Təkrarlanan baş ağrıları ciddi xəbərdarlıq ola bilər
Icma.az, Pravda.az saytına istinadən bildirir.
Hər kəs həyatında ən az bir dəfə baş ağrısı ilə qarşılaşır. Arada sırada yaranan ağrılar ciddi narahatlıq yaratmasa da, davamlı və təkrarlanan baş ağrıları diqqətlə araşdırılmalıdır.
Pravda.az bildirir ki, hər dəfə ağrı kəsici istifadə etmək əvəzinə, ağrının səbəbi araşdırılmalıdır.
Siqaret və tüstü baş ağrısına səbəb ola bilər
Siqaret çəkən və ya siqaret tüstüsünə məruz qalan şəxslərdə tez-tez baş ağrısı müşahidə olunur. Nikotin damarları daraldaraq beyinə qan axınını azaldır və bu da ağrıya səbəb olur. Siqaretin çəkildiyi mühitlərdən uzaq durmaq bu cür ağrıların qarşısını ala bilər.
Alkoqol istifadəsi də baş ağrısı yaradır
Alkoqol bədənin susuz qalmasına səbəb olur. Beynin susuz qalması isə baş ağrısına yol açır. Alkoqoldan uzaq durmaq və bol su içmək bu problemi azaltmağa kömək edə bilər.
Stress və əsəb faktoru da təsir edir
Stressli və gərgin həyat tərzi baş ağrısını artırır. Belə vəziyyətlərdə ağrıkəsici yerinə stressdən uzaq durmaq və ya mütəxəssis dəstəyi almaq tövsiyə olunur.
Beyin şişi ola bilər
Davamlı və keçməyən baş ağrıları bəzən beyində bədxassəli şişin əlaməti ola bilər. Bu səbəbdən ağrılar yüngül qəbul edilməməli, mütləq həkimə müraciət edilməlidir.
Əminə Bayramova


