Susuyanda bu içkini içməyin XƏBƏRDARLIQ
News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Çimərlikdə susuzluğu pivə ilə yatırtmaq susuzlaşma təhlükəsi yaradır”.
News24.az Medianews.az-a istinadən xəbər verir ki, bunu psixiatr və narkoloq Ruslan İsayev deyib.
Həkim pivə həvəskarlarını çimərlikdə dincələn zaman susuzluqlarını onunla yatırtmamağa çağırıb, çünki içki gizli və ya aşkar susuzlaşdırma təhlükəsi yaradan güclü sidikqovucu təsirə malikdir.
Bu vəziyyət, onun fikrincə, zəiflik, başgicəllənmə, ağır hallarda isə şüurun pozulması və istilik vuruşu ilə müşayiət oluna bilər.
İsayev həmçinin xəbərdarlıq edib ki, istənilən spirt reaksiya sürətini azaldır və koordinasiyanı pisləşdirir ki, bu da su yaxınlığında istirahət edərkən çox təhlükəlidir. “Hər il sərxoş halda boğulma halları qeydə alınır”, – o vurğulayıb.
Bundan əlavə, narkoloqun qeyd etdiyi kimi, isti havalarda orqanizmin dəri vasitəsilə soyumasına kömək etmək üçün damarlar genişlənir, pivə isə bu prosesi gücləndirir. Buna görə qan təzyiqi azalır və ürəyə yük artır.


