Icma.az
close
up
RU
Yazdım ki, sözüm qala...

Yazdım ki, sözüm qala...

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Rafiq Səməndər - 75               

Tanınmış yazıçı-dramaturq, Əməkdar jurnalist Rafiq Səməndər bu gün ömrünün 75 illik zirvəsindən geriyə vüqarla boylanır. Yüzlərlə qənimət ssenarinin, 20 bədii əsərin və 25 pyesin müəllifi olan bu ləyaqətli söz adamı  əsərləri ilə özünəməxsusluq qazananlardandır.

Rafiq Səməndərlə eyni televiziyada çalışmışıq. Uca boyu, şux, yaraşıqlı görkəmi var. Baxışlarından daim qayğı yağır.   

Hələ 80-ci illərdə şöhrətli və hörmətli olmasına çoxumuz həsəd aparırdıq. Mən idman proqramlarında redaktor olsam da, bir gözüm elə hey onun işlədiyi ədəbi-dram verilişləri redaksiyasında idi. Nəhayət, 1992-ci ildə həmin redaksiyaya keçdim, amma 1 il sonra Rafiq müəllim AzTV-ni tərk etdiyi üçün onunla sıx ünsiyyət qurmaq istəyim arzu olaraq qaldı. Buna baxmayaraq, indi də köhnə qələmdaşlarla söhbət edəndə, azman televiziyaçılardan söz düşəndə onun adını birincilər sırasında çəkirik. Çünki teleməkanda silinməz izi qalanlardandır.   

Rafiq Səməndər oğlu Ələddinov 1950-ci ildə, yanvarın bu günü Qubada doğulub. 40 yaşını qeyd etməsindən düz 10 gün sonra sovet imperiyası Bakıda “Qanlı şənbə” hadisələrini törədib və  Rafiq Səməndər bu mövzuda yazan ilk müəllif olaraq, “Şəhidlər” kitabını ürəyinin qanı, gözünün yaşı ilə araya-ərsəyə gətirib. Qısa vaxt ərzində 146 şəhid haqqında isti-isti, təsirli elegiyalar yazıb. Xalq şairi Bəxtiyar Vahabzadənin ön söz yazdığı, Hidayət Orucovun redaktorluq etdiyi və 150 min tirajla çap olunan, sətirlərindən qan sızan həmin kitabı ilə Rafiq Səməndər imzası ölkədə daha geniş tanınıb. Bakı Dövlət Universitetinin professoru, tanınmış jurnalist  Cahangir Məmmədli deyib ki, Rafiq Səməndər öz “Şəhidlər”i ilə şəhidlik haqqında yazılacaq kitabların məktəbini qoyub.

…Yanvarın 20-dən bir neçə gün sonra həmin kitab üçün material toplayarkən o özü də, az qala şəhid olacaqdı. Bu barədə dedikləri: “Səhər tezdən, təxminən, saat 6-7 radələrində Hövsana bir şəhid ailəsi ilə görüşə gedərkən üzlərindən zəhrimar yağan 3 rus əsgəri məni saxladı. İdarə etdiyim maşının pəncərəsinin şüşəsini aşağı salıb jurnalist vəsiqəmi onlara təqdim etdim. Sərxoş əsgərlərdən biri həmin sənədi hirslə əlimdən vurub yerə saldı. Dedim, daha bunların əlindən salamat çıxa bilmərəm. İstədim, maşını sürüb aradan çıxım. Elə mən bu düşüncədə ikən onlardan biri maşının baqajını açmağı tələb etdi. Orada bir neçə şüşə pivə görən kimi elə bil dünyanı onlara bağışladılar...”

Bir dəfə isə adını demədiyi dırnaqarası ziyalılardan biri onu aldadaraq Bakının hərbi komendantı Dubinyakla görüşdürmüşdü ki, hədə-qorxu gəlsinlər və şəhidlər haqqında kitab yazmaqdan çəkindirsinlər. Amma Dubinyak söhbətin sonunda Rafiq Səməndərə komendant saatında şəhərdə hərəkət eləmək üçün icazə kağızı  vermişdi. Elə bunun da sayəsində “Şəhidlər” kitabı üçün sərbəst material toplaya bilib və toplu cəmi bir neçə aya nəşr olunub.

Rafiq Səməndər Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsində ali təhsil alıb və 1-ci kursdan teleradioda müxbirlik edib. Sonra ştata götürülüb, tədricən irəliləyib və baş redaktor, birlik rəhbəri kimi fəaliyyət dairəsi genişlənib. Daha sonra “BMTİ” telekanalında, “Yurd” jurnalında, “Lider” televiziyasında məsul vəzifələrdə çalışıb.  2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində “Ədəbiyyat və İncəsənət” departamentinin, “Xüsusi layihələr üzrə department”in direktoru və “Carçı” film yaradıcılıq birliyinin baş redaktoru olub. Yarım əsr televiziya sahəsində çalışsa da, heç vaxt aparıcılıq etməyib, amma bir çox aparıcı onu özünün ustadı sayır. Çünki o, jurnalist peşəkarlığı, əqidə saflığı ilə daim fərqlənib.   

Rafiq müəllimin zəngin filmoqrafiyası “Çətin məsələ” ilə başlayıb, “Dalan” və “Döngələr”dən keçib, onu “Babadağ”a ucaldıb, “Azərbaycan  mayakları” cərgəsinə qoşub. “Yaşar Nuri olduğu kimi...” bioqrafik, gülüş ustası Hacıbaba Bağırovun iştirakı ilə çəkilmiş “Sonqulunun sərgüzəştləri”, Xalq artistləri Nəsibə Zeynalova, Səyavuş Aslan, Zərnigar Atakişiyevanın həvəslə oynadıqları məşhur “Yuxu” kimi film və film-tamaşaların ssenari müəlliflərindəndir. 

Qələm dostumuzun “Girovlar” adlanan çox maraqlı kitabında Qarabağ hadisələrindən bəhs edilir. Güman ki, ruhən həm də əsl televiziyaçı olduğuna görə onun yazdıqları canlı dialoqları, sadədən sadə cümlələrinin güzgü effekti ilə yetərincə təsirli çıxır.

Rafiq Səməndərin yubileyi ilə əlaqədar dünən ona zəng edib təbriklərimi çatdırdım. Novxanıdakı bağ evində dincələn yazıçı-publisist yaradıcılıq planları barədə sualımın cavabından yayınsa da, oxucular üçün nə isə yeni bir sürpriz hazırladığını düşündüm. Çünki bekar qala bilmədiyindən xəbərdaram. 

Sağlıq olsun!            

Ə.DOSTƏLİ   
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Yanvar 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see359

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see316

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see310

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see300

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see250

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see246

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see244

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see242

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see235

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see218

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see197

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see188

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see186

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see184

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see181

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see179

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see177

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see174

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see170

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri