Icma.az
close
up
RU
Teleaparıcı əsəbiləşdi: Sözüm heyvan düşmənlərinədir… VİDEO

Teleaparıcı əsəbiləşdi: Sözüm heyvan düşmənlərinədir… VİDEO

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

Teleaparıcı Nigar Mahmudova verdiyi sosoal mesaj ilə diqqət çəkib.

AZXEBER.COM xəbər verir ki, o, insanları isti havalarda heyvanlara qarşı duyarlı olmağa çağırıb:

"Sözüm heyvan düşmənlərinədir. Bəlkə yatmış bir neçə qəlbi oyada bildim. Küçədə istidə-soyuqda ac qalan dilsiz-ağızsızların yerinə danışmışam. İndi bilirəm ki, üstümə tökülüşəcəksiz. Amma eybi yox. Bir nəfər belə təsirlənib ac canlara bir qab su, bir tikə yemək verəcəksə buna dəyər.

 Hamınıza qarşı durmağa yetəcək qədər gücüm var. Əgər mən bu dünyada bir daş ürəyi oyada bilərəmsə, qoy bütün nifrətlər mənə gəlsin. Amma o canlar yaşasın.

Küçədəki heyvanları görməzdən gəlmək rahat ola bilər. Amma bu, ədalətli deyil. Küçə heyvanı olmaq onların seçimi deyil. Bizim biganəliyimizin nəticəsidir. Evin qarşısına bir qab su qoy. Artıq yeməkləri zibilliyə atma. Bir qabatök, həyətə qoy. Sən etmirsənsə, bunu edənə mane olma!

 Heç vaxt heç bir "ağsaqqal" qonşunun sözünə görə öz prinsiplərindən keçmə.

Öz həqiqətlərini müdafiə et. Doğru bildiyini et. Möhkəm ol. Güclü ol. Onlar sənə öz yanlışlarını doğru kimi sırıya bilməsinlər.

Bu dünyanı Allah təkcə bizim üçün yaratmayıb. Bu qədər eqoist olma, ey insan oğlu. Onların da canı var. Onlar da ağrını, aclığı hiss edirlər. Onlara yemək vermək nə zəiflikdir, nə də yersiz mərhəmət. Şou isə heç deyil, ay "ağsaqqal".

Şəhərlər, yollar, binalar — hamısı bir zamanlar onların yaşadığı təbiətin yerində inşa olunub. Biz rahat yaşayaq deyə onlar yuvalarını itiriblər.

İndi isə küçədə bir qab su, bir tikə yemək görəndə narahat olanlar var.

Onlar asfaltda nə tapıb yesinlər?

Həm də bir qab yeməklə təkcə onların qarnını doyurmuruq — aqressiyalarını da azaltmış oluruq.

Bir öyün yeməyəndə necə əsəbi oluruq? Onlar da aclıq hiss edirlər.

Hətta acından ölürlər. Əzablı ölümlə.

Türkiyədə bütün kafe, mağaza, yol – hər yerdə heyvanlar rahatca ayağımızın altında yatır.

Bizdə isə ac olduqları, qorxduqları və yaşamaq üçün mübarizə apardıqları üçün insanlara və bir-birlərinə qarşı təhlükəli olurlar.Bir düşünün".

Aysel


Посмотреть эту публикацию в Instagram

Публикация от Azxeber Media (@azxeber)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 27 İyul 2025 01:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri