“Təkrar müayinədən sonra Azərbaycana nə vaxt qayıdacağı bilinəcək” Panamadan nə xəbər?
Icma.az bildirir, Footbal-plus portalına istinadən.
Bildiyimiz kimi, menisk yırtığı diaqnozu qoyulan “Turan Tovuz”un panamalı futbolçusu Roderik Miller artıq əməliyyat olunub. Klub rəhbərliyinin və həkimlərin icazəsi ilə müdafiəçinin əməliyyatı vətənində, yığmanın həkimlərinin nəzarəti altında həyata keçirilib.
Görəsən, Miller Azərbaycana nə vaxt qayıdacaq? Müalicəsini burda davam etdirəcək, yoxsa vətənində tam sağalıb gələcək? Bu sualları “Turan Tovuz”un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevə ünvanladıq:
“Əməliyyat uğurlu keçib. Həkim nəzarətindədi. “Turan Tovuz”nu baş məşqçisi və tibbi personal ilə daim əlaqədədi. Təkrar müayinədən sonra məşqlərə başlayacağı vaxt bilinəcək. Eyni zamanda, təkrar müayinədən sonra Azərbaycana nə vaxt qayıdacağı bilinəcək”.
ƏSƏD SEYİDOV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 19 Yanvar 2025 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















