Icma.az
close
up
RU
Səslə yazılan qəhrəmanlıq salnaməsi Xudayar dastanı

Səslə yazılan qəhrəmanlıq salnaməsi Xudayar dastanı

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Murov başında dağın sükutu qəribə bir ahənglə səslənirdi. Dağların qoynundan qalxan duman torpağın qoxusuna qarışır, soyuq külək döyüş səhnəsini dolaşırdı. Hər yerdə top və güllə səsləri eşidilsə də, o an bir səs bütün sədaları susdurdu yanıq, dərin, ürəkdən gələn bir səs: “Vətən yaxşıdır, dostlar, Vətən yaxşıdır...”

Bu, gizir Xudayar Yusifzadənin səsi idi. O səsdə həm savaşın ağrısı, həm də azadlığın nəfəsi vardı. Sanki yüz illərin həsrəti, Qarabağın yanmış ocaqlarının qoxusu, yurd sevgisinin ağırlığı o səsdə cəmlənmişdi. Hər kəlməsi bir dağ kimi əzəmətli, hər nəfəsi bir dua qədər saf idi. Xudayar o nəğməni oxuyanda tək deyildi, arxasında onun kimi mərd oğullar, eyni amal uğrunda döyüşən bir ordu vardı. Amma o, elə bil, səngərdə deyil, ruhunun dərinliyində idi. Gözlərində alışan işıq sanki azad ediləcək torpaqların şəfəqini əks etdirirdi. Mahnı bitəndə cəbhə bir anlıq səssizləşdi. Elə bil güllələr də o səsə qulaq asdı. Həmin an sükutun içində təkcə “Vətən yaxşıdır...” kəlməsi qaldı və ürəkləri titrədən, ruhu dirildən bir nəfəs kimi. O mahnı artıq bir melodiyadan çox idi, xalqın qəlbində doğulan azadlıq səsi idi.

O, döyüş yolunu Murovdağdan başladı, Füzulidən keçdi, Cəbrayılın torpağında addımladı, Zəngilanın sərhədinə qədər döyüşdü. Hər addımı azadlığa bir addım, hər baxışı inama bir yön idi. Güllələr yağırdı, amma o, geri dönmədi. Çünki Xudayar üçün ölüm qorxu deyil, Vətən uğrunda qələbənin başqa bir adıdır. 22 oktyabr 2020-ci il Zəngilanın azadlığı uğrunda gedən döyüşlər. O gün Azərbaycan bir daha Xudayarın səsini eşitdi, bu dəfə səngərin deyil, əbədiyyətin səssizliyindən. O, şəhid oldu və elə o torpağın qucağında ki, azadlığı üçün nəğmə oxumuşdu.

Bəzən bir insan tarix yazır, bəzən bir səs. Xudayar həm səsi, həm də şəhidliyi ilə Azərbaycan tarixinin ən nurlu səhifəsinə çevrildi. O nəğmə bu gün də yaşayır-hər dəfə səslənəndə bir ana göz yaşını gizlədir, bir ata başını dik tutur, bir uşaq “Vətən” sözünün mənasını anlayır.

Onun səsi Qarabağın dağlarından əsən küləkdə, Zəngilanın çaylarında, Cəbrayılın günəşli səhərlərində dolaşır. Artıq o səs güllənin deyil, həyatın, azadlığın səsi olub. Bəlkə də Xudayar bilirdi ki, o mahnını oxuyanda öz dastanını yazır. İndi onun məzarı üzərində əsən külək də o səsi xatırlayır. Torpaq onu bağrına basarkən sanki pıçıldayır: “Bu səs azadlığın səsi idi”. Xudayar Yusifzadə səsi ilə xalqın ruhuna, şəhidliyi ilə əbədiyyətə yazılan qəhrəmandır.

Onun nəğməsi bu gün də Azərbaycanın nəfəsidir, bir xalqın yarası, qüruru və dirənişidir. Vətən yaxşıdır, Xudayar... Sənin səsin kimi, sənin adın da bu torpaqda heç vaxt susmayacaq.

Samir Əsədli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:276
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Oktyabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri