Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Təkrarlanan yuxulara həssaslıqla yanaşın “Mütəxəsislə məsləhətləşmə vacibdir”

Təkrarlanan yuxulara həssaslıqla yanaşın “Mütəxəsislə məsləhətləşmə vacibdir”

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

Hər bir yetkin insan həyatı boyu çoxlu sayda yuxu görür. Bəzən bu yuxular onda xoş təsir yaratsa da, bəziləri insanları narahat edir, düşündürür. Buna görə də insanlarda daim yuxuların mənasını öyrənmək, yuxunun niyə göründüyünü bilmək həvəsi olur. 

Bəs psixologiya sahəsində böyük əhəmiyyət kəsb edən yuxular insan həyatına və onun psixologiyasına necə təsir edir? İnsanlar hansı yuxulara diqqət yetirməlidir?

Sfera.az-a danışan beyin əsaslı təlimlər üzrə mütəxəsis Aytəkin Aslan yuxularla bağlı ən çox tanınan nəzəriyyənin psixoanalizin banisi Ziqmund Freydin nəzəriyyəsi olduğunu qeyd etdi. O bildirdi ki, Freydə görə, yuxular insanın şüuraltı arzularının və düşüncələrinin ifadəsi olaraq meydana çıxır:

“Freydin fikrincə, insanın gizli istəkləri və gündəlik həyatda ifadə edə bilmədiyi hissləri yuxular vasitəsilə üzə çıxır. Yuxular bəzən həm də qeyri-şüuri qorxuların və istəklərin təzahürüdür, çünki şüuraltı düşüncələrimiz çox vaxt bizim gündəlik həyatımızda qorxduğumuz və ya qarşılaşmaq istəmədiyimiz mövzulardır. Hər kəs yuxu görsə də, çox zaman bu yuxular yadda qalmır”. 

A.Aslanın sözlərinə görə, yuxuların unudulması asetilxolin və noradrenalin kimi maddələrdən asılıdır:

“Bu səbəbdən, insanlar yuxudan ayıldıqda gördükləri yuxuları tez unuda bilərlər. Bu həm də beyin fəaliyyətinin yuxu dövrü ərzində müəyyən dəyişikliklərə uğraması ilə bağlıdır. Yuxu zamanı beyin yeni məlumatları yığır, amma yaddaşda möhkəmlənmə prosesi qismən yavaş olur”. 


Mütəxəsisin rəyinə əsasən, psixoterapiya prosesində yuxular böyük rol oynayır:

“Psixoterapiya prosesində yuxuların çox önəmli bir rolu var. Terapevtlər, pasiyentlərin yuxularını danışmağa təşviq edərək onların emosional vəziyyətlərini və gündəlik həyatda yaşadıqları çətinlikləri müəyyən etməyə çalışırlar. Yuxular vasitəsilə insanlar, bəzən öz şüuraltı vəziyyətlərini daha yaxşı başa düşə bilirlər".

Mütəxəssis, pasiyentin yuxusunu özünəməxsus şəkildə yozmamasının vacibliyini vurğulayaraq yalnız onu anlatmağa çalışmasının əhəmiyyətini qeyd edib. 

A.Aslan təkrarlanan yuxulara həssas yanaşmağın vacibliyini bildirib:

“Stressli vəziyyətlərdə olan insanlar tez-tez eyni yuxuları görürlər. Bu cür yuxular, şəxsin emosional vəziyyəti ilə birbaşa əlaqəlidir və mütəxəssislə görüş tələb edir. Təkrarlanan yuxular, tez-tez müəyyən psixoloji problemlərin, məsələn, qayğı, narahatlıq və ya travmatik təcrübələrin təzahürüdür. Bu səbəbdən, bu cür yuxuları görən insanlar, emosional vəziyyətlərini daha yaxşı başa düşmək və bu məsələlərlə bağlı peşəkar dəstək almaq üçün mütəxəssislə əlaqə qurmalıdırlar”.

Mütəxəssisin fikrincə, həm uşaqlarda, həm də böyüklərdə qorxulu yuxular müşahidə olunur:

“Qorxulu yuxuların səbəbləri arasında xəstəliklər, duyğusal çətinliklər, stres və ya dərman istifadəsi ola bilər. Bu hallarda diqqətli olmaq və mütəxəssisə müraciət etmək lazımdır. Qorxulu yuxular, həmçinin gündəlik həyatda yaşanan qorxular və travmatik anlarla əlaqəli ola bilər. Xüsusilə, uşaq yaşlarında bu cür yuxular tez-tez inkişaf mərhələsinə və təhlükələrə qarşı təbii reaksiyalara bağlıdır”. 

A.Aslan yuxuların təsiri altında qalan insanların rahatlamaq üçün kiməsə danışmaq ehtiyacı duyduqlarını bildirib:

“Yuxuların təsirini azaltmaq üçün düzgün qidalanma və rahat yuxu mühiti təmin etmək vacibdir. Ayrıca, yuxuların insanın emosional vəziyyətinə, gündəlik həyatın stresinə və hətta sağlamlıq vəziyyətinə də təsiri ola bilər. Yuxusuzluq və ya pis yuxu keyfiyyəti, fiziki və zehni sağlamlığı təsir edə bilər, buna görə də yuxu mühiti və gündəlik həyat tərzi bu baxımdan böyük rol oynayır”. 

Bəsti Rəfizadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://sfera.az
archiveBu xəbər 06 Mart 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see636

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see361

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see332

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see252

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see244

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see242

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see227

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see222

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see221

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see211

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see203

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see197

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see195

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see193

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see192

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see188

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see182

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see179

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see171

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri