Icma.az
close
up
RU
Hamiləlik zamanı təkrarlanan DÜŞÜKLƏRİN səbəbi

Hamiləlik zamanı təkrarlanan DÜŞÜKLƏRİN səbəbi

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hamiləliyin 20-ci həftəsindən öncə baş verən 2 və ya 3 ardıcıl düşüyə təkrarlanan düşük deyilir.

Təkrarlanan düşüklərin bir nömrəli səbəbi genetik faktorlardır.

Düşük, hamiləliyin 20-ci həftəsindən öncə sonlanmasıdır. Hamiləliyin ən çox rast gəlinən  fəsadı məhz düşükdür. Hər hamiləliyin düşüklə nəticələnmə ehtimalı 12%-dir. Təkrarlanan düşüklərin cəmiyyətdə rast gəlinmə tezliyi 1%-dir. Düşüklərin əksəriyyəti 12 həftədən  öncə, hətta ürək döyüntüsü USM-lə görünmədən baş verir. 12-ci həftədən öncə baş verən düşüklər ilk trimestr düşükləri sayılır. 12-ci həftədən sonra meydana gələn düşüklər 2-ci trimestr düşükləri sayılır.
Ən çox qarşılaşdığımız sual: hamiləlikdə təkrarlanan düşüklərin səbəbi nədir?

Təkrarlanan düşüklərin səbəbləri müxtəlifdir. Yuxarıda qeyd etdiyim kimi, ən çox qarşılaşılan səbəbi genetik faktorlar olsa da, düşüklərin baş vermə həftəsinə görə səbəbləri fərqlidir.

İlk həftələrdə ürək döyüntüsü meydana gəlmədən baş verən düşüklərdə əsas səbəb genetik faktorlardır. Mozaisizm, tək gen xəstəliyi, translokasiyalar və s… Bu səbəbdən çox vaxt təkrarlanan düşükləri olan cütlüklərdən karyotip analizi istənilir. Belə cütlüklər təbii yolla da sağlam uşaq sahibi ola bilərlər. Amma bəzən süni mayalanma ehtiyacı meydana gəlir.

Düşüklər özəlliklə 10-cu həftədən sonra döldəki ürək döyüntüsünün anidən durması ilə baş verirsə, daha çox trombofilik faktorlar (laxtalanmaya meyllilik) ön plana keçir. Bu hallarda sıxlıqla qanaxma baş vermədən öncə döldə ürək döyüntüsü durur. Trombofiliyalar həm qazanılmış, həm də irsi ola bilər.

Müalicəsi zamanı qanı durulaşdıran dərmanlar istifadə edilir. Ölkəmizdə bu trombofiliyalar haqqında əfsuslar olsun ki, çox sayda mif gəzir. Həqiqətə uymayan bu rəvayətlər xəstələrdə gərəksiz panikaya səbəb olur. Bir çox xəstədə əsassız yerə trombofiliyalar düşünülərək, “səndə laxtalanma çoxdur”, - deyilərək gərəksiz yerə aspirin və ya kleksan kimi qan durulaşdırıcı dərmanlar təyin edilir. Gərəksiz yerə bu dərmanların istifadəsi hamilələrdə həm psixoloji gərginliyə, həm maddi zərərə, həm də sağlıq problemlərinə səbəb olur.

Bəs həqiqət nədir?

Əvvəla, “laxtalanmam çoxdur”, - deyən xəstələrə bildirim ki, hamiləlikdə laxtalanma sistemi onsuz da daha çox işləyir. Yəni xalq dilində desək, hamiləlikdə laxtalanmanız çox olmalıdır. Bu, normaldır və hər hamiləlikdə səbəbsiz yerə “fibrinogen” və ya “d dimer” analizləri istənilməməlidir. Bütün hamiləliklərdə bu parametrlər yüksəlir və “d dimer”, yaxud “fibrinogen” nəticələri yüksəkdir deyə qan durulaşdıran dərmanlar təyin edilməməlidir. Koagulogramma deyilən laxtalanma analizi ilə isə trombofiliyalar aşkarlana bilməz. Trombofiliyaları aşkarlamaq üçün bahalı və spesifik analizlar lazımdır. İrsi trombofiliyalar düşünüldüyü kimi çox rast gəlinmir. Qanı durulaşdıran dərmanlar isə nadir qarşılaşılan antifosfolipid sindromu, Faktor 5 Leyden mutasiyası, MTHFR geni mutasiyası, Protein C və S çatışmazlığı kimi çox mürəkkəb hallarda təyin edilir. Əksərən bu xəstələrə qanı durulaşdıran dərmanlar təyin etdikdə mütləq hematoloqla (qan xəstəlikləri mütəxəssisi) konsultasiya edirik. Yenə də təkrarlayıram, bu patologiyalarla düşünüldüyü kimi, çox qarşılaşmırıq, çox qorxulan antifosfolipid sindromu isə ümumiyyətlə nadirdir.

16-cı həftədən sonra ürək döyüntüsü ola-ola baş verən düşüklərdə isə uşaqlıq boşluğunun  patologiyaları ağıla gəlir. Məsələn, uşaqlıq arakəsməsi belə düşüklərə səbəb ola bilər. Eyni zamanda uşaqlıq boynunun çatışmazlığı da 2-ci trimestr düşüklərə yol aça bilər.

Bunlardan əlavə, endokrin (hormonal) patologiyalar da düşüklərə səbəb ola bilər. Məsələn, hamilədə olan şəkər xəstəliyi və ya qalxanabənzər vəzinin xəstəliyi (zob) düşüklərə yol aça bilər. Bu səbəblə bütün hamilələrdə qalxanabənzər vəzinin funksiyaları və qanda şəkər yoxlanılmalıdır. Eyni zamanda luteal faza çatışmazlığı dediyimiz hallarda da ilkin həftələrdə düşüklər baş verə bilər.

Bütün bu xəstəliklərin, patologiyaların ayrılıqda müalicəsi var. Bəzən dərman müalicəsi tətbiq edilir, bəzən isə cərrahi. Ən əsası bunu deyim ki, 3 ardıcıl düşüyünüz olsa belə, ümidsizliyə qapılmayın. Hətta 3 düşükdən sonra belə, normal uşaq doğma ehtimalınız 60-70%-dir.

Rəşad İsmayılzadə,

Ginekologiya üzrə mütəxəssis, cərrah, Əziz Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşı

Ailem.az

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri