Icma.az
close
up
RU
İnsan dəyişərmi? Zərərli münasibətlər, təkrarlanan xəyanətlər...

İnsan dəyişərmi? Zərərli münasibətlər, təkrarlanan xəyanətlər...

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

“İnsan dəyişmir” – bu sözlər çoxlarına rahatlıq verir. Amma bəzən bir baxış, bir cümlə, bir xatirə – insanı tamamilə dəyişə bilər. Elə isə, bəlkə də dəyişməyən yalnız o fikirdir: “İnsan dəyişmir”.

Bəzən bir insanla qarşılaşırıq və deyirik: “O, tamam dəyişib”. Bəzən də özümüzə baxıb düşünürük: “Mən əvvəllər belə deyildim...” Bəs görəsən, bu dəyişən kimdir? Bizmi? Onlarmı? Yoxsa sadəcə zamanın toxunduğu bir güzgüdə fərqli görünürük?

Fəlsəfə əsrlərdir soruşur: “İnsan kimdir?” Amma bəlkə də əsl sual budur: “İnsan kimə çevrilir?” Çünki biz dəyişmədiyimizi sandığımız hər an, əslində yavaş-yavaş başqa bir “mən”ə çevrilirik. Hər seçim, hər peşmanlıq, hər sevinc – bizi yenidən yoğurur. Və bu yoğrulma heç vaxt bitmir. “İnsan dəyişmir” deyənlər, bəlkə də dəyişməkdən qorxanlardır. Onlar öz içlərinə boylanmağa cəsarət etməyənlərdir. Amma dəyişmək – var olmağın özü, yaşamanın mahiyyətidir. Həyat bir səhnədirsə, insanın xarakteri bu səhnədə hər an yeni bir rola bürünə bilər. Və o rolların içində bəzən özümüzü taparıq, bəzən itirərik. Amma hər dəfə bir az daha böyüyərik, bir az daha dərinləşərik.

İnsan xarakteri daş kimi sərt və dəyişməz deyil. O, daha çox gil kimidir – şəraitə, yaşantıya və daxili qərarlara bağlı olaraq formalaşan, bəzən dağılmağa, bəzən isə yenidən yoğrulmağa meyillidir. Tarix və psixologiya bizə sübut edir ki, insan dəyişə bilər – hətta köklü şəkildə. Xarakter dəyişimi hələ öz-özünə yaxşı və ya pis deyildir. O, iktərəfli bir yol – bizi zirvələrə qaldıra, ya da uçuruma yuvarlada bilər.

Pozitiv istiqamət: Yeni qarşılaşmalar, ilham verən şəxsiyyətlər, içimizdəki əfsanələri oyadır; motivasiyamızı, mərhəmətimizi, yaradıcı gücümüzü artırır.

Neqativ istiqamət: Zərər verən münasibətlər, təkrarlanan xəyanətlər, laqeydlik – içimizdəki işığın birdəfəlik sönməsinə yol aça bilər. Hər iki halda, xarakterimizin məcrasını kəsb edən, çox zaman ən “kiçik” nüanslardır.

Bəs bizi nə dəyişir?

Travmalar – Ağrılı hadisələr bizi yenidən düşünməyə, dəyərlərimizi və prioritetlərimizi sorğulamağa vadar edir.

Yeni mühit və insanlar – Fərqli düşüncəli insanlarla ünsiyyət, bizi iç dünyamızla qarşı-qarşıya qoyur.

Məqsəd tapmaq – İnsan öz missiyasını dərk edəndə, daxili səsinə qulaq asanda dəyişməyə meyilli olur.

Sevgi və empati – Həqiqi sevgi insanın içindəki qaranlıq nöqtələri belə işıqlandıra bilir.

Aristotel deyirdi ki, xarakter – vərdişlərimizin toplamıdır. Amma vərdişlərimiz də təkcə bizim fəaliyyətimizdən deyil, eyni zamanda başqalarının bizə yönəltdiyi hərəkətlərdən doğur.

Nitsş deyirdi: “İnsan, başına gələnlər qarşısında verdiyi reaksiyalardan ibarətdir”. Bizə edilənlər bizim seçimiz deyil. Amma onlara verdiyimiz cavablar – bizi biz edən əsas faktordur. Bu cavablar təkrarlanır, vərdişə çevrilir və sonda xarakter adını alır. Yəni biz, həm özümüzün yaradıcısıyıq, həm də başqalarının əllərində şəkil alan məxluqlar.

Amerikalı psixoloq Valter Mişel uzun illər apardığı tədqiqatlarda insanların davranışlarının sabit olmadığını, vəziyyətə görə dəyişdiyini göstərdi. Yəni bir insan bir kontekstdə səbirli, başqa bir kontekstdə isə səbirsiz ola bilər. Deməli, xarakter sabit bir sistem deyil, daha çox inkişaf edən bir prosesdir.

Digər tərəfdən, 75 illik Harvard Tədqiqatı – dünyada ən uzun psixoloji araşdırmalardan biri – göstərdi ki, insanların şəxsiyyət xüsusiyyətləri yaşla dəyişir. Məsələn, insanlar orta yaş dövründə daha vicdanlı və emosional cəhətdən sabit olurlar. Yəni gənclikdəki “mən”lə qocalıqda olan “mən” eyni deyil.

Yəhudi əsilli Edit Eger Ausşvitz ölüm düşərgəsində ailəsini itirmiş, ən dərin travmaları yaşamışdı. Lakin o, bu ağrıları içində saxlamadı. Psixoloq oldu, minlərlə insana kömək etdi və dedi: “Həyat sizə nə edirsə, bu, sizin seçiminiz deyil. Amma nə etdiyiniz – sizin azadlığınızdır”. Bu, xarakterin dəyişə biləcəyinin parlaq nümunəsidir. Gənc yaşlarında radikal fikirlərlə ölümə məhkum edilən Dostoyevski, edam anından son anda bağışlanaraq Sibirə sürgün edildi. Bu dönüş nöqtəsi onun yazılarını, düşüncələrini və ruhunu dəyişdirdi. “Cinayət və Cəza” kimi əsərlər onun xarakterindəki dərin dəyişimin izləridir.

Xarakter – sabit portret deyil, hər an yenilənən tablodur. Hər bir toxunuş – kiçik bir fırça zərbəsidir: bəzən parlaqlıq qatır, bəzən kölgə salar. Odur ki, insan dəyişməz deyil; dəyişməyən yalnız, bu daxili metamorfozanın sirlərinə hələ göz açmayanlardır. Bəziləri deyir: “Xarakterim belədir, dəyişə bilmərəm”. Bu cümlə, ən təhlükəli susqunluqdur. Çünki dəyişməyən tək şey – daşdır. İnsan isə canlıdır. Daxili çevrilməyi bacaran, qırıldıqda yenidən düzələ bilən, tək bir sözdən ruhlanıb yeni səhifə aça bilən bir varlıqdır. Biz hər gün bir az daha dəyişirik. Bəzən yaxşıya, bəzən çarəsizliyə. Amma dəyişirik. Və dəyişə bildiyimiz üçün yaşamağa dəyər.

Məryəm Bağırova

525.az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:1099
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 02 İyun 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri