Icma.az
close
up
RU
Təkbaşına yazılan qəhrəmanlıq salnaməsi...

Təkbaşına yazılan qəhrəmanlıq salnaməsi...

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Milli Qəhrəman Mübariz İbrahimovun anım günüdür...

19 iyun xalqımızın yaddaşına yalnız bir tarix kimi deyil, həm də Vətən sevgisinin, qorxmazlığın, sonsuz fədakarlığın və milli qürurun simvoluna çevrilmiş bir gün kimi həkk olunub. Məhz bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov öz həyatını doğma torpağın müdafiəsi naminə qurban verərək, xalqın qəlbində ölməzlik abidəsi ucaltdı. Milli Qəhrəmanımızın şəhidlik zirvəsinə ucalmasından 16  il ötür.

1988-ci il fevralın 7-də doğulan Mübariz İbrahimov Qarabağ müharibəsi ilə həmyaşıd idi. Qəhrəmanlıq ənənələri ruhunda böyüyən Mübariz orta təhsilini şəhid Malik Piriyev adına Biləsuvar rayonu Əliabad kənd orta məktəbində alıb. 2006-cı ilin yazında həqiqi hərbi xidmətə çağrılan gənc Mübariz Daxili Qoşunların “N” saylı hissəsinin xüsusi təyinatlı bölüyündə atıcı əsgər olub, həqiqi hərbi xidmətini çavuş rütbəsində başa vurub. 2009-cu ildə yenidən, bu dəfə gizir kimi orduda xidmətə başlayıb. Çox keçmədən öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birinə xidmətə göndərilib.

Onun şəxsi həyatı ailə, dostluq, vətənpərvərlik, səmimiyyət və mərdlik dəyərləri üzərində qurulmuşdu. Sadə, dostlarına və ətrafına daim kömək etməyə hazır insan kimi tanınıb. Ailə və şəxsi həyatında Mübariz hər zaman dürüst, saf və səmimi olub. Qəhrəman Mübariz bu gün də gənclər üçün örnəkdir.

Sonuncu məktub...

2010-cu il iyunun 18-dən 19-na keçən gecə Tərtər rayonunun Çaylı kəndi yaxınlığında 22 yaşlı gizir Mübariz İbrahimov döyüş növbəsində olduğu vaxt düşmən tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində başlanan atışmada şəxsi rəşadət nümayiş etdirir. Təkbaşına təmas xəttinin bir kilometrlik minalanmış sahəsini keçir. Qəfil həmləsi ilə Ermənistan ordusunun çox sayda əsgər və zabitini məhv edir. Sonra isə düşmənin öz silahlarından onun özünə qarşı istifadə edərək 5 saat təkbətək döyüşür. Düşməni çox ağır itkilərə məruz qoyur. Azərbaycan döyüşçüsü səhərə yaxın qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.

Bu sətirlər Mübarizin evlərinə göndərdiyi son məktubundandır: “Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək düşmənin üzərinə gedəcəyəm. Şəhid olsam - ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim... Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.

Bu gün Mübariz İbrahimovun ruhu şaddır. Çünki onun qəhrəmanlığından ilham alan igid oğullarımız 2020-ci ilin 44 günlük Vətən müharibəsində torpaqlarımızı düşməndən azad edərək şanlı Qələbə qazandılar.

Mübarizin şücaətinə verilmiş layiqli qiymət

Prezident İlham Əliyevin 22 iyul 2010-cu il tarixli sərəncamı ilə gizir Mübariz İbrahimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib, “Qızıl Ulduz” medalı, “Vətən övladı” qızıl ordeni ilə təltif edilib. O, həmçinin “Azərbaycanda ilin adamı” mükafatına layiq görülüb. İgid Mübarizin düşmən tərəfdə qalmış nəşi bir müddət sonra Ali Baş Komandanın qətiyyətli səyləri sayəsində alınaraq doğma Vətənə gətirilib.

Prezident İlham Əliyev qəhrəmanla vida mərasimindəki nitqində onun əbədiyyət yolçuluğunu yüksək qiymətləndirib: “Mübariz yaxşı bilirdi ki, o döyüşdən sağ-salamat çıxa bilməyəcək. Ancaq Vətən, torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz bütün gənclər üçün örnəkdir, nümunədir... Bizim ordumuzda minlərlə, on minlərlə Mübariz kimi, Fərid kimi qəhrəmanlar var... Azərbaycan Ordusu Cənubi Qafqazda ən qüdrətli, ən peşəkar, ən mübariz ordudur və şəhidlərimizin qəhrəmanlığı bunu bir daha sübut edir”.

Ziyarətgaha çevrilmiş ev...

Milli Qəhrəmanın xatirəsinin əbədiləşdirilməsi məqsədilə doğulub boya-başa çatdığı Biləsuvar rayonunda lisey kompleksinə və küçələrdən birinə onun adı verilib.

15 ilə yaxındır ki, Əliabad kəndini Mübarizin kəndi adlandırırlar. Milli Qəhrəmanın ata evinin həyətində onun ev-muzeyi tikilib. Bura gələn hər kəs ondan xatirə qalmış əşyalarla, fotoguşəylə tanış olur, qəhrəmanın əziz xatirəsinə sonsuz ehtiramını bildirir.

Vətənə sevginin təcəssümü...

Mübariz İbrahimovun adı Azərbaycan gəncləri üçün əbədi bir nümunə oldu. Onun adını daşıyan küçə, məktəb və parklar yaradıldı. Mübariz İbrahimovun həyatı və irsi Azərbaycan xalqının yaddaşında və milli kimliyində əbədi yer alacaq. Onun adı gələcək nəsillər üçün həmişə Vətənə sədaqətin, mərdliyin və qəhrəmanlığın simvolu kimi yaşayacaq.

Mübariz İbrahimovun həyatı və qəhrəmanlığı Azərbaycan xalqının milli kimliyinin və Vətənə bağlılığının ən parlaq təcəssümüdür. Onun igidliyi təkcə bir fərdin deyil, bütün bir xalqın iradəsinin və gücünün göstəricisidir. Mübariz İbrahimovun adı gələcək nəsillər üçün vətənpərvərliyin, qəhrəmanlığın və əyilməzliyin simvolu olaraq daim yaşayacaq. Bizlər üçün Mübariz ölməyib. Hər bir şəhidimiz kimi Mübariz İbrahimov da əbədiyaşardır...

Yeganə BAYRAMOVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 İyun 2026 08:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see361

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see323

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see304

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see296

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see288

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see283

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see279

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see277

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see244

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see238

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see229

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see224

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see224

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see223

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see220

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see218

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see212

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see211

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see210

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri