Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Hələ də inana bilmirəm

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

Mbappe yoxdu, Kamavinqa yoxdu hə, nə olsun?

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

TEKNOFEST in AZƏRBAYCANLI fatehləri Tələbələrimizin uğur hekayəsi

TEKNOFEST in AZƏRBAYCANLI fatehləri Tələbələrimizin uğur hekayəsi

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı Ali Neft Məktəbinin üç komandası Şimali Kipr Türk Respublikasında keçirilən "TEKNOFEST-2025"də ayrı-ayrı kateqoriyalar üzrə mükafatlara layiq görülüb. "Qızıl Qaya BHOS" komandası Turizm texnologiyaları kateqoriyası üzrə birinci, "Xudafərin BHOS" komandası Ətraf mühit və Enerji kateqoriyası üzrə üçüncü yeri qazanıb. "İçərişəhər BHOS" komandası isə Sosial innovasiya kateqoriyası üzrə ən yaxşı təqdimat mükafatı əldə edib.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

"Komanda adlarımız milli kimliyimizi əks etdirir"

Bakı Ali Neft Məktəbinin İnnovasiya və Tədqiqatlar Mərkəzinin rəhbəri Emiliya Əhmədovanın sözlərinə görə, "TEKNOFEST-2025"də iştirak edən komandaların hazırlıq prosesi altı ay davam edib: "Bu müddət ərzində biz yalnız texniki bilikləri deyil, həm də komanda işi, strateji planlaşdırma və effektiv təqdimat bacarıqlarını inkişaf etdirdik".

Elmi rəhbər komanda adlarının seçimindən söz açdı: "Bu məsələdə milli kimliyimizi əks etdirməyə xüsusi önəm veririk. "Qızıl Qaya", "Xudafərin", "İçərişəhər" kimi adlar sadəcə simvol deyil. Bu adlar tariximizi, mədəniyyətimizi və milli ruhumuzu texnologiya ilə birləşdirən körpüdür".

Emiliya Əhmədova "Qızıl Qaya BHOS" komandasının uğurunun təsadüfi olmadığından da danışıb: "Mustafakamal və Eliana oyunu yaratmaq üçün gecələri də çalışırdılar. Əgər oyun olmasaydı, sadəcə ideya olacaqdı. Bizi rəqiblərimizdən fərqləndirən də məhz bu idi".

"Layihəmiz bir oyun idi"

Oyunun yaradıcılarından olan Eliana Səttarova bildirib ki, layihənin məqsədi turizmin inkişaf etdirilməsidir: "Layihəmiz bir oyun idi. Hansı ki, Kiprin Famaqusta şəhərinin tarixi və mədəniyyətini izah etmişdik. Mən həmin şəhəri gəzəndə orada turizmin zəif olduğunu görmüşdüm və bu ideya ağlıma gəlmişdi. Oyunu Mustafakamal Musayev ilə birgə qurmuşduq. Oyunu elə qurmağa çalışdıq ki, real məkanlar və situasiyalar yer alsın. Düşünürəm ki, bu oyun Şimali Kiprin turizm potensialını xeyli artıra bilər. İstəyirik, bu ideyanı digər ölkələrə və şəhərlərə də tətbiq edək".

Oyunun digər qurucusu Mustafakamal Musayevin fikrincə, tarix, mədəniyyət gənclərə maraqsız gəlir, o səbəbdən də belə ideya düşünüblər: "Oyunçu bu tapşırıqları yerinə yetirərək, tarixin bir hissəsinə çevrilir və eyni zamanda Şimali Kiprin mədəniyyəti, tarixi, coğrafiyası haqqında daha çox məlumat əldə edir. Turistləri cəlb etməyin ənənəvi üsulları, məsələn, muzeylər və ya turlar, gənc nəsli maraqlandırmır. Buna görə də biz öyrədici oyun təklif edirik. Statistikalara əsasən, gənclərin böyük bir hissəsi daha çox videooyunlar oynayır".

Dayanıqlı biznes modeli

Komanda üzvü Fidan Məmmədli isə qarşılaşdıqları problemlərdən bəhs edib: "Turizm texnologiyalarında əsas problemlərdən biri informasiyanın çox rəsmi, cansıxıcı və passiv formada təqdim olunmasıdır. Biz bu problemi oyunlaşdırılmış, ssenari əsaslı yanaşma ilə həll etdik. Yaşadığımız ən böyük çətinlik, real coğrafi və tarixi faktları oyun dünyasına düzgün uyğunlaşdırmaq idi. Məlumat doğruluğu ilə oyunun maraqlı qalması arasında incə bir balans var idi və biz bu tarazlığı tapmaq üçün xeyli səy göstərdik".

Digər tələbə Murad Şərifovun sözlərinə görə, bir çox layihələr yalnız texnoloji tərəfə fokuslandığı halda, onlar texnologiyanı, mədəni dəyərləri və biznes potensialını bir araya gətiriblər: "Layihəmiz yalnız texniki həll deyil, eyni zamanda mədəniyyət daşıyıcısı və gəlir gətirə biləcək dayanıqlı bir biznes modelidir".

Mükafatı Rəcəb Tayyip Ərdoğan təqdim edib

"Qızıl Qaya BHOS" komandasına birinci yerin mükafatını Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan təqdim edib. Mükafatı alan komandanın elmi rəhbəri Emiliya Əhmədova həmin anları belə təsvir edir: "Adımızı qaliblər siyahısında gördükdə çox həyəcanlanmışdıq. Mən sevincimdən ağlayırdım. Rəcəb Tayyip Ərdoğan mükafatı verərkən bizi komanda olaraq təbrik etdi. Azərbaycan xalqına salamlarımızı çatdırmağı xahiş etdi".

Komanda kapitanı Zahid Abdullayev də Türkiyə Prezidenti ilə söhbət edənlərdən olub: "Böyük dünya lideri ilə yan-yana olmaq, onunla etdiyim kiçik söhbət yaddaşıma həkk olan gözəl bir xatirə kimi qalacaq".

"Litiumu artıq sudan da ala bilirik"

Müsabiqədə üçüncü yerin qalibi olan "Xudafərin BHOS" komandasının üzvü İlham Kərimli də layihələrindən bəhs edib: "Yaşıl enerji texnologiyalarına dünyada önəm verilir. Lakin burada bir problem var ki, yaşıl enerjinin alınması davamlı olmadığından həmin alınan enerjini litium-ion batareyalarda depolamaq lazımdır. Layihəmizin əsas məqsədi bu batareyalarda istifadə olunan litiumu dənizdən əldə etməkdir. Litiuma olan tələbat ildən-ilə artmaqda davam edir. Biz dəniz suyunu elektroliz prosesinə salıb filtrləyərək həmin sudan litium ionlarını alırıq. Digər litium alan qurğulardan fərqimiz odur ki, bu prototip təmiz litiumu üç mərhələdə ala bilir. Dəniz suyundan litium almaq həm münasib, həm də effektivdir. Bu baxımdan layihəmiz münsiflər heyətinin xoşuna gəldi. Rəqiblərimizdən fərqimiz o idi ki, bizim əlimizdə hazır model var idi. Dizaynlarımız mükəmməl idi. İdeyamız da yeni və tam real olduğundan bizi mükafatlandırdılar".

Kimsəsiz uşaqların qayğısına qalan robot

Sosial innovasiya kateqoriyası üzrə ən yaxşı təqdimat mükafatı alan "İçərişəhər BHOS" komandasının kapitanı Fidan Kərimlinin sözlərinə görə, onların ideyası həm kimsəsiz uşaqların hisslərini qorumaq, həm də təhlükəsizliklərini təmin etmək üçündür: "Layihəmiz valideyn qayğısından uzaq böyüyən kimsəsiz uşaqlar üçün robotdur. Uşaq evlərindəki bir çox uşaq baxımsızlıqdan və ya pis rəftardan əziyyət çəkir, onların emosional sıxıntıları çox vaxt diqqətdən kənarda qalır. Robot uşaqların emosiyalarını izləmək, narahatlıq əlamətlərini aşkar etmək və real vaxt rejimində emosional dəstək vermək üçün nəzərdə tutulmuş süni intellektlə işləyən yoldaşdır. Üz tanıma, səs təhlili və davranış izləmə imkanlarından istifadə edərək, əhval-ruhiyyə nümunələrini müəyyən edir və söhbət, hekayə və oyun vasitəsilə qarşılıqlı əlaqə yaradır. Müəyyən şəxslərə cavab olaraq qorxu və ya narahatlıq kimi potensial pis rəftar aşkar edərsə, hadisələri qeyd edir və müvafiq orqanlara xəbərdarlıq edir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 May 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see14396

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see864

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see278

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see241

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see203

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see187

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see156

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see151

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see140

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see138

Mbappe yoxdu, Kamavinqa yoxdu hə, nə olsun?

15 Noyabr 2025 17:36see132

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see131

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

15 Noyabr 2025 15:49see131

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

15 Noyabr 2025 17:28see130

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15 Noyabr 2025 23:51see129

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see128

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see128

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see127

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see125

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri