Icma.az
close
up
RU
“Təklif olunan maddənin izahına ehtiyac var”Elçin Mirzəbəyli

“Təklif olunan maddənin izahına ehtiyac var”Elçin Mirzəbəyli

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Hörmətli xanım Sədr, öncə Sizə həmkarım Mixail Zabelinlə birlikdə Moskvada “MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların fraksiyalarının və blokların rolu” mövzusunda keçirilən konfransda iştirak etmək imkanı yaratdığınız üçün dərin minnətdarlığımı bildirirəm. Düşünürəm ki, həm MDB üzvü olan ölkələrin parlament partiyaları əlaqələrin qurulması, həm MDB məkanındakı proseslərlə bağlı səhih məlumat əldə edilməsi, həm də faşizm, onun hər cür, o cümlədən Ermənistandakı təzahürləri ilə bağlı fikirlərimizi ifadə etmək üçün çox faydalı səfər oldu”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədr müavini, millət vəkili Elçin Mirzəbəyli “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Elçin Mirzəbəyli “qanunun qüvvədə olan 16.2.1-ci maddəsində fonda ayrılması nəzərdə tutulan vəsait daha aydındır və mənbəyi bəllidir”,-deyə əlavə edib: “Burada söhbət, sözügedən maddədə qeyd olunduğu kimi, “enerji resurslarının tarif və qiymətlərində fonda ayrılması nəzərdə tutulan vəsaitdən gedir. Yəni enerji resurslarının satışından əldə olunan vəsaitin tarif və qiymətlərində fonda ayrılması məzərdə tutulan məbləğ müvafiq təsisatlar tərəfindən fonda köçürülür. Təklif olunan redaksiyada isə 16.2.1-ci maddə “enerji resurslarının satış məbləğində fonda ayrılması nəzərdə tutulan vəsait” kimi təqdim olunur. Düşünürəm ki, təklif olunan maddənin izahına ehtiyac var. Əvvəla, birinci oxunuşa aidiyyatı olmasa da, düşünürəm ki, təklif olunan redaksiyada “enerji resurslarının satış məbləğində” sözlərinin əvəzinə “enerji resurslarının satışı məbləğində sözləri yer almalıdır”. Bu dilimizin qaydalarına daha uyğundur. Digər tərəfdən, təklif olunan redaksiyasının məntiqindən belə anlaşılır ki, elektrik enerjisi, təbii qaz, Aİ-92 və dizel yanacağının istehsalçı qiymətlərlə ölkə daxilində satışını həyata keçirən subyektlər satış məbləğində fonda vəsait köçürəcəklər. Məsələn, əgər dizel yanacağının litri 1 manata satılacaqsa, o zaman yanacağı satan subyektlər həmin 1 manatı enerji effektivliyi fonduna köçürəcəklər. Arayışda qeyd olunur ki, enerji növlərinin satışından fonda daxil olacaq vəsait əhəmiyyətli dərəcədə artacaq. Sual olunur: Nəyin və kimin hesabına? O zaman bu subyektlərin qazancı nədən ibarət olacaq? Yaxud onlar qazanc əldə etmək üçün hansı addımları atacaqlar və bu addımların enerji resurslarının qiymətinə təsiri necə olacaq? Bu sualları verməkdə yeganə məqsədim ondan ibarətdir ki, təklif olunan dəyişiklik sonradan əlavə suallara və mülahizələrə səbəb olmasın və bütün məqamlara burada aydınlıq gətirlisin”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:227
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 29 Noyabr 2024 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see366

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see364

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see343

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see338

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see337

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see308

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see303

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see295

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see273

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see270

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see249

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see244

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see228

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see208

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see208

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see202

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see200

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see199

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see177

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri