarından gizlənməsi, olduğu yerin müəyyən olunmaması, ölkə hüdudlarından kənarda olması, gəlirlərini gizlətməsi və s. kimi hallar müvafiq məhkəmə qərarlarının icra edilməsinə ciddi maneələr yaradır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 04 Mart 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri