Təkər qaldırıb maşını fırladan “avtoş” SAXLANILDI: 15 gün həbs, 1 il vəsiqəsiz VİDEO
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, həmin sürücü polis əməkdaşları tərəfindən müəyyən olunub və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, nəqliyyat vasitəsini idarə etmə hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 gün inzibati qaydada həbs edilib.
***17:30, 20 noyabr
Masallı rayonu, Ərkivan qəsəbəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünün görüntüləri “TikTok” sosial platformasında yayılıb.
Avtosfer.az-ın məlumatına görə, 77-CT-418 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobilin sürücüsü piyada keçidi yaxınlığında avtoxuliqanlıq edib.
Kadrlardan göründüyü kimi, o, yol boyu təhlükəli manevrlər edib, maşının təkərini yer səthindən qaldıraraq əyləci kəskin sıxıb və nəqliyyat vasitəsini əks istiqamətə fırladıb. Daha sonra sürücü avtomobili arxa-arxaya hərəkət etdirməklə “şou” göstərməyə çalışıb.
Bundan əlavə, onun nəqliyyat vasitəsinin konstruksiyasına müdaxilə etdiyi və arxa dövlət nömrə nişanına qanunla qadağan olunan sarı işıq cihazı quraşdırdığı da videoda aydın şəkildə əks olunub.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 22 Noyabr 2025 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















